Urologiyadan testlər sidik axarının intramural hissəsinin daşı olduqda ağrılar irradiasiyası edir



Yüklə 317.02 Kb.
səhifə1/4
tarix14.12.2016
ölçüsü317.02 Kb.
  1   2   3   4
UROLOGİYADAN TESTLƏR
1. Sidik axarının intramural hissəsinin daşı olduqda ağrılar irradiasiyası edir:

A) qasıq və bel nahiyəsi, budun içəri səthinə və xarici cinsiyyət üzvlərinə

B) bel nahiyyəsinə

C) qarnın yan hissələri, bel nahiyəsinə

D) qasıq nahiyəsi, buda

E) qabırğaaltı nahiyə, kürək sümüyünə


2. Dizuriya:

A) sidik ifrazı aktının pozulmasıdır

B) çətinləşmiş sidik ifrazıdır

C) tez-tez sidik ifrazıdır

D) ağrılı sidik ifrazıdır

E) heç biri düz deyil


3. Pollakiuriya nədir?

A) sutkalıq siyimə aktının normadan bir neçə dəfə artıq olması

B) gecə diurezinin artması

C) diurezin artması

D) gecə sidik ifrazı aktının artması

E) gündüz sidik ifrazı aktının artması


4. Gecə pollakiuriyası (nokturiya) aşağıdakı xəstəliklərdən hansı üçün xarakterikdir?

A) prostat vəzinin xoşxassəli hiperplaziyası

B) sidikliyin daşı

C) sidik axarının intramural hissəsinin daşı

D) sistit

E) böyrək daşı xəstəliyi


5. Nikturiya nədir?

A) gecə ifraz olunan sidiyin miqdarının artması

B) gündüz ifraz olunan sidiyin miqdarının artması

C) gecə və gündüz ifraz olunan sidiyin miqdarının artması

D) sidiyin miqdarının azalması

E) sidiyin miqdarının artması


6. Əlamətlərdən hansılar stranquriya üçün xarakterikdir?

A) sidik ifrazının tezləşməsi, ağrılı və çətinləşməsi

B) sidik ifrazının tezləşməsi

C) sidik ifrazının ağrılı olması

D) sidik ifrazının çətinləşməsi

E) sidik ifrazının olmaması


7. Paradoksal işuriya zamanı sidik ifrazında hansı dəyişikliklər baş verir?

A) sərbəst sidik ifrazının tam itməsi və yaxud zəifləməsi ilə yanaşı sidiyin qeyri-iradi olaraq uretradan damcı-damcı xaric olması

B) sidik ifrazının tam kəsilməsi

C) siyimə hissiyyatının qalması, sidik ifrazının olmaması

D) sidik ifrazının az-az, tez-tez olması

E) gərginlik zamanı sidiyin saxlanmaması


8. Kəskin sidik ləngiməsi (işuriya) nədir?

A) sidik ifrazına istəyin olmasına baxmayaraq, sidik ifrazının mümkün olmaması

B) siyimə hissiyyatının və sidik ifrazının olmaması

C) böyrəklər tərəfindən sidik ifrazının dayanması

D) sidik ifrazının qeyri-iradi və damcı-damcı olması

E) üfüqi vəziyyətdə sərbəst sidik ifrazının olmaması


9. Sidikliyin daşı zamanı sidik ifrazı necə olur?

A) hərəkət vaxtı artıb sakit halda azalır;

B) hərəkət vaxtı azalır, sakit halda artır;

C) həm hərəkət, həm də sakit vaxtda artır;

D) hər iki halda azalır;

E) sidikliyin daşı zamanı pollakiuriya olmur.


10. Sidiyi saxlaya bilməmək nədir?

A) sidiyə getmə hissi olmadan sidiyin qeyri-iradi xaric olması

B) siyiməyə istək olduğu halda sidiyi saxlamaq mümkün olmur

C) imperativ (əmredici) sidiyə getmə çağırışları nəticəsində qeyri-iradi sidik ifrazı

D) tez-tez sidiyə getmə

E) ağrılı sidik ifrazı


11. İmperativ-əmredici sidik ifrazı nədir?

A) siyiməyə istək olduqda sidiyi saxlamaq mümkün olmur

B) sidiyə getmə hissi olmadan qeyri-iradi sidik ifrazı

C) qeyri-iradi sidik ifrazı

D) tez-tez, çətin sidik ifrazı

E) şaquli vəziyyətdə sidik ifrazı


12. Poliuriya aşağıda qeyd olunan xəstəliklərdən hansında rast gəlinmir?

A) hipofizin zədələnməsi

B) böyrəklərin ağır zədələnmələri

C) xroniki pielonefrit

D) xroniki böyrək çatışmazlığı

E) şəkərli və şəkərsiz diabet


13. Oliquriya zamanı sutkalıq diurezin miqdarı necə olur?

A) 500 ml-ə qədər olur

B) 200 ml-ə qədər azalır

C) sidik olmur

D) 500 ml-dən çox olur

E) 1500-2000ml arasında olur


14. Opsouriya nədir?

A) gecikmiş sidiyin xaric olması

B) tez-tez sidik ifrazı

C) sidik ifrazının olmaması

D) sidik ifrazının tez-tez, çətin olması

E) sutkalıq sidiyin miqdarının artması


15. Anuriya nədir?

A) sutkalıq diurezin 50 ml-dən az olması

B) sutkalıq diurezin 500 ml-dən az olması

C) sutkalıq diurezin 200 ml-ə qədər olması

D) kəskin sidik ləngiməsi

E) sidik ifrazının çətinləşməsi


16. Anuriyanın kəskin sidik ləngiməsindən fərqi nədir?

A) anuriya zamanı sidik kisəsində sidik olmur

B) anuriya zamanı sidik kisəsi dolu olur

C) kəskin sidik ləngiməsi zamanı sidiklikdə sidik olmur

D) anuriya zamanı sidik ifrazı tez-tez, çətin olur

E) anuriya zamanı xəstə sidiyə gedə bilmir


17. Normal sidiyin rəngi necə olur?

A) sarı-samanı

B) bozumtul-sarı

C) sarımtıl-qəhvəyi

D) açıq-yaşıl

E) tünd-qəhvəyi


18. Sidiyin xüsusi çəkisi nə qədərdir?

A) 1010-1025

B) 1010-dan az

C) 1030-dən çox

D) 1000-1025

E) 1005-1030


19. Sidiyin reaksiyası (PH) normada nəcə dəyişir?

A) 5,0-8,0

B) 7,0-8,0

C) 5,0-6,0

D) 5,5-7,5

E) 3,0-5,0


20. Hansı qida məhsulları sidiyi qələviləşdirir?

A) südlü qidalar

B) ət məhsulları

C) zülalla zəngin qidalar

D) meyvə-tərəvəz məhsulları

E) çoxlu maye qəbulu


21. Yalançı proteinuriya nə zaman rast gəlinir?

A) sidikdə olan formalı elementlərin parçalanması zamanı

B) qlomerulonefritlərdə

C) böyrəklərin amiloidozunda

D) hipospadiyalarda

E) heç birində rast gəlinmir


22. Piuriya nədir?

A) mikroskopun görmə sahəsində leykositləri saymaq mümkün deyil

B) eritrositlərin miqdarının artması

C) sidikdə leykositlərin olmaması

D) sidikdə qeyri-üzvi maddələrin (duzların) artması

E) sidikdə zülalın olması


23. Neçiporenko üsulu ilə leykosit və eritrosit sidikdə olur?

A) 2000-ə qədər leykosit, 1000-ə qədər eritrosit

B) 2000-dən çox leykosit, 1000-dən çox eritrosit

C) leykosit və eritrosit olmur

D) 1000-ə qədər leykosit, 2000-ə qədər eritrosit

E) 5000-6000 leykosit, 3000-4000 eritrosit


24. Bakteriuriya nədir?

A) sidikdə 100000 ml-dən çox bakteriyanın olması

B) sidikdə 100000 ml-dən az bakteriyanın olması

C) sidikdə qanın olması

D) sidikdə zülalın olması

E) sidikdə duzların olması


25. Hematuriya nədir?

A) sidikdə qanın olması

B) uretradan qanın axması

C) sidikdə eritrositlərin olması

D) sidikdə sərbəst hemoqlobinin olması

E) sidiklə mioqlobinin xaric olması


26. Pnevmaturiya ən çox hansı hallarda rast gəlinir?

A) bağırsaq-sidik kisəsi fistulalarında

B) sidik kisəsi-aralıq fistulasında

C) böyrək-bağırsaq fistulasında

D) sidikliyin zədələnmələrində

E) bütün qeyd olunanlarda


27. Uretroragiya nədir?

A) sidik kanalından qanın axması

B) sidikdə qanın olması

C) sidiklə sərbəst hemoqlobinin xaric olması

D) sidiklə çoxlu miqdarda mioqlobinin xaric olması

E) heç biri düzgün deyil


28.Aşağıdakılardan nə böyrəklərin funksional sınağına aiddir?

A) Zimnitsk sınağı

B) Neçiporenko sınağı

C) Amburje sınağı

D) Kakovski-Addis sınağı

E) urofluometriya sınağı


29. Hansı hallar kişilərə sidik kisəsinin kateterizasiyası göstərişdir?

A) kəskin sidik ləngiməsi

B) kəskin sistit

C) kəskin uretrit

D) xroniki prostatit

E) uretroragiyada


30. Qeyd olunanlardan nə sistoskopiyanın aparılmasına əks-göstəriş deyil?

A) sidik kisəsinin həcminin 70 ml-dən çox olması

B) sidik kisəsinin həcmi 70 ml-dən az olması

C) kəskin uretrit və sistit

D) uretranın daralması

E) sidik kisəsinin zədələnməsi


31. Xromosistoskopiya zamanı nədən istifadə olunur?

A) indiqokarmin

B) uroqrafin

C) barium sulfat

D) oksigen

E) triombrast


32. Diafonoskopiya nə zaman müsbət olur?

A) xaya hidropsunda

B) xaya şişlərində

C) qasıq-xaya yırtığında

D) kəskin orxoepididimitdə

E) vərəm epididimitində


33. Urofluometriya nədir?

A) sidik ifrazı zamanı sidik axınının həcmi sürətinin dinamik dəyişikliyinin qrafik təsviri

B) uretradaxili təzyiqin profilinin dinamik təyini

C) sidik kisəsinin daxili təzyiqinin ölçülməsi

D) yuxarı sidik yollarının funksional vəziyyətinin öyrənilməsi

E) uretranın və sidikliyin rentgen müayinəsi


34. Yuxarı sidik yollarının funksional vəziyyətini müəyyən etmək üçün hansı rentgen müayinə üsulu daha məlumatlıdır?

A) ekskretor uroqrafiya

B) icmal uroqrafiya

C) pnevmoretroperitoneum

D) pnevmoren

E) sistoqrafiya


35. Aşağıda qeyd olunanlardan hansı retroqrad ureteropieloqrafiyaya əks-göstəriş deyil?

A) sidik axarının rentgen-neqativ daşı

B) sidik yollarının kəskin iltihabi xəstəlikləri

C) aşağı sidik yollarının zədələnmələri

D) total hematuriya

E) aşağı sidik yollarının strikturası


36. Kompyuter tomoqrafiya uroloji praktikada ən çox hansı xəstəliklərdə istifadə olunur?

A) sidik-cinsiyyət sistemi üzvlərinin şişləri

B) sidik-cinsiyyət sistemi üzvlərinin zədələnmələri

C) sidik-cinsiyyət sistemi üzvlərinin anomaliyaları

D) sidik-cinsiyyət sisteminin qeyri-spesifik iltihabi xəstəlikləri

E) uroloji praktikada əhəmiyyətli deyil


37. Çöküntülü sistoqrafiya zamanı sidikliyə nə vurulur?

A) barium sulfat, oksigen

B) indiqokarmin

C) uroqrafin

D) triombast

E) yalnız oksigen


38. Bunlardan hansı vezikuloqrafiyaya əks-göstərişdir?

A) cinsiyyət üzvlərinin kəskin iltihabi xəstəlikləri

B) toxum kisəciklərinin şişi

C) prostat vəzin xərçəngi

D) prostat vəzin vərəmi

E) toxum kisəciklərinin vərəmi


39. Seldinger üsulu ilə böyrək arterioqrafiyasında rentgen kontrast maddə hansı yolla yeridilir?

A) transfemoral

B) translümbal

C) aşağı boş venaya

D) qalça arteriyasına

E) dirsək venasına


40. Radioizotop müayinə üçün hansı hazırlıqlar görülməlidir?

A) xüsusi hazırlığa ehtiyac yoxdur

B) imalə

C) aclıq


D) quru yemək

E) bütün qeyd olunanlar


41. Pielonefrit nədir?

A) böyrəyin parenximasının, kasa ləyən sisteminin və interstitsial toxumasının iltihabı

B) böyrək parenximasının iltihabı

C) böyrəyin kasa-ləyən sisteminin iltihabı

D) böyrəyin ara toxumasının iltihabı

E) böyrək yumaqcığının iltihabı


42. Pielonefritin daha çox rast gəlinən törədicisi hansıdır?

A) bağırsaq çöpləri

B) stafilokokklar

C) mikoplazmalar

D) viruslar

E) L-formalı bakteriyalar


43. Pielonefrit zamanı infeksiya böyrəyə hansı yolla daxil olur?

A) hemotogen və urinogen yolla

B) hemotogen yolla

C) urinogen yolla

D) limfogen yolla

E) heç biri


44. Birincili kəskin pielonefrit üçün hansı gediş xarakterikdir?

A) intoksikasiya simptomlarının yerli simptomların üstələməsi

B) simptomların müəyyən ardıcıllıqla baş verməsi

C) xəstəliyin əsasən kişilərdə olması

D) sidikdə qanın olması

E) yerli əlamətlərin intoksikasiyanı üstələməsi


45. Kəskin hemotogen pielonefrit zamanı ilk növbədə nə zədələnir?

A) böyrək yumaqcıqları

B) böyrək kanalcıqları

C) böyrəyin venoz sistemi və interstisial toxuma

D) kasacıq-ləyən sistemi

E) bütün sadalananlar


46. Pielonefrit zamanı infeksiya böyrəyə hansı yolla daxil olur?

A) hemotogen, urinogen, və sidik yollarının divarı ilə

B) hemotogen və limfogen yolla

C) urinogen və hemotogen yolla

D) limfogen yolla

E) heç biri


47. Hamilələrdə kəskin pielonefritin əlamətləri deyil:

A) sidiyin ümumi analizində leykositlərin olması

B) xəstənin ümumi vəziyyətində olan dəyişikliklər

C) titrətmə fonunda olan hərarətin yüksəlməsi

D) dizurik əlamətlər

E) piuriya


48. İki tərəfli xroniki pielonefrit nə ilə nəticələnir?

A) xroniki böyrək çatışmazlığı

B) arterial hipertoniya

C) pionefroz

D) pionefroz və böyrəyin büzüşməsi

E) böyrəklərin büzüşməsi


49. Pionefrozun diqanozunda hansı müayinə daha əhəmiyyətli rol oynayır?

A) USM-si və kompyuter tomoqrafiya.

B) retroqrad ureteropieloqrafiya

C) icmal uroqrafiya

D) infuzion ekskretor uroqrafiya

E) ekskretor uroqrafiya


50. Böyrək karbunkulu ilə şişinin differensasiyasında hansı müayinə həlledici rola malikdir?

A) kompyuter tomoqrafiyası

B) ekskretor uroqrafiya

C) retroqrad ureteropieloqrafiya

D) radioizotop müayinəsi

E) icmal uroqramması


51. Sidik axarı daşı fonunda yaranmış kəskin irinli pielonefrit zamanı müalicə nə ilə başlamalıdır?

A) sidik axarının kateterizasiyası

B) intensiv antibakterial müalicə

C) distansion litotripsiya

D) açıq cərrahi əməliyyat

E) punksion nefrostomiya



52. Xroniki pielonefrit zamanı ekskretor uroqrammada hansı dəyişikliklər olur?

A) bütün sadalananlar

B) renokortikal indeksin dəyişməsi

C) rentgenkontrast maddənin böyrəkdən xaric olunmasının pozulması

D) kasa-ləyən sisteminin deformasiyası

E) Hodson simptomu


53. Kəskin irinli pielonefritin ağrılaşmalarında xəstəyə nə göstərişdir?

A) açıq cərrahi müdaxilə

B) aktiv antibakterial müdaxilə

C) sidik axarinin stendləşdirilməsi

D) perkutan nefropielostomiya

E) heç biri


54. İki tərəfli xroniki pielonefritin xroniki böyrək çatışmamazlığına gətirib çıxarmasına hansı simptomlar dəlalət edir?

A) bütün sadalananlar

B) ağızda quruluq

C) susuzluq

D) nikturiya

E) pollaikuriya


55. Xroniki pielonefriti hansı böyrək xəstəliyi ilə mütləq differensasiya etmək lazımdir?

A) bütün sadalananlar

B) hipoplaziya

C) birincili böyrək büzüşməsi

D) vərəm

E) qlomerulonefrit


56. Sidik kisəsinə infeksiya ən çox hansı yolla düşür?

A) uretra ilə qalxan yol

B) enən yol

C) hematogen

D) kontakt

E) limfogen


57. Sadalananlardan hansi kəskin sistitin əlaməti deyildir?

A) poliuriya

B) piuriya

C) pollakiuruya

D) terminal hematuriya

E) stranquriya


58. Tez-tez residivləşən sistitin törədicisi daha çox nədir?

A) Protey çöpləri

B) stofilokok

C) streptokokk

D) göy-yaşıl irinli çöpləri

E) viruslar


59. Kəskin sistit üçün xarakter hematuriya hansıdır?

A) terminal

B) inisial

C) total formasiz laxta ilə

D) total

E) heç biri


60. Kəskin sistit zamanı bədən hərarətinin yüksəlməsi nəyə dəlalət edir?

A) pielonefrit

B) parasistit

C) uretrit

D) prostatit

E)vezikulit


61. Kəskin sistitin müalicəsində təyin edilir:

A) dietoterapiya və antibakterial müalicə

B) dietaterapiya dərman preparatlarının instilyasiyasi, antibakterial müalicə

C) dərman preparatlarının instulyasiyası

D) antibakterial müalicə

E) dietoterapiya


62. Xroniki sistitin müalicəsinin əsasını nə təşkil edir?

A) iltihabi prosesə təkan verən səbəbi aradan qaldırmaq

B) spazmolitiklərin təyini

C) antibakterial müalicə

D) dietoterapiya.

E) dərman preparatlarının instulyasiyası


63. Kəskin epididimitdə xaya artımları necə olur?

A) çox gərgin, ağrılı, böyümüş

B) çox gərgin və atrofiləşmiş

C) atrofiləşmiş

E) çox gərgin və ağrılı
64. İnfeksion orxit və epididimitin etioloji faktoru ola bilər:

A) bütün sadalananlar

B) bakteriyalar və viruslar

C) mikroplazmalar və xlamidiyalar

D) bakteriya, virus, mikroplazmalar və xlamidiyalar

E) vərəm çöpləri


65. Xroniki orxit zamanı hansı simptomlar müşahidə edilir?

A) Heç biri deyil

B) Xayada güclü ağrılar

C) Xayanın böyüməsi

D) Xayanın gərginləşməsi

E) Yüksək bədən hərarəti


66. Kəskin qeyri-spesifik epididimitin və orxitin müalicəsini nədən başlamaq lazımdır?

A) antibakterial preparatların təyini, toxum ciyəsinin novokainlə blokadası, soyuq applikasiyası

B) antibakterial dərmanların təyini, yataq rejimin təyini

C) toxum ciyəsinin novokoinlə blokadası və cərrahi müalicəsi

D) cərrahi müalicə, soyuq kompress

E) toxum ciyəsinin novokoinlə blokadasından


67. Paranefritin yaranmasına səbəb olan xəstəliklər hansılardır?

A) bütün sadalananlar

B) furunkul

C) böyrəyin irinli–iltihabi xəstəlikləri

D) parakolit

E) böyrəyin karbunkulu


68. Paranefrit nədir?

A) böyrək ətrafı piy toxumasının irinli iltihabi xəstəliyi

B) böyrəyin fibroz kansulasının irinli iltihabi xəstəliyi

C) böyrək parenximasının iltihabi xəstəliyi

D) böyrək ləyəninin iltihabi xəstəliyi

E) böyrəküstü vəzinin irinli iltihabı


69. Hansı kəskin birincili paranefritin əlaməti deyil?

A) dizurik əlamətlər

B) bel nahiyyəsində ağrılar

C) bel əzələlərinin defansı

D) ümumi zəiflik əlamətləri

E) sidikdə leykositlərin olması



70. Böyrək vərəmi ilə daha çox kimlər xəstələnir?

A) qadınlar

B) uşaqlar

C) ahıl yaşlı şəxslər

D) kişilər

E) qadınlar və kişilər


71.Vərəm mikrobakteriyaları böyrəklərə daha çox hansı yollarla düşürlər?

A) hematogen yolla

B) sidik axarlarının divarları ilə

C) sidik axarlarının mənfəzi ilə

D) qonşu orqanlardan kontakt yolu ilə

E) limfogen yolla


72. Böyrəklərin vərəmi zamanı ilk növbədə meydana çıxır:

A) böyrəyin qabıq maddəsində vərəm qabarcıqlarının əmələ gəlməsi

B) kasacıqlar və ləyənin selikli qişalarının zədələnməsi

C) böyrəyin beyin maddəsində vərəm qabarcıqları əmələ gəlməsi

D) böyrək məməciyinin zədələnməsi

E) böyrəyin fibroz kapsulasının zədələnməsi


73. Xəstə sərbəst olaraq oksalat daşları xaric edir, lakin oksaluriya davam edir. Bu xəstəyə nə tövsiyyə etmək lazımdır?

A) bütün göstərilənlər

B) oksalat turşusu ilə zəngin olan qida məhsullarının qəbulunu məhdudlaşdırmaq

C) limon turşusu ilə zəngin olan qida məhsullarının qəbulunu məhdudlaşdırmaq

D) süd məhsullarının qəbulunu məhdudlaşdırmaq

E) vitamin A və B6 ilə zəngin olan qida məhsullarının qəbulunu artırmaq


74. Anadangəlmə hidronefrozun əmələ gəlmə səbəblərinə aid deyil:

A) periuretrit, sidik axarının çapıq strikturası və nefroptoz

B) periuretrit

C) sidik axarının yüksəkdən yerləşməsi və klapanı

D) sidik axarının çapıq stikturası və nefroptoz

E) ələvə damar


75. Daş əmələgəlməsinin risk faktorlarına aid deyil:

A) qanda sidik cövhəri və kreatininin yüksək miqdarı

B) uraturiya, oksaluriya

C) qanda və sidikdə kalsium, sidik və oksalat turşularının yüksək miqdarı

D) leykosituriya və eritrosituriya

E) fosfaturiya


76. Rentqenpozitiv daşlara aid deyil:

A) urat, sistin, zülal

B) oksalat, urat, fosfat

C) fosfat daşlar, urat, karbonat

D) qarışıq tərkibli daşlar

E) urat, xolesterin


77. Ekskretor uroqrafiyanın aparılması məqsədə uyğundur:

A) bütün göstərilən hallarda

B) daşın böyrək ləyənində yerləşdiyi halda

C) ikitərəfli mərcanvari daşların olduğu halda

D) sidik axarında daş olduqda

E) daşın böyrək kasasında yerləşdiyi halda


78. Lorin-Epşteyn üsulu ilə novokain blokadası, böyrək sancısı olan hansı halda daha effektli olur?

A) daş olduqda sidik axarının aşağı 1/3-də

B) daş olduqda sidik axarının orta 1/3-də

C) daş olduqda böyrək ləyənində

D) daş olduqda sidik axarının yuxarı 1/3-də

E) daşın lokalizasiyasının elə bir fərqi yoxdur


79. Böyrək sancısı zamanı USM müayinəsində hansı əlamətlər aşkar olunur?

A) sidik axarının yuxarı 1/3-də, kasa-ləyən sistemində dilatasiyası

B) böyrək parenximasının eynicinsli olmaması

C) böyrəyin yığıcı sistemində hipoexogen törəmənin olması

D) böyrəkdə dairəvi nazik divarlı exoneqativ törəmənin olması

E) böyrəkdə solid törəmə


80. Ekskretor uroqrafiya hansı xəstəlik zamanı ən informativ müayinə hesab

olunur?


A) hidronefroz

B) kəskin sidik ləngiməsi

C) sidik kisəsi-sidik axarı reflüksü

D) neyrogen sidik kisəsi

E) enurez

81. Rentgenoloji «lal böyrək» fenomeni aşağıdakılardan hansının nəticəsidir?

A) sidik axarının daşla obstruksiyasının

B) kəskin qeyri-obstruktiv pielonefritin

C) böyrək şişinin

D) böyrək travmasının

E) ikincili büzüşmüş böyrəyin


82. Oksaluriya zamanı sidiyin pH necə olur?

A) pH 5,1-5,9

B) pH 6,2-6,9

C) pH 2,3-2,9

D) pH 8,2-8,9

E) pH 7,5-8,9


83. Böyrəkdə 4 amin turşusunun reabsorbsiyasının pozulması hansı enzimopatiya zamanı müşahidə olur?

A) sistinuriya

B) uraturiya

C) qalaktozemiya

D) oksaluriya

E) fruktozemiya


84. Ardıcıllıqla - urat, fosfat və oksalat daşlarının əmələ gəlməsi üçün sidiyin reaksiyası necə olmalıdır?

A) turş, qələvi, zəif turş

B) turş, qələvi, qarışıq

C) zəif turş, turş, qələvi

D) qarışıq, turş, qələvi

E) qələvi, turş, zəif turş


85. Sidik yollarına düşən hansı mikroorqanizmlər ureaza fermenti ifraz edərək fosfat daşlarının əmələ gəlməsinə şərait yaradır?

A) Proteus, Pseudomonas, Klebsiella

B) B. Paracoli, Ps. Aeruginosa, Klebsiella

C) Pr. Vulgaris, Pseudomonas, B. Paracoli

D) E. coli, Qonokokk, Ps. Aeruginosa

E) Helicobacter pylori, Pseudomonas, Klebsiella


86. Böyrək daşı xəstəliyində hansı ağırlaşmalar nefrektomiya əməliyyatının aparılmasına göstərişdir?

A) pionefroz, hidronefroz son mərhələ, nefroqen hipertoniya

B) pieloektaziya, nefroqen hipertoniya, pionefroz

C) hidrokalikoz, pionefroz, nefroqen hipertoniya

D) kəskin pielonefrit, böyrək sancısı, hidronefroz

E) xroniki pielonefrit, nefroqen hipertoniya, küt ağrılar


87. Ureterorenoskop vasitəsi ilə aparılan kontakt litotripsiya hansı lokalizasiyalı daşların müalicəsində istifadə edilir?

A) sidik axarının orta və aşağı 1/3 hissəsinin daşlarında

B) böyrək daşlarında

C) sidik axarının orta və yuxarı 1/3 hissəsinin daşlarında

D) mərcanvari daşlarda

E) sidik kisəsinin daşlarında


88. Distansion zərbə dalğa litotripsiyanın aparılmasına əksgöstərişdir:

A) kəskin ürək-damar xəstəlikləri, kəskin pielonefrit yuxarı sidik yollarında urodinamik pozğunluqlar

B) xroniki gastrit, xroniki hepatit, böyrək daşları

C) sidik axarının yuxarı 1/3 hissəsinin daşları, xroniki pielonefrit, kolit

D) sidik kisəsinin daşları, xroniki hepatit, kəskin ürək-damar xəstəlikləri

E) sidik axarının aşağı 1/3 hissəsinin daşları, kəskin ürək-damar xəstəlikləri,

kəskin pielonefrit
89. Mərcanvari daşlar sidik-ifrazat sisteminin hansı hissəsində olur?

A) kasa-ləyən sistemində

B) böyrəyin parenximasında

C) sidik axarında

D) sidik kisəsində

E) uretrada

  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə