38
istehlakçının verdiyi sifarişlərin yerinə yetirməsi üçün lazım olduqda, sinxronlaşdırılmasına əsasla-
nır.
JIT konsepsiyası “dartma” sistemi sayılır.
"Dəqiq vaxtında" texnologiyasının əsas prinsipləri aşağıdakılardır:
• təşkilatlar minimum resurs ehtiyatları, bitməmiş istehsal qalığı, hazır məhsullarla ehtiyat
yaradılması problemlərini müəyyənləşdirməli və həll etməlidir;
• zay olmanın qəbuledilən səviyyəsinə deyil, keyfiyyətin kompleks idarəedilməsi əsasında,
onun tamamilə olmamasına nail olmaq lazımdır;
• sifarişçilər öz tədarükçülərinə
tam etibar etməlidirlər, buna görə də az sayda etibarlı tə-
darükçü və daşıyıcı ilə uzunmüddətli tərəfdaşlıq qurmalıdırlar;
• istehsalın artıqlığının hazır məhsul ehtiyatlarında yığılmaması üçün qısa
istehsal dövr-
lərinə
nail olmaq, istehsal partiyalarının həcmini azaltmağın yollarını axtarmaq lazımdır;
• uzun tədarük zamanı vəziyyəti dəyişə biləcək qeyri - müəyyənlik amillərini azaltmaq üçün
sifarişlərin yerinə yetirilməsi vaxtını azaltmaq lazımdır;
• bütün əməliyyatlar fasiləsiz olaraq
qüsursuz yerinə yetirməlidir;
• həm işçilər arasında, həm də rəhbərlər və işçilər arasında əməkdaşlıq
mühiti yara-
dılmalıdır, çünki hamının rifahı işdəki ümumi uğurdan asılıdır, bütün işçilərə
bərabər və ədalətli
münasibət göstərilməlidir.
Dostları ilə paylaş: