10.2. Terminal şəbəkələri Terminal şəbəkəsi qarşılıqlı əlaqəli və mərkəzləşdirilmiş şəkildə idarə olunan qovşaqlar –
terminallar olub, bölgələrarası və beynəlxalq inteqrasiyanı təmin edir.
Nəqliyyat şəbəkəsində daşımalarda yükgöndərənlərin imkanlarına və tələbatına uyğun bir
paylama sistemi kimi terminal şəbəkəsinin formalaşdırılması vahid nəqliyyat - ekspedisiya məka-
nının yaradılmasına imkan verir.
Multimodal daşıma şəbəkəsinin inkişafında,
geniş əhatəli funksiyalara
malik, müxtəlif tipli
terminalların yaradılmasının əhəmiyyəti böyükdür. Terminalın tipi, onun təşkilati quruluşu, funksi-
yaları və nəqliyyat şəbəkəsində yeri daşıma növündən asılı olaraq müəyyən edilir.Terminalların
əsas xarakteristikası, multimodal daşımalar sahəsində yükgöndərənlərin təsirinin artması, bazarın
sərbəstləşdirilməsi və milli sərhədlərdən kənara çıxma kimi amillərdən əhəmiyyətli dərəcədə ası-
lıdır.
Terminallar müxtəlif növlü şəbəkələrə birləşdirilə bilər, burada ayrı bir terminal qidalandı-
rıcı, blok, blok - bucaqlı, multibloklu və multibloklu – bucaqlı ola bilər.Terminallarda və logistik
mərkəzlərdə, terminalların ixtisaslaşmasını təyin edərkən, təklif olunan bütün xidmətləri beş funk-
sional tipə bölmək olar.
Tiplərinə görə terminalların funksiyaları aşağıdakılardır:
- yenidən yükləmə xidmətləri;
- yük yerlərinə xidmət (icarə, lizinq, saxlama, təmir);
- avtonəqliyyat vasitələrinə xidmət (icarə, lizinq, parklanma, təmir, texniki xidmət, yuma);
- şəbəkələrə xidmət (ilkin və son əməliyyatlar, gömrük xidməti, hərəkətə nəzarət sistemi);
- yüklə əlaqəli xidmətlər (yükləmə, boşaltma, təminetmə anbarlar).
Terminalların inkişafının multimodal daşımaların səmərəliliyinə təsirini nəzərə alan xüsu-
siyyətlərinə aşağıdakılar aiddir: terminallarda idarəetmənin əhəmiyyətli dərəcədə regional nəqliyyat
şirkətlərinin fəaliyyətindən asılı olması; multimodal daşımaların iştirakçılarının struktur tərkibinin
xeyli mürəkkəb olması; milli şirkətlərin bütün daşıma zənciri boyunca idarəetməni təmin etmək
üçün xarici bazara girməsi.
Bəzən terminallar şəbəkəsinin inkişafı, natamam yükləmə, çatdırma prosesini həddindən ar-
tıq çətinləşməsi, beynəlxalq daşımaların texniki - təşkilati uyğunsuzluğu, xidmətlərin keyfiyyət sə-
viyyəsinin azalması kimi mənfi nəticələrə səbəb ola bilər.
Yeni terminal sistemi konsepsiyası təcrid olunmuş bir multimodal terminaldan əsas ele-
menti terminal olan tək bir yük paylama mərkəzinə keçidi təklif edir.
Mal istehsalçısı və istehlak-
33
çıları arasında bir əlaqə funksiyası yerinə yetirən mərkəzin olması nəqliyyatın, istehsal və istehlak
sahələrinin daha da inteqrasiyasının dəlili sayılır.