9.2. Nəqliyyat müəssisələrinin müasir əməkdaşlıq forması Bazar münasibətlərinin inkişafı ilə dünyada və o cümlədən, ölkəmizdə yük daşınması anla-
yışı xeyli dəyişdi.
Nəqliyyat xidmətləri istehlakçıları, nəqliyyat növlərindən, minimal xərclə, yüksək keyfiy-
yətli logistik xidmətlər göstərən nəqliyyat növlərini seçirlər.
Müasir şəraitdə ən çox nəqliyyatçılar arasındakı səmərəli münasibət forması ənənəvi mü-
qavilələri əvəz edən strateji ittifaqlar hesab olunur.
Nəqliyyatçıların strateji ittifaqlarının əksəriyyəti özünü əlaqələrin üfüqi forması kimi təqdim
edir. Bunlar əsasən, nəqliyyat prosesinin təşkilini yaxşılaşdırmaq üçün bu şirkətlərin maraqlarını
uyğunlaşdıran iqtisadi güzəştlər əsasında, böyük nəqliyyat şirkətləri tərəfindən yaradılır.
Məsələn, müxtəlif nəqliyyat növləri şirkətləri, logistika baxımından ən mütərəqqi nəqliyyat -
texnoloji sxemlər olan multimodal daşımaların təşkili üçün strateji ittifaqlarda birləşirlər.
Strateji ittifaqlar, həmçinin orta və kiçik nəqliyyat şirkətləri arasında, onların birlikdə rəqabət
qabiliyyətini yüksəltmək üçün də bağlanır.
Adətən, bu tip strateji ittifaqlar müxtəlif regional nəqliy-yat şirkətləri arasında bağlanır.
Nəticədə, onlar bir tərəfdən güclü nəqliyyat şirkətləri ilə səmərəli rəqabət aparır, digər tərəfdən isə,
əvvəllər aralarında rəqabət münasibətləri mövcud olan kiçik və orta şirkətlər kooperativlərə çevrilir.
Nəqliyyat ittifaqları təkrar əməliyyatları aradan qaldırır, informasiya mübadiləsini güclən-
dirir, nəqliyyat xidmətləri istehlakçılarının sifarişlərini ittifaq üzvləri arasında paylayır, insan və
maliyyə resurslarını birləşdirir və səmərəli istifadə edirlər.
9.3. Qarışıq daşımalar Qarışıq daşımalar iki və daha çox nəqliyyat növü ilə ilə yerinə yetirilən daşımalardır.
Qarışıq daşımalar dolayıvə birbaşaolur:
Dolayı qarışıq daşımalar bir neçə müqavilə əsasında yerinə yetirilir.