Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN


• digər yüklər.  4. Yük partiyasının ölçüsünə görə



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   51
digər yüklər. 
4. Yük partiyasının ölçüsünə görə 
partiyalı daşımalar. Partiyalı daşımalar göndərmələrin ölçüsünə görə kiçik partiyalı
(kütləsi 5 t - a qədər) və böyük partiyalı (5...30 t) olurlar; 
kütləvi (kütləsi 30 t - dan çox) daşımalar. Kütləvi daşımalar dedikdə böyük həcmdə
eyni tipli yüklərin daşınması başa düşülür (məsələn, karxanalardan dəmir filizinin 
daşınması və s.). 
5. Texnoloji daşımalar 
müəssisə daxilində və ya məhsul buraxan texnoloji tsikldə yerinə yetirilən daşımalar. 
6. Yerinə yetirilmə üsuluna görə 
birbaşa çatdırma, bu halda daşıma göndərmə məntəqəsindən təyinat yerinə yalnız bir
avto-nəqliyyat vasitəsilə (unimodal) həyata keçirilən; 
terminal, yük avtostansiyaları (anbarlar, terminallar) sistemi vasitəsilə yerinə yetirilən;
qarışıq çatdırma (multimodal, intermodal), bir neçə nəqliyyat növü ilə həyata keçirilən;


23 
birbaşa qarışıq (kombinəedilmiş) çatdırma, bir neçə nəqliyyat növü ilə yenidən boşal-
dılıb - yüklənmədən, vahid nəqliyyat sənədi ilə həyata keçirilən.
7. Vaxta görə 
daimi, sənaye və ticarət yükləri üçün xarakterikdir
mövsümi, kənd təsərrüfatı yükləri üçün xarakterikdir; 
müvəqqəti, inşaat yükləri üçün xarakterikdir.
8. Təşkili üsuluna görə 
qeyri - mərkəzləşdirilmiş daşımalar, göndərən (alan) yükün çatdırılmasını müstəqil
həyata keçirir;
mərkəzləşdirilmiş daşımalar, bu halda daşıyıcı çox sayda göndərici (alıcı) üçün
çatdırmanın təşkilatçısı sayılır. Mərkəzləşdirilmiş daşımalar üsulu böyük nəqliyyat - 
ekspedisiya şirkətlərinin (birliklərin) fəaliyyətinin əsasını təşkil edir. 
Hərəkət tərkibinin məhsuldarlığının yüksəldilməsi və daşımaların maya dəyə-rinin 
azaldılmasında hərəkət marşrutlarının düzgün tərtib olunmasının böyük əhəmiy-yəti vardır. 
Marşrutun seçilməsi yükləmə - boşaltma məntəqələrinin yerləşməsindən, yü-kün növündən, 
yük partiyasının ölçüsündən və hərəkət tərkibinin tipindən asılıdır. 
Marşrut tərtib olunarkən nəzərə almaq lazımdır ki, rəqqasi marşrutlarda əks istiqamətdə ya 
natamam yüklü yürüş və ya tam yüklü yürüş həyata keçirilməsi vacib şərt sayılır. 
Halqavari marşrutlar o halda təşkil olunur ki, əks istiqamətdə yüklü yürüşü olan rəqqasi 
marşrut təşkil etmək mümkün olmur. 
Halqavari marşrut tərtib olunarkən nəzərə almaq lazımdır ki, həmin marşrutda yürüşdən 
istifadə əmsalı ən yüksək olmalıdır. 
Marşrutlar tərtib olunarkən iqtisadi və riyazi, şəbəkə planlaşdırılması metod-larından istifadə 
olunur.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin