Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   51
 
 
 
 
 
 
 
 
 
 


47 
14. Loqistikada müasir informasiya texnologiyaları
 
14.1. Logistik informasiya sistemi anlayışı 
 
Nəqliyyat proseslərinin həyata keçirilməsində infor-masiya amili mühüm əhəmiyyətə ma-
likdir. Qeyd etmək lazımdır ki, logistikanın hazırkı yüksək inkişaf səviyyəsi müasir informasiya və 
kompüter texnologiyalarının meydana çıxması ilə mümkün olmuşdur. 
İnformasiya logistikası – logistikanın, idarəetmə qərarları qəbul etmək üçün logistik 
sistemlərin informasiya axınlarının təşkili və inteqrasiyası problemlərini öyrənən və həll edən, 
funksional oblastıdır. Adətən, nəqliyyat sənayesində idarəetmə qərarları qəbul etmək üçün yalnız 
informasiyaların yaradılması, toplanması və işlənməsi üçün ənənəvi texnologiyaların mövcudluğu 
deyil, həm də nöqtələr arasında informasiya mübadiləsi üçün şəbəkənin işini təmin edən və 
informasiyanı ehtiyacı olanların hamısına çatdıran informasiya infrastrukturunun yaradılması, yəni 
istehsal prosesində əvvəlcədən təyin edilmiş nöqtələrdə informasiyaların toplanması və emalı sis-
temi tələb olunur. 
İstənilən logistik sistemin əhəmiyyətli elementi, daha yaxından araşdırıldıqda özü müxtəlif 
alt sistemlərdən ibarət kompleks informasiya sisteminə çevrilən, informasiyaların keçidini və 
emalını təmin edən alt sistem hesab olunur. Həm-çinin digər sistemlər kimi, informasiya sistemi də 
bir - birinə bağlı nizamlı elementlərdən ibarət olmaqla, müəyyən inteqrativ keyfiyyətlər toplusuna 
malik olmalıdır. 
Logistik informasiya sistemi - logistik sistemin işini planlaşdırma, tənzimləmə, idarəetmə 
və analiz qabiliyyətini təmin edən mütəşəkkil heyət, qarşılıqlı əlaqəli hesablama texnikası vasitələri, 
müxtəlif məlumat kitabları, lazımi proqramlaş-dırma vasitələrinin müəyyən formada təşkil olunmuş 
məcmusudur. 
Logistik sistemin elementləri, eləcə də logistik sistemlə onun ətraf mühiti arasında dövr 
edən müxtəlif xarakterli informasiya axınları logistik informasiya sistemlərini yaradır. İnformasiya 
sistemlərində logistik menecment tərəfindən logistik sistemlərin planlaşdırma, tənzimləmə, nəzarət, 
təhlil və uçot funksiyalarının həyata keçirilməsi üçün zəruri olan informasiya axınları cəmləşir. 
Logistik informasiyalar müəssisənin logistika sisteminin idarə olunmasını təmin etmək 
üçün zəruri olan məqsədyönlü yığılmış informasiyalardır. Müəssisədə logistikanın informasiya 
təminatı informasiyanın proqnozlaşdırılması, emalı, uçotu və təhlili üzrə fəaliyyət olub, logistik 
idarəetmə sisteminin elementlərinin inteqrasiyası üçün bir vasitə hesab olunur. 
Sənəd - müəyyən və səlahiyyətli vəzifəli şəxslər, habelə vətəndaşlar tərəfindən faktlar 
haqqında məlumat təqdim etmək və ya hüquqi əhəmiyyətə malik faktları təsdiqləmək və ya hüquq 
və vəzifələrini təsdiqləmək üçün tərtib edilmiş, müəyyən edilmiş və ya ümumiyyətlə qəbul edilmiş 
formada yazılı aktdır. Sənəd - logistik əməliyyatın baş verməsi faktının yazılı təsdiqidir. Sənəd 
növləri: 1) ilkin (yol vərəqəsi, əmtəə - nəqliyyat qaiməsi); 2) ikinci (gələn sifarişlərinin reyestri 
jurna-lı və s.). 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin