45
13.3. Paylayıcı logistik sistemlərinin layihələndirilməsi
Son zamanlarda malların çatdırılmasının planlaşdırılmasına diqqətin artması, ticarət tsik-
linin qısalması, saxlanma xərclərinin artması və istehlakçı tələbatına cavab vermənin sürətləndi-
rilməsi, ehtiyacından irəli gəlir. Malların çatdırılmasının səmərəliliyini artırmağın yollarından biri
də çatdırılma layihəsinin optimallaşdırılmasıdır.
Bu problemin həllində dünya və yerli təcrübənin təhlili, malların çatdırılmasının lahiyələn-
dirilməsində müasir inkişafın, habelə sistemli yanaşmanın və elmə əsaslanan metodologiyanın ol-
mamasını göstərdi. Bu vəziyyət, ekspeditorları çox vaxt çoxsaylı amillərin təsirini nəzərə almadan
çatdırılmanın planlaşdırılması ilə bağlı subyektiv qərarlar verməyə məcbur edir ki, bu da ümumiy-
yətlə malların fiziki paylanması prosesinin səmərəliliyinin azalmasına səbəb olur. Bu baxımdan,
istehlakçılar tərəfindən çatdırılma sisteminə qoyulan məhdudiyyətlər nəzərə alınmaqla, malların
çatdırılmasının logistik prinsiplərə əsaslanan layihələndirilmə metodologiyasının ciddi inkişafı kimi
görünür.
Sistem nəzəriyyəsi nöqteyi nəzərincə,
layihələndirmə,
şirkətinn (müəssisənin) uğurlu fəaliy-
yətinə kömək edən amillərin düşünülmüş şəkildə müəyyənləşdirilməsi və sistemləşdirilməsi kimi təq-
dim oluna bilər.
Layihələndirmə məqsədləri müəyyənləşdirmək və təyin etmək, bu məqsədlərə çatmaq üçün
lazım olan siyasəti, metodları, strategiyaları və təcrübələri inkişaf etdirməkdir. Həmçinin hadisələ-
rin ehtimal olunan inkişafını, firmanın (müəssisənin) imkanlarını, satış dinamikasını və tə-ləbdəki
dəyişiklikləri, rəqabəti, texnologiyanı, iqtisadiyyatın uçotu və maliyyə vəziyyətini proq-nozlaşdır-
maq da nəzərdə tutulur.
Layihələndirmə, alternativlərin
seçilməsi ilə əlaqədar olub, qərar vermə fəaliyyətidir.
Alternativlər, məqsədə çatmaq üçün nisbi sərfəlilik nöqteyi nəzərincə qiymətləndirilən, mümkün
istiqamətlər kimi təyin olunan real hərəkətlərdir. Qərar vermə, müxtəlif variantlardan birini seç-
mənin nəticəsi sayılır.
Variantlar - məqsədlərə çatılmasına kömək edən müxtəlif strategiyalardır. Hər bir variant
bir və ya bir neçə əvvəlcədən müəyyən edilmiş nəticələrə gətirib çıxarır.
Variant dedikdə, bu və ya
digər alternativ və ya alternativlər toplusu (kombinasiya-ları) başa düşülür.
Logistik sistemlər bir sıra yeniliklərə əsaslanan, iqtisadiyyatın səmərəliliyini artırmağa yö-
nəlmiş, texnoloji, təşkilati, iqtisadi və idarəedici xarakter daşıyır. Bu yeniliklərin müəyyən kombi-
nasiyaları, çatdırılma
sistemləri də daxil olmaqla, logistik sistemlərin işləməsi üçün mümkün va-
riantları formalaşdırır.
Layihələndirmə prosesi mərhələlərlə aparılır.
Logistik sistemləri layihələndirmənin əsas
mərhələləri aşağıdakı kimi təqdim edilə bilər: ehtiyacın müəyyən edilməsi; məqsədin təyin edil-
məsi; qarşıya qoyulan məqsədin həlli ilə əlaqədar məlumatların toplanması; perspektivlərin proq-
nozlaşdırılması
və qiymətləndirilməsi; vəzifələrin formalaşdırılması (qarşıya qoyulan məqsəd-lərə
çatmağı təmin edən parametrlərin və problemlərin siyahısının müəyyən edilməsi); analiz; proq-
ramlaşdırma; əməliyyat planının hazırlanması (məqsədə çatmaq və proqramları həyata keçirmək
üçün işin vaxt ardıcıllığının təyin edilməsi); xərclərin hesablanması və iş növlərinə görə resursların
bölüşdürülməsi; təşkilatın siyasətinin qurulması və əsas qərarların hazırlanması; işin yerinə yeti-
rilməsi üçün prosedur və metodların formalaşdırılması; çatışmayan xüsusiyyətləri və sistemin
etibarlılığını müəyyən etmək üçün eksperiment aparmaq; sistemin təsviri (məhsullar,
xidmətlər,
şərtlər, məhdudiyyətlər, maya dəyəri); tələbləri həcminin təyini, planlaşdırma metodlarının, infor-
46
masiyaların, keyfiyyətə nəzarətin müəyyən edilməsi; rəqabətli qiymətlərin müəyyən edilməsi; satış
bazarlarını tapılması; istehlakçılar ilə əlaqə qurulması.
Layihələndirmə problemlərini həll edərkən əməliyyat təhlili aparatı kifayət qədər geniş
tətbiq olunur.
Əməliyyatların tədqiqi - müxtəlif elmi metodlar, alətlər və vasitələr olub, məqbul həllər ha-
zırlamaq üçün sistemdəki müxtəlif əməliyyatların icrası zamanı yaranan problemləri optimal-
laşdırmağa yönəlmişdir.
Əməliyyat
təhlilinə, adətən aşağıdakı elementlər da-xildir:
- problemlərin formalaşdırılması;
- öyrənilən sistemin riyazi modelinin qurulması;
- modelin köməyi ilə həll yolu tapmaq;
- modelin və onun köməyi ilə alınan qərarın yoxlanıl-ması;
- alınan qərara uyğun olaraq idarəetmənin təşkili;
- qərarın reallaşdırılması.
Əməliyyatları tədqiqi üsulları xətti
və
dinamik proqramlaşdırma, oyunlar nəzəriyyəsi, küt-
ləvi xidmət nəzəriyyəsi və
qərar qəbulu nəzəriyyəsidir (qeyri - səlis çoxluqlar nəzəriyyəsi).
Xətti proqramlaşdırma metodu, müəyyən şərtlər üçün, bir çox
mümkün olanlardan ən üstün
olanı (məqsəd baxımından) seçmək prosesini sistemləşdirir.
Dinamik proqramlaşdırmanın özünəməxsusluğu, optimal qərar alma prosesinin kiçik və
asan həll edilə bilən alt tapşırıqlara bölünməsidir. Bu, çoxmərhələli, çoxaddımlı bir struktura malik
problemlərdə optimal həll yolu tapmaq üçün bir üsuldur.
Sxolastik proseslərdə, kifayət qədər çox sayda iştirakçı olan proseslərdə, ehtimalların araş-
dırılmasında kütləvi xidmət nəzəriyyəsi aparatından istifadə olunur.
Oyunlar nəzəriyyəsi, bir neçə iştirakçı ilə problemlərin həll edildiyi münaqişə vəziyyətlərin-
də optimal həll yol-larının riyazi nəzəriyyəsidir. İştirakçıların məqsədlərinin
uyğun gəlməməsi onla-
rın aralarında ziddiyyətli vəziyyət yaradır. Oyunlar nəzəriyyəsinin məqsədi, təkrarlanan münaqişə
iştirakçılarının rasional davranışı üçün tövsiyələr hazırlamaqdır.
Prinsipcə, istənilən layihələndirmə problemi əməliyyatların müxtəlif tədqiqat üsulları ilə
həll oluna bilər. Lakin, logistik sistemləri layihələndirmənin mürəkkəbliyi, eyni vaxtda və ardıcıl
olaraq baş verən prosesləri, movcud çoxsaylı xarici amilləri və məhdudiyyətləri nəzərə almağa zə-
rurət yaradır. Layihə obyektinin təsvirinin mürəkkəbliyi səbəbindən problemli
vəziyyətin qeyri -
səlis tərtib edilməsi məqsədlərin qeyri - dəqiq müəyyənləşdirilməsinə, problemin natamam və ya
qeyri - dəqiq tərtib edilməsinə, riyazi modelin qeyri - adekvatlığına səbəb ola bilər.
Dostları ilə paylaş: