48
İnformasiya hazırlığı müəssisənin sifarişin bütün mərhələlərində istehlakçı tərəfindən tələb
olunan informasiyaları təqdim etmək qabiliyyəti ilə müəyyən edilir. İnformasiya hazırlığı, müəy-
yən vaxt aralığında sorğulara verilən sürətli və dəqiq cavabların sayının ümumi sorğu sayına nisbəti
kimi hesablanır.
Avtomatlaşdırılmış informasiya sistemləri üçün tələblər:
• əhatəlilik - sistemin həm tək istifadəçiləri, həm də istifadəçiləri çoxluğunu dəstəkləmə
qabiliyyəti;
• paylama – sistemin, müəssisənin ərazicə aralı bir ne-çə bölməsində və ya bir - birindən
uzaq bir neçə iş yerində, sənədlərin birgə emalını təmin
etmək qabiliyyəti;
• modulluq – sistemin, istifadəçilərə, müəssisənin fəaliyyət xüsusiyyətlərinə və mürək-
kəbliyinə əsaslanaraq, sis-temin funksiyalarını fərdiləşdirmək və seçmək, yəni öz aralarında (satış,
anbar, tədarük, istehsal, heyət, maliyyə, nəqliyyat) inteqrasiya olunmuş ayrıca modullardan ibarət
və çevik avto-matlaşdırma sistemini
təqdim etmə qabiliyyəti;
• açıqlıq - digər informasiya sistemlərinə inteqrasiya olunan avtomatlaşdırma sisteminin
yeni əlavələrin işlənməsi və digər sistemlərlə inteqrasiya üçün açıq interfeyslərə malik olması.
İnformasiya sisteminin əsas vəzifələri:
• logistika sisteminin idarəetmə orqanlarının sifarişin hərəkəti barədə etibarlı, aktual və
adekvat informasiyalarla (funksional və informasiya proseslərinin axını haqqında) müntəzəm təmin
edilməsi;
• müəssisənin funksional bölmələrinin əməkdaşlarının məhsulların real vaxt rejimində
təchizat zənciri boyunca hərəkəti barədə adekvat informasiyalarla müntəzəm təmin edilməsi;
• əsas göstəricilər üzrə (maya dəyəri, xərc strukturu, gəlirlilik səviyyəsi) müəssisənin
operativ idarəetmə sisteminin reallaşdırılması;
• rəhbərlik üçün sərmayə qoyulmuş kapitalın istifadəsinə dair informasiyaların şəffaflığının
təmin edilməsi;
• strateji planlaşdırma üçün informasiya verilməsi;
• ümumi məsrəflərin və xərclərin strukturu barədə rəhbərliyə məlumat verilməsi;
• imkanların yaradılması:"yer darlıqları”nın vaxtında müəyyənləşdirilməsi; müəssisə re-
surslarının yenidən bölüşdü-rülməsi; istehlakçı sifarişlərinin icra vaxtının
qiymətləndirilməsi;
• logistik biznes-proseslərinin optimallaşdırılması hesabına müəssisənin gəlirliliyinin
təmin edilməsi.
İnformasiya sistemləri inkişaf etdirilərkən:
• logistik göstəricilərin ölçülməsi və müqayisəsi metodlarına, habelə idarəetmə metodla-
rına xüsusi diqqət yetirilir;
• müştərilərə xidmətin nəticələrini qiymətləndir-mək üçün rəsmiləşdirilmiş və hərtərəfli
sistemlər hazırlanır;
• bütün müştəri xidməti prosesi boyunca hər bir lo-gistik prosedur növü üçün normativlər
müəyyənləşdirilir;
• müəssisənin informasiya sistemlərinin inteqrasiya olunmuş elementləri hesab olunan
məlumat depoları yaradılır.
Bu cür depoların yaradılmasında əsas məqsəd müəssisənin bütün menecerlərə,
eləcə də istehlak-
çılara və təchizatçılara məlumatların çatdırmasını asanlaşdırmaqdır;
• qiymətləndirmə və nəzarət sistemləri sifariş xidməti və planlaşdırma, sifariş qəbulu və
emalı daxil olmaqla, logistik əməliyyatların planlaşdırılması, ehtiyatların idarəedilməsi, istehsal
planlaşdırılması, anbarlama və nəqletmə sistemləri ilə inteqrasiya olunur.
49
İnformasiya sisteminin tətbiqi üçün tövsiyələr:
• müəssisənin təşkilati strukturunu təyin edin,
yəni nəyə sahib olduğunuzu, yaxın gələcəkdə
nələrə sahib olmaq istədiyinizi anlayın və müəssisənin təşkilati strukturu ilə bağlı qaydalar
hazırlayın.
• bütövlükdə müəssisənin maliyyə - iqtisadi idarəetmə mexanizmi, o cümlədən maliyyə
strukturu ilə bağlı qaydalar hazırlayın, maliyyə uçotu və maliyyə məsuliyyəti mərkəzlərini
müəyyənləşdirin.
• müəssisənin əsas logistik hədəflərini (informasiya sisteminin qarşısında duran vəzifələri
həll etmək zərurətindən asılı olaraq) fərqləndirmək:
biznes istiqamətləri, maliyyə, texnoloji, infor-
masiya və material axınları; sənədlər dövriyyəsini qiymətləndirmək.
• təchizat zəncirlərinin təşkili və operativ idarə olunması mexanizmlərini inkişaf etdirmək:
standartları,uçot və nəzarət formaları, idarəetmə hesabatı.
• strateji tədarük zəncirinin idarə edilməsi, maliyyə planlaşdırma və nəzarət sistemi, habelə
maliyyə təhlili sistemi üçün texnologiya formalaşdırın.
Dostları ilə paylaş: