Birbaşa qarışıq daşımalar isə bütün iştirakçı nəqliyyat növlərini əhatə edən vahid nəq-
liyyat sənədi ilə rəsmiləşdirilir.
Qarışıq daşımalar nəqliyyat işini ayrı – ayrı nəqliy- yat növləri arasında rasional şəkildə
bölüşdürməyə, onların daşıma qabiliyyətlərindən maksimum istifadə etməyə və nəqliyyat xərclərinə
qənaət etməyə imkan verir.
Hal - hazırda, qarışıq daşımalar üçün "multimodal daşıma" (multi - bir neçə və modal -
növ) terminindən istifadə qəbul olunmuşdur. Multimodal daşımalar, iki və ya daha çox nəqliyyat
növündən, vahid daşıma (nəqliyyat) sənədi və yüklərin vaxtında və təhlükəsiz çatdırılmasından mə-
sul olan bir operatordan istifadə olunması ilə fərqlənir.
İntermodal daşımalar dedikdə eyni yük vahidi və ya eyni nəqliyyat vasitəsində, ardıcıl iki
və daha çox nəqliyyat növü ilə, onların dəyişməsi zamanı isə yükün özünü yükləyib - boşaltmadan
həyata keçirilən beynəlxalq daşımalar başa düşülür. Yük vahidi dedikdə iritonnajlı (uzunluğu 10 fut
və daha çox) konteyner və ya çıxarılabilən kuza nəzərdə tutulur (1fut= 0,305m).
Kombinəedilmiş daşıma xüsusi qarışıq və ya multimodal daşıma növü olub, bir neçə
nəqliyyat növündən istifadə edərək, bir yük vahidində, böyük tutumlu konteynerlərin, çıxarılan ku-
zaların, yarımqoşquların və nəqliyyat vasitələrinin (avtofurqonlar) aid olduğu nəqliyyat avadan-
lıqları ilə yüklərin daşınmasıdır.
Kombinəedilmiş daşımaların xüsusiyyətləri aşağıdakılardır:
• yüklər iriləşdirilmiş yük yerlərində daşınır;
• daşımalar yenidən yüklənmədən həyata keçirilir-yükgöndərənin anbarından alıcının anba-
rınadək ("qapıdan qapıya");
• daşımalarda iştirak edən bütün nəqliyyat növləri üçün ümumi hüquqi status müəyyən
edilir;
• daşımalarda iştirak edən bütün nəqliyyat növləri üçün vahid nəqliyyat sənədi yaradı-
lır;
• bütün daşıma üçün vahid tarif müəyyən edilir.
Kombinə edilmiş daşımalar aşağıdakı kimi həyata keçirilə bilər: xüsusi olaraq yaradılmış
nəqliyyat vahidlərində və ya yüklərin daşınması üçün uyğunlaşdırılmış müxtəlif növ nəqliyyat
avadanlıqlarında (konteyner, çıxarılan kuzalar və s.) və bir nəqliyyat növünün texniki vasitələri
başqa nəqliyyat növündən istifadə etməklə (yüklü avtomobil dəmir yolu ilə, dəniz bərəsi ilə) daşı-
nır.