Mineralogiya



Yüklə 21,36 Kb.
tarix19.05.2022
ölçüsü21,36 Kb.
#58638
Mineralogiya


Mineralogiya 
Təbii şəraitdə yer qabığında yaranan müxtəlif mineralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və əmələgəlmə qanunauyğunluqlarını öyrənən elm. Minerallar, onların tərkibi, quruluşu, xassələri, mineral maddələrin Yer qabığı şəraitində əmələgəlmə prosesləri və transformasiyası, habelə xalq təsərrüfatında tətbiqi haqqında elm; geoloji biliklərin ən qədim bölmələrindən biri.
Mineraloji tədqiqatlar
Kimya, fizika, kristalloqrafiya və geologiyaya əsaslanır. Mineralogiyanın əsas məqsədi faydalı qazıntı yataqlarının axtarışı və kəşfinin, onların istifadə üçün zənginləşdirilməsinin elmi əsasını yaratmaqdır. Mineralın təsnifatını vermək cəhdləri Ərəstuna (Aristotel), Əbureyhan Əl Biruni (X əsr) və Nəsirəddin Tusiyə (XII əsr) məxsusdur. Sonuncu iki alim bir çox mineralların təsvirini və təsnifatını vermişlər. Respublikamızda mineralogiyanın inkişafında Ç.Ə.Qaşqay, S.Ə.Əzizbəyov, A.Z.Vəzirzadə, H.H.Kərimov, S.M.Süleymanov və b.-nın mühüm xidməti olmuşdur. Rusiyada mineralların paragenetik assosiasiyası nailiyyətləri Lomonosov, Severgin, Fyodorov, Vernadski, Fersman, Smirnov, Zavaritski, Belyankin, Betextin, və b. adları ilə bağlıdır. XVIII-XIX əsrlərdə Çermak, Qrot, Dana və b. əcnəbi alimlərin minerallarin paragenetik assosiasiyası inkişafında böyük xidmətləri olmuşdur. Müasir minerallarin paragenetik assosiasiyası əsas müddəaları XIX əsrin sonu - XX əsrin əvvəllərində formalaşmışdır. 
Hidrogeologiya
Yeraltı sular haqqında elm: geologiyanın bir sahəsi. Yeraltı suların əmələ gəlməsini, yatım şəraitini, hərəkət qanunlarını, rejimini, ehtiyatını, fiziki və kimyəvi xassələrini, sübb minerallar, atmosfer və yerüstü sularla qarşılıqlı əlaqəsini, təsərrüfat əhəmiyyəti və digər aspektləri öyrənir.
Hidrogeologiya 1) ümumi hidrogeologiya; 2) yeraltı suların dinamikası; 3) yeraltı suların axtarışı və kəşfiyyatı; 4) faydalı qazıntı yataqlarının hidrogeologiyası; 5) regional hidrogeologiya; 6) mineral sular haqqında təlim; 7) meliorativ hidrogeologiya və b. bölmələrə ayrılır. Hidrogeologiya Yer elmlərinin bir sahəsi olduğundan yeraltı sular Yer qabığının inkişaf tarixinin təhlili və süxurların sülb fazası ilə qarşılıqlı əlaqəsi baxımından öyrənilir.

Sürüşmə
Ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.
Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir.
Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) amillər səbəb ola bilər. Təbii amillərə yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen amillərə isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar.
Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen amillər səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5–7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər.
Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin gücünə, mexanizminə və aktivliyinə görə təsnif edilir.
Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur.
İri sürüşmələr, adətən, təbii amillərin təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz monolitliyini qoruyub saxlayır.
Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen amillərin təsirindən yaranır.
Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur.
Miqyasına görə sürüşmələr bu cür təsnif edilir:

  • Nəhəng — 400 ha və daha çox,

  • Çox böyük — 200–400 ha,

  • Böyük — 100–200 ha,

  • Orta — 50–100 ha,

  • Kiçik — 5–50 ha,

  • Çox kiçik — 5 ha sahəni əhatə edir.

Gücünə görə torpaq sürüşmələri kiçik, orta, böyük və çox böyük ola bilir və yerini dəyişən süxur kütlələlərin həcmi ilə xarakterizə olunur. Bu kütlələrin həcmi 100 kubmetrdən bir milyon kubmetrədək dəyişə bilər.
Torpaq sürüşmələri, sellər və uçqunlar təsərrüfatlara, tikililərə, təbii mühitə böyük ölçüdə zərər verməklə itkilərə səbəb olur və insan həyatı üçün təhlükə törədir.
Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir. 1911-ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu. Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi ilə birlikdə torpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab çayının qarşısını kəsməsi nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı.
3 aprel 2010-cu ildə Peruda 400 nəfərlik kəndin əhalisi torpaq sürüşməsi nəticəsində torpağın altında qaldı.

Uçqun
  Dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Azərbaycanın dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır.
Uçqun- yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü ma­teriallarının qravitasion yerdə­yişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da baş verir.
Yüklə 21,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin