25
Kilometr hesabı tarif hərəkət
tərkibinin modelindən, tipindən, onun yürüşündən və
yükgötürmə qabiliyyətindən asılı olaraq tətbiq olunur.
Kilometr hesabı tarif stavkası adətən şəhərlərarası və beynəlxalq daşımalarda və ya
avtonəqliyyat vasitəsinin özünün yerdəyişməsi zamanı tətbiq olunur (obyektiv səbəbdən boş yü-rüş
zamanı).
8. Nəqliyyat xidmətləri və xidmətin keyfiyyəti
Nəqliyyat xidmətləri insanların ehtiyaclarını ödəməyə yönəlmiş və lazımi
texnoloji, iq-
tisadi, informasiya, hüquqi və resurs dəstəyinin olması ilə xarakterizə olunan nəqliyyat fəaliyyəti
kimi müəyyən edilir.
Nəqliyyat xidmətləri yalnız, malların və ya sərnişinlərin daşınması deyil, həm də nəqliyyat
prosesinin
bir hissəsi olmayan, lakin onun hazırlanması və həyata keçirilməsi ilə əlaqəli əməliy-
yatları da nəzərdə tutur.
Nəqliyyat xidmətlərinə aşağıdakılar aid edilir: yüklərin və sərnişinlərin daşınması; yükləmə
- boşaltma əməliyyatları (yükləmə - boşaltma, yenidən yükləmə, sərnişinlərin yenidən mindirilməsi,
anbardaxili əməliyyatlar); saxlanan yüklərə və gözləyən sərnişinlərə xidmətlər; daşıma vasitələrinin
hazırlanması və daşınması üzrə xidmətlər; daşıma vasitələrinin icarə və ya prokat əsasında
verilməsi; yük,
sərnişin, baqaj daşınarkən, müəssisələrə, təşkilatlara, əhaliyə
xidmət göstərilərkən
yerinə yetirilən nəqliyyat – ekspedisiya xidməti; yeni və təmir olunmuş nəqliyyat vasitələrinin
daşınması (çatdırılması); digər xidmətlər.
Yerli və xarici təcrübənin təhlilinin nəticələrinə görə nəqliyyat xidmətlərini aşağıdakı
təsni-
fata ayırmaq olar:
- nəqliyyat müəssisələrinin əsas fəaliyyətinin qarşılıqlı əlaqə əlamətinə görə xidmətlər
daşıma (yəni, bu və ya digər şəkildə daşıma elementi daxil olmaqla) və
qeyri - daşımalara bölünür;
- xidmətin göstərildiyi istehlakçı növünə görə -
xarici (qeyri
- nəqliyyat müəssisə və
təşkilatlarına göstərilən) və
daxili, yəni başqa nəqliyyat müəssisə və təşkilatlarına və ya digər
sahələrə göstərilən xidmətlər. Məsələn, daşımaları həyata keçirən nəqliyyat - ekspedisiya müəssi-
səsinin hərəkət tərkiblərinə göstərilən xidmətlər daxili nəqliyyat xidmətləri sayılır;
- müəyyən bir xidmətin göstərilməsi ilə əlaqəli fəaliyyətlərin xarakterinə görə
- texnoloji,
Dostları ilə paylaş: