Tmm tiPLİ ÇOXƏSNƏKLİ toxucu maşinlarinda parçA ƏMƏLƏGƏTİRİCİ mexanziMİn dinamik xarakteriSTİkalarinin təYİNİ



Yüklə 451,67 Kb.
səhifə1/5
tarix31.03.2017
ölçüsü451,67 Kb.
#12946
  1   2   3   4   5
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ



əl yazması hüququnda

Nuriyev Anar Fərhad oğlu
TMM TİPLİ ÇOXƏSNƏKLİ TOXUCU MAŞINLARINDA PARÇA ƏMƏLƏGƏTİRİCİ MEXANZİMİN DİNAMİK XARAKTERİSTİKALARININ TƏYİNİ

İxtisasın şifri və adı: 060625 – Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

İxtisaslaşma: Yüngül sənaye və məişət xidməti texnoloji maşınları və avadanlıqları

Elmi rəhbər prof. M.H.Fərzəliyev

Magistr proqramının rəhbəri prof. M.H.Fərzəliyev

Kafedra müdiri prof. M.H.Fərzəliyev

BAKI-2015

Mündəricat

Giriş............................................................................................................... 6



I BÖLMƏ.

TMM TIPLI ÇOXƏSNƏKLI TOXUCU MAŞINININ

PƏM-IN KONSTRUKSIYASININ ANALIZI

1.1 TMM tipli çoxəsnəkli toxucu maşınının təyini...................................... 8

1.2 TMM-360 tipli toxucu maşının və onun tərkib hissələrinin

quruluşu və işi......................................................................................... 11

1.3 Çoxəsnəkli toxucu maşının PƏM konstruksiyasının xüsusiyyətləri...... 23

1.4 TMM tipli çoxəsnəkli toxucu maşınlarda parçaəmələgəlmə

prosesinin analizi..................................................................................... 26

1.5 TMM tipli çoxəsnəkli toxucu maşininin PƏM-in yaradilmasi

metodikasi və keçdiyi yol ........................................................................ 29

II BÖLMƏ

TMM TİPLİ ÇOXƏSNƏKLİ TOXUCU MAŞINININ PƏM-NİN

VALININ KONSTRUKSİYASININ KİNEMATİK VƏ DİNAMİK

ANALİZİ

2.1. PƏM valinin dayaqlarinin təsnifati və onlarin işinin analizi....................38

2.2 TMM tipli çoxəsnəkli toxucu maşınlarında parça əmələ-gətirən

mexanizm valının dinamik modelinin yaradılması və statiki

əyintisinin təyini..........................................................................................48

2.3 PƏM – in valinin uclarini müxtəlif tip bağladiqda

dayaqlarin sərtliyini nəzərə almaqla və almamaqla əyilmədə

rəqsi hərəkətin tezliyinin təyin edilməsi..................................................49



III BÖLMƏ

TMM- 360 TİPLİ TOXUCU MAŞINININ PƏM - İN VALININ

BURULMADA RƏQSİ HƏRƏKƏTİNİN TƏDQİQİ.

3.1TMM-360 tipli toxucu maşının intiqalının kütlələrinin ətalət

momentlərini nəzərə almamaqla PƏM-in valının burucu rəqslərinin

təyini.............................................................................................................58

3.2 TMM-360 tipli toxucu maşının intiqalını nəzərə almaqla PƏM-in

valının burucu rəqslərinin tədqiqi.............................................................62

3.3. TMM-360 tipli çoxəsnəkli toxucu maşinin pəm-inin dinamik

modelinin sərbəstlik dərəcəsinin azaldilmasi.............................................67

3.4 TMM-360 tipli çoxəsnəkli toxucu maşinin PƏM-nin valinin

yeddi kütləli budaqlı sisteminin məxsusi tezliklərinin təyini..................70

3.5 TMM-360 tipli toxucu maşinin intiqalını nəzərə almaqla pəm-in

valinin bir kütləli səpilmiş yüklü sisteminin burulmada rəqsi

hərəkətinin tezliyinin təyin edilməsi......................................................... 74

Nəticə və Təkliflər............................................................................................. 80

Ədəbiyyat.......................................................................................................... 82

Dissertasiya işinin refaratı
Mövzunun aktuallığı. Çoxəsnəkli toxucu maşınlarında parça əmələgəlmə prosesi bir neçə əməliyyatın eyni zamanda fasiləsiz üsulla yerinə yetirməsi ilə həyata keçirilir. Eyni zamanda yerinə yetirilən əməliyyatlar, əsnək əmələ gəlməsi, dalğavari əsnəklərdən arğac saplarının keçirilməsi və bu sapların parçanın işçi başlanğıcına gətirilməsi və vurulması əməliyyatlarıdır. TMM tipli çoxəsnəkli toxucu maşınlarında arğac saplarının dalğavari əsnəklərdən keçirilməsi və parçanaın işçi başlanğıcına gətirilməsi və vurulması prosesi bir rotor tipli parça əmələgətirici mexanizmlə (PƏM) həyata keçirilir. PƏM çoxəsnəkli toxucu maşınlarının əsas mexanizmidir və onların konstruksiyası çoxəsnəkli toxucu maşınların konstruksiyasını və texniki iqtisadi göstəricilərini müəyyən edir. TMM tipli çoxəsnəkli toxucu maşınların istehsalata tətbiq edilməsi avadanlıqların məhsuladrlığının 2-5 dəfə artırmağa, istehsalat şəraitinin yaxşılaşdırmağa və avtomatlaşdırılmış toxucu fabriklərinin yaradılmasına imkan verir.

Təqdim edilən dissertasiya işi actual məsələyə PƏM-in əsas işçi üzvü olan valın etibarlı işinin təmin edilməsi üçün dinamik parametrlərinin təyin edilməsinə həsr edilmişdir.

Burada TMM tipli çoxəsnəkli toxucu maşınların PƏM-in konstruksiyasının dinamik parametrlərinin təyin olunmasına baxılmışdır. Bu məqsədlə aşağıdakı məslələr qoyulmuş və həll edilmişdir:


  • PƏM-in kostruksiyasının analizi aparılmış və əsas düyünləri müəyyən edilmişdir

  • PƏM-in valının dayaqlarının konstruksiyalarının işinin anlizi aparılmış, və təsnifatlaşdırılmışdır

  • PƏM-n valına təsir edən qüvvələr müəyyənləşdirilmiş və hesabatlar üçün səpilmiş qüvvələrin intensivliyi müəyyən edilmişdir

  • PƏM-in valının uclarını müxtəlif tip bağladıqda dayaqların sərtliyini nəzərə almağla və almamağla əyilmədə rəqsi hərəkətin tətqiq edilmişdir.

  • TMM-360 tipli toxucu maşının intiqalının kütlələrinin ətalət momentlərini nəzərə almaqla və almamaqla PƏM-in valının burulmada rəqsi hərəkəti tətqiq edilmişdir.

TMM tipli çoxənəkli toxucu maşınlarda parça əmələgətirici mexanizmin dinamik xarakteristikalarının təyini sistemli yanaşmaqla həyata keşirilmişdir.

Alınmış nəticələr fasiləsiz üsulla parça istehsal edən çoxəsnəkli toxucu maşınlarının PƏM-inin layihələndirilməsində istifadə edilə bilər. Bununla yanaşı işlənmiş dinamik modellər və yazılmış differensial tənliklər, onların həlli metodları tədris prosesində istifadə edilə bilər.



İşin həcmi. Dissertasiya girişdən 3 bölmədən nəticə və təkliflərdən və 14 sayda ədəbiyyat siyahısı olmaqla 82 səhifədən iabrətdir.

Giriş
Əhalinin geniş çeşidli yüksək keyfiyyətli parçalara və onlardan istehsal edilən məmulatara olan tələbləri təmin edən problemin həllinin sürətləndirilməsini , toxuculuq sənayesinə , atomatlaşdırılmış istehsalataların mərhələlərlə tətbiq etmək yolu ilə həyata keçirilə bilər ki, bunun üçün bütün əsaslar vardır.

Avtomatlaşdırılmış istehsalat ən vacib məsələləri o cümlədən keyfiyyəti, çeşidin genişləndirilməsini , əl əməyinin azaldılmasını və uyğun olaraq toxuculuq sənayesində işçi qüvvəsinin çatışmamazlığı, sanitar qaydaların, əmək şəraitinin kəskin yaxşılaşdırılmasını və avadanlığın əmək məhsuldarlığının artırılımasını həll edir. Toxuculuq sənyesinin yenidən qurulması üçün ilk növbədə əvvəlki köhnə düşüncə tərzindən imtina edib yeni düşüncə tərzinə keçmək lazımdır.

Toxuculuq sənaye müəssisələrinin səviyyəsini əvvəllər olduğu kimi texnoloji zəncirdə( zəmində) ayrı-ayrı texnoloji proseslərin, ayrı-ayrı avadanlıqlarının maşın sistemini dəyişməklə artırmaq olmaz. Bazar iqtisadiyyatı sistemində texniki tərəqqini sürətləndirmək üçün bütün maşınlar sistemi, bütün texnoloji proseslər xam maldan hazır məhsula ( yarım fabrikata ) qədər olan bütün zəncirə yəni kiplərdən lifə qədər, iplikdən xam parçaya qədər, xam parçadan boyaq-bəzək əməliyyatlarından keçən məhsulun qablaşdırılmasına qədər yenidən nəzərdən keçirirmək lazımdır.

Təcrübələrlə sübut edilmişdir ki, bazar iqtisadiyyatında yenidən qurma ilk növbədə texniki sabahlama ilə sıx əlaqədardır. Bu baxımdan ilk növbədə toxuculuq sənayesinin boyaq bəzək istehsalatı yüksək templə inkişaf etdirilməlidir ki, modanın tələblərinə uyğun məmulatların tərtib edilməsi üçün məmulatların bədii-koloritik tərtib edilməsi yaxşılaşdırılsın, əyricilik, toxuculuq və boyaq bəzək istehsalatında avtomatladırılmış avadanlıqlar komleksinin geniş tətbiq edilməsi tələb olunur. Bu sistemin əsas məqsədi istehsalın yeni mütərəqqi texnologiyaları baxımından yüksək sürətli yeni texnika ilə təmin edilsin.Toxuculuq sənayesində elmi-texniki tərəqqinin inkişaf etdirilməsi əmək məhsuldarlığını kifayət qədər artırılmasına və material sərfinin azaldılmasına imkan verən yeni nəsil texnikanın yaradılmasını və mənimsənilməsini tələb edir.

Toxuculuq istehsalatlarında göstərilən tələblərə cavab verən yeni nəsil maşınlara fasiləsiz üsulla parça istehsal edən çoxəsnəkli toxucu maşınlara aid etmək olar.

Avadanlığın məhsuldarlığının artırılmasına imkan verməyən texnoloji proseslərin peridoik-fasiləli yerinə yetirən klassik məkikli və məkiksiz toxucu maşınlardan fərqli olaraq çoxəsnəkli toxucu maşınlarda parça əmələgəlmə prosesi fasiləsiz yerinə yetirilir. Çoxəsnəkli toxucu maşınlarında parça əmələgəlmənin əsas texnoloji prosesləri əsnək əmələgəlmə, arğac sapının dalğavari əsnəklərdən keçirilməsini və bu arğac sapının parçanın əyici başlanğıcına gətirilməsi və vurulması eyni zamanda maşının yükləmə enliyi boyu bir neçə yerdə fasiləsiz həyata keçirilir ki, bu da toxucu maşının məhsuldarlığının kifayət dərəcədə artrılmasına imkan verir.Çoxəsnəkli toxcu maşınlarının işçi nümunələri İsveçrədə(Ryuti firması , R-600 modeli), Çexiyada ( Kontis-Ca modeli ), İspaniyada(İwer firması, ONA modeli), Alamaniyada( Mayer firması, Linka modeli), İtaliyada (Nuovo-pignone firması ТПЦ modeli) , Rusiyada ( Klimovsktekmaş zavodu, TMM modeli)yaradılmışdır. Çoxəsnəkli toxucu maşının əsas mexanizmi parçaəmələgətirici mexanizmdir (PƏM). PƏM-in prinsipial sxemi və konstruksiyası çoxəsnəkli toxucu maşının konstruksiyasını, onun səmərəliliyini və texniki-iqtisadi göstəricilərini müəyyən edir. PƏM konstruksiyasının yaradılması toxuculuq texnologiyası və konstruksiya ilə əlaqədar bir çox bir çox problemlərin həll edilməsini tələb edir, belə ki, klassik toxucu maşınlarda parça əmələ gəlməsi üçün istifadə edilən əsas mexanizmlərin hec biri, fasiləsiz üsulla parça istehsalı üçün yaramır. Araşdırmalar göstərir ki, fasiləsiz parça əmələ gəlmə prosesinə PƏM-in kostruktiv və texnoloji parametrləri əhəmiyyətli dərəcədə təsir göstərir. Bu konstruktiv parametrlərdən ən vacibi onun möhkəmliyini təmin edən dinamik parametrlərdir ki,biz bu dissertasiiyada PƏM-in valının konstruksiyasının dinamik parametrlərinin təyin olunmasına baxacayıq.



I BÖLMƏ

TMM TIPLI ÇOXƏSNƏKLI TOXUCU MAŞINININ PƏM-IN KONSTRUKSIYASININ ANALIZI.

1.1 TMM tipli çoxəsnəkli toxucu maşınının təyini

TMM tipli çoxəsnəkli toxucu maşınları pambıqliflərindən həmçinin viskoz liflərindən və pambıq lafsan qarışığından polotno toxunmalı parçalar istehsal etmək üçün təyin olunmuşdur. Bu tip toxucu maşınların fərqləndirici xüsusiyəti ondan iabrətdir ki, parça əmələ gəlməsi və formalaşması maşının işçi enliyi boyu çox yerdə həyata keçirilir. Bu onunla əldə olunur ki, çoxlu sayda məkiklər müəyyən inervalda əriş saplarının əsnəyində fasiləsiz olaraq fırlanan rotor tipli berdo ilə hərəkət etdirilir. Hər bir məkik maşının işçi enliyinə bərabər uzunluqda bir posiya arğac sapı daşıyır ki, val üzərində bir birinə nəzərən müəyyən bucaq qədər döndürülmüş şəkildə yığılan vurucu lövhənin dişləri ilə əsnək əmələ gəlmə fazalarına uyğun olaraq parçanın işçi başlanğıcına gətirilir və vurulur yəni fırlanan berdo eyni eyni zamanda məkiklərə hərəkəti verir və arğac sapını parçanın işçi başlanğıcına vurur. TMM-360 tipli toxucu maşınında parça formalaşmasında eyni zamanda 23 məkik iştirak edir.

TMM -360 tipli çoxəsnəkli toxucu maşının texniki xarakteristikası aşağıdakı kimidir .

Cədvəl 1.1






Əsas parametrlərin adı

Parametrin qiyməti

1

PƏM-in valının fırlanma tezliyi , dövr/dəq

-işçi rejimində

- sazlama rejimində


400,450,500

94


1.2

PƏM-in vint xətlərinin addımı, mm

152,4

2

Məkikləri yükləyən mexanizmdə sarıyıcı başlıqların sayı, ədəd

6

3

Maşının əndazə ölçüləri ,mm

Navoyun diametri, mm

enliyi

dərinliyi



Elektrik aparatları və spral saxlayan nəzərə almadıqda

700,800

6436


1740,1880

1230, 1330



4

Maşının kütləsi ,kg

5400

5

O cümlədən məkikləri arğac sapı ilə yükyənən mexanizmin kütləsi, kg

950

6

Maşının intiqalı asinxron elektrik mühərrikləri ilə hərəkətə gətirilir




6.1

İşçi sürəti təmin etmək üçün 4AII2MY3fırlanma tezliyi, dəq-1

gücü . kVt



1500

5,5


6.2

Sazlama işlərini aparmaq üçün 4A90LE8fırlanma tezliyi, dəq-1

Gücü, kVt



750

1,1


7

Arğac saplarının uclarının soran vintelyatorun intiqalı asinxron elektron mühərriki 4A63B273 fırlanma tezliyi , dəq-1

gücü, kVt



3000

0,55


8

Ventilyatorla birlikdə texnologiya üçün sərf olunan güc, kVt

3,85

9

Səsin səviyyəsi, ДВА

85 çox olmayan

10

Titrəmə sürətinin..... ДБ

92 çox olmayan

11

Atmosfer təzyiqində hava sərfi , m3/saat

10,2

12

Magistraldan gətirilən havanın təzyiqi

4,0

Başlanğıcda maşın istismara hazırlandıqdan sonra, yüngül və orta parçaları toxumaq üçün PƏM-in valının sürətini 450 ÷ 500 dəq-1 çatdırılması maşına xidmətlərin tam mənimsənilməsindən sonra , keyfiyyətli iplikdən istifadə etməklə, klimatik şəraiti təmin etdikdən və texnoloji şərtləri gözləməklə artırmaq olar

TMM-360 tipli toxucu maşınının texnoloji xarakteristikası Cədvəl 1.2-də verilmişdir.

Cədvəl 1.2



Sıra

Əsas parametrlərin adları

Parametrin qiyməti

1

Yükləmə enliyi , mm

  • Yalnış kənarı nəzərə almaqla ( maksimum)

  • Yalnış kənarı nəzərə almamaqla

  • Hər tərəfdən yükləmə enliyini tənzimlənməsi



  • 3657,6

  • 3600

  • 400

2

Navoylar:navoyların sayı , ədəd

  • borusunun diametri, mm

  • disklərinin diametri , mm

  • disklər arası məsafə, mm

2

  • 200

  • 700,800

  • 1800

3

Malın sarınmasının maksimal diametri , mm

460

4

Mal valikinin diametri ,mm

30

5

Parçanın sıxlığı 10 sm-ə düşən sapların miqdarı

  • əriş üzrə maksimum

  • arğac üzrə



  • 320

  • 70-dən 300-ə qədər

6

Emal edilən ipliyin qalınlığı teks ( növü)

əriş


arğac

100-dən 15,4-ə qədər(10-65)

100-dən 15,4-ə qədər

( 10-65)


7

Kənarların bərkidilməsi

hörmə

8

Arğac yumağı- standart yumaq diametri , mm

230

9

Məkikdəki şpula sarının sapın makisumum uzunluğu , mm

4000-dən çox olmamaqla

10

10 N-li sap sarındıqda şpulun makismum tutumu , mm

5500-çox olmaqla

11

Zay parça istehsalı imkanı

yoxdur

12

Parçanın əlaqə əmsalı

8-çox olmayan

13

Remiz seksiyalarının addımı, mm

25,4

14

Əriş gözləyicilərində tamasalaraın sayı , ədəd

6-ya qədər

TMM-360 tipli çoxməkikli toxucu maşının aşağıdakı kimi mexanizmləri və düyünləri vardır.



  1. Bünövrə-Özül

  2. Intiqal

  3. Parçaəmələgətirici mexanizm (PƏM)

  4. Əsnək əmələgətirici mexnizm

  5. Məkikləri qəbul edən mexanizm

  6. Məkikləri nəql etdirici mexanizm

  7. Parça əmləgətirici mexanizmin intiqalı

  8. Işə salma və saxlama mexanizmi

  9. Mal tənzimləyicisi

  10. Əriş tənzimləyicisi

  11. Elektrik əriş gözləyicisi

  12. Arğacı kəsən mexanizm

  13. Arğac saplarına nəzarət edən mexanizm

  14. Tozsoran sistem

  15. Sparutka

  16. Uzunluq ölçən

  17. Yanlış kənarı çəkən mexanizm

  18. Elektrik avadanlığları

  19. Maşının çəpərlənməsi

  20. Arğac sapını saxlayan mexanizm

  21. Kənarları hörən mexxanizm

  22. Məkikləri arğacla yükləyən mexanizm

Məkikləri arğacla yükləyən mexanizm üçün ayrıca texniki siyahı tutulur.

1.2 TMM-360 tipli toxucu maşının və onun tərkib hissələrinin quruluşu və işi

Özül (şəkil 1.1) maşının əsasıdır ki onun üzərinə maşının əsas düyünlərinin kütlələri bərkidilir. O iki çuqun çərçivədən 1,2 iabrətdir və öz aralarında əlaqələrin. 3,4,5 köməyi ilə birləşdirilir. Əlaqələr 3 və 4 öz aralarında əriş tənzimləyicilərinin dəstəyi 6 ilə birləşdirilir. Maşının quraşdrılma yerində əlaqə 3 orta hissədə domkratda 7 saxlanılır. Əlaqə 5 iki yerdən əlaqəyə 3 bərkidilmiş dayaqla 8 saxlanılır. Özüldə maşının bütün mexanizləri bərkidilir.

Maşının intiqalı bütün düyünlərin və mexanizmlərin fəaliyyətinin təmin edilməsinə xidmət edir. Intiqal aşağıdakı mexanizmlərdən ibarətdir.


  1. Hərəkət mexanzmi

  2. Maşını saxlamaq üçün əyləc mexanizmi

  3. Əl ilə əyləmə saxlama mexanizmi

  4. Maşının baş valı və redukturu

.Hərəkət mexanizmi (şəkil 1.2) elektrik mühərriklərindən maşının baş valını hərəkət ötürmək və onun işini verilmiş sürətlərdə təmin etmək üçün təyin olunmuşdur. Maşının intiqalı pazvari qayış ötürməsinin gərginliyini tənzimləməyə imkan verən lövhə 3 üzərində quraşdırılmış iki asinxron elektrik mühərrriklərdən hərəkə alır.

Şəkil 1.1 Gövdə



Şəkil 1.2

Mühərrik 2 maşınının işçi sürətini almaq üçün təyin olunmasıdır ki, onun valı üzərində işçi sürəti dəyişdirmək üçün dəyişdirilə bilən qasnaq 4 yerləşdirlməlidir. Digər elektrik mühərriki 1 sazlama sürətlərini verməyə xidmər edir. Maşının sazlama sürətləri 75, 85, 95 dəq -1 hədlərində dəyişir, məkiyin mexanizmlərin qovuşma yerlərindən səlis keçməsinə və mexanizmlərin müxtəlif tsikillərinə baxmaqla nəzarət etməyə imkan verir. Bu sürət keçirilmiş əriş saplarının işlənməsi üçün istifadə olunur.

Işçi sürət ancaq sazlama sürətindən keçməklə qoşulur ki, bunun nəticəsində maşının səlist qovulması həyata keçirilir. Sazlama sürəti həmçinin argac saplarının yükləmə mexanizminə daxil edilməsi üçün istifadə edilir ki, bu halda qoşmaq üçün yükləmə mexanizminin çərçivəsi üzərində xüsusi düymə vardır. Sazlama hərəkət sürəti elektrik mühərrikindən 1 həyata keçirlir ki hərəkət qanaqdan 5 pazvarı qayış ötürməsi vasitəsi ilə , sərbəst gedişi olan mufatnın 7 köməyi ilə elektrik mühərrikinin 2 valı ilə əlaqədə olan qasnaqa 6 ötürülür . Elektrik mühərrikindən 1 burucu moment ötürüldükdə sərbəst gedişli mufta pazlanır və mühərrikin 2 valını onun üzərinə bərkidilmiş dəyişən qasnaqla 4 fırlanma hərəkəti verilir ki, ondan hərəkət pazvarı qayış ötürməsi vasitəsiylə maşının baş valında 10 yerləşən qasnaqa 9 ötürülür. Maşının işçi sürətini qoşmaq üçün isə salan dəsdəyi özündən orta vəziyyətə döndərmək lazımdır ki, bu zaman işə salma və işdən saxlama mexanizminin sonuncu qoşucularının köməyi ilə elektrik mühərriki 1 söndürülür və elektrik mühərriki 2 isə qoşulur ki, pazvarı qayış ötürməsinin və qasnağın 9 köməyi ilə maşının baş valını 10 hərəkətə gətirilir. Elektrik mühərriki 2 işlədikdə sərbəst gedişli mufta 7 sürüşərək və burucu moment qasnağa 6 və mühərrikə 1 ötürülməyəcəkdi. Qasnağ 6 və mühərrik sakit vəziyyətdə duracaq və yaxud sərbəst gedişli muftadakı sürtünmə qüvvəsi hesabına kiçik sürətlə fırlancaqdır.

2. Əyləci mexanizmi əl ilə- işə salan dəstəklə , əriş və arğac sapları qırıldıqda və qruyucu muftalar işlədikdə maşını avtomatik işdən saxlamağa xidmət edir.

Əyləc mexanizmi maşının iki sürətinin dayandırılmasını təmin edir: əriş və arğac sapları qırıldığda- texnoloji, əylənmə parçaəmələ gətirici mexanizmin 10000 dönməsində baş verir və qoruyucu muftalar işlədikdə təcili – 5000 döndükdə. Əyləc mexanizmi baş vala bərkidilmiş əyləyici qasnağdan, əyləc lentindən, əyləc dəsdəyindən və iki yaydan ibarətdir. Hərəkətə gətirmək üçün maqnitdən istifadə edilir ki, dartıcı ilə əyləyici dəstəklə birləşdirilmişdir. Əylənmiş vəziyyətdə əyləc dəstəyini saxlamaq üçün dəstəklərdən istifadə edilir ki, onlar dartqılarla və elektromaqnitlərlə birləşdirilir. Qapayıcı qurtaracaq əylənmiş maşında elektrik şəbəkəsini ayırmağa xidmət edir. Əyləc mexanizmi aşağıdakı kimi işləyir: maşını işə qoşduqda əyləyici maqnit işə düşür və əyləyici dəstəyi yuxarı vəziyyətə qaldırır ki, onun vəziyyəti dilcəklərdə qeydə alınır. Əyləc dəstəyinin bu vəziyyətində əyləyici lent qasnağı əylənməkdən azad edir və maşın işləyir. Texnoloji əylənmə zamanı yəni ağac və əriş sapları qırıldıqda və həmçinin maşın əl ilə əyləndikdə arğac sapı ilə yükləyici mexanizmin arqac nəzarətçisindən , parçaəmələgəlmə sahəsində arğac nəzarətçisi və yaxud əriş gözləyicisindən buraxıcı stanqındən siqnal maqnitə verilir ki, dartqının köməyi ilə dilçəyi hərəkətə gətirir .Dillək əyləc dəsdəyini açır və o, yayın təsiri nəticəsində əyləc lentini dartır maşını əyləyir bu zaman planki qapayıcının qurtaracağının diyircəyini sıxır.Təcili əylənmədə maşının dayandırılması üçün siqnal arğac saplarını yükləyən mexanizmdən və məkiyi istiqamətləndirən açılan daraqdan verilir.Bu siqnal texnoloji əyləmədə olduğu kimi maqnitə və eyni zamanda digər maqnitə verilir ki, hər iki dilcəyi açır. Dilcək dəstəyi buraxır ki,yayın təsiri nəticəsində sıxıcı boltdan keçirməklə əyləyici dəstəyə əlavə qüvvə verir.Beləliklə təcili əylənmə iki yayla həyata keçirilir.Əyləc mexanizminin sazlanması tənzimləyici vintin köməyi ilə yerinə yetirilir.Təcili əylənmədə əyləyici dəstəyin gedişini 25 mm-dən cox olmayaraq qoyulur. Maşının əylənmiş vəziyyətində,yarım üzüyün üzərində yerləşmiş 5 tənzimləyici vintlərlə əyləc vinti ilə əyləc qasnağı arasında bərabər ara boşluğu qoyulur.maşının dönmə bucağını əvvəl vintin köməyi ilə texnoloji əylənmə zamani sonra isə vintin köməyi ilə təcili əylənmə zamanı tənzimləyirlər.

3. Əl ilə əyləmə mexanizm .

Onun sazlanması zamanı əylənməsinə xidmət edir və dəstəkdən sırğa ilə birlikdə dartqıdan ibarətdir. Dartqının uzunluğu qayka ilə elə tənzimlənir ki, dəstəyi dayağa qədər döndərildikdə, nöqtədə əyləc dəstəyi dilcəyin dayaq müstəvisində 2-3 mm yuxarı qalxsın.

4.Maşının baş valı və reduktor.

Maşının baş valı, valların muftalarla birləşdirilmiş hissələrindən ibarətdir. Muftalarla birləşdirilmiş yığılma val maşının yığılmasının texnolojiliyi üçün edilmişdir. Bu valda məkikləri qəbul edən qutunun intiqalı üçün, dişli qayışı 46 olan dişli qasnaq və əsnək əmələgətirici, qutuların intiqalı və məkikləri yükləyən mexanizmin intiqalı dişli qayışlar olan dörd dişli qasnaqların bərkidilmişdir

Dişli qayışların gərginliyini tənzimlənməsi gərginlik verən dişli qanaqların köməyi ilə həyata keçirilir. Vallar kürəcikli yastıqlarda oturdulmuşdur. Baş valdan bir cüt dişli çarxdan, konik reduktordan və zəncir ötürməsindən keçməklə hərəkət eninə vala ondan isə mal tənzimləyicisinə verilir. Konsuvari dişli çarxlar (Şəkil 1.3) hazırlanma zamanı birgə emaldan keçir və nömrələnir. Bu dişli çarxların sıra nömrəsinə uyğun quraşdırmaq lazımdır. İlişmədə dişli çarxlar arasında ara boşluğu 0,1-0,15 mm metr həddlərində olmalıdır.

Şəkil 1.3 Konusvari reduktor



Yüklə 451,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin