29. Hansı hallar kişilərə sidik kisəsinin kateterizasiyası göstərişdir?
A) kəskin sidik ləngiməsi
B) kəskin sistit
C) kəskin uretrit
D) xroniki prostatit
E) uretroragiyada
30. Qeyd olunanlardan nə sistoskopiyanın aparılmasına əks-göstəriş deyil?
A) sidik kisəsinin həcminin 70 ml-dən çox olması
B) sidik kisəsinin həcmi 70 ml-dən az olması
C) kəskin uretrit və sistit
D) uretranın daralması
E) sidik kisəsinin zədələnməsi
31. Xromosistoskopiya zamanı nədən istifadə olunur?
A) indiqokarmin
B) uroqrafin
C) barium sulfat
D) oksigen
E) triombrast
32. Diafonoskopiya nə zaman müsbət olur?
A) xaya hidropsunda
B) xaya şişlərində
C) qasıq-xaya yırtığında
D) kəskin orxoepididimitdə
E) vərəm epididimitində
33. Urofluometriya nədir?
A) sidik ifrazı zamanı sidik axınının həcmi sürətinin dinamik dəyişikliyinin qrafik təsviri
B) uretradaxili təzyiqin profilinin dinamik təyini
C) sidik kisəsinin daxili təzyiqinin ölçülməsi
D) yuxarı sidik yollarının funksional vəziyyətinin öyrənilməsi
E) uretranın və sidikliyin rentgen müayinəsi
34. Yuxarı sidik yollarının funksional vəziyyətini müəyyən etmək üçün hansı rentgen müayinə üsulu daha məlumatlıdır?
A) ekskretor uroqrafiya
B) icmal uroqrafiya
C) pnevmoretroperitoneum
D) pnevmoren
E) sistoqrafiya
35. Aşağıda qeyd olunanlardan hansı retroqrad ureteropieloqrafiyaya əks-göstəriş deyil?
A) sidik axarının rentgen-neqativ daşı
B) sidik yollarının kəskin iltihabi xəstəlikləri
C) aşağı sidik yollarının zədələnmələri
D) total hematuriya
E) aşağı sidik yollarının strikturası
36. Kompyuter tomoqrafiya uroloji praktikada ən çox hansı xəstəliklərdə istifadə olunur?
A) sidik-cinsiyyət sistemi üzvlərinin şişləri
B) sidik-cinsiyyət sistemi üzvlərinin zədələnmələri
C) sidik-cinsiyyət sistemi üzvlərinin anomaliyaları
D) sidik-cinsiyyət sisteminin qeyri-spesifik iltihabi xəstəlikləri
E) uroloji praktikada əhəmiyyətli deyil
Dostları ilə paylaş: |