26
- xidmətlərin qeyri-maddi olması (onlara "toxunmaq" qeyri - mümkün olması);
- xidmət istehlakçısı çox vaxt özünün xidmət göstərilməsi prosesində iştirak etməsi;
- xidmətlərin istehlakçısının onların sahibi olmaması;
- xidmətlərin göstərilməsi – bir prosesdir və ödəmədən əvvəl
test edilə bilməz;
- xidmətlərin göstərilməsi prosesi daha çox kiçik hərəkətli sistemlərdən ibarət ola bilər, o
zaman keyfiyyət yekun qiymətləndirmədən asılı olur.
Göstərilən xidmətlərin keyyfiyyətinin qiymətləndirmə-sində ən əhəmiyyətli komponentlər
aşağıdakılar ola bilər:
- mühit (interyer, avadanlıq,
işçilərin xarici görünüşü
və s.);
- etibarlılıq ("dəqiq vaxtında" icra);
- məsuliyyət (xidmətlərin yerinə yetirilməsinin təminatları, heyətin xidmətlərin
istehlakçısına kömək etmək istəyi);
- tamlıq (heyətin müəyyən bacarıqlara, zəruri bilik və səriştəyə malik olması);
- əlçatanlıq (əlaqə qurmanın asanlığı);
- təhlükəsizlik ( xidmətlərin istehlakçısı tərəfindən risk və inamsızlıq olmaması);
- nəzakət
(işçilərin nəzakətli, dürüst olması);
- ünsiyyət (işçilərin, xidmətlərin istehlakçısı ilə əlça-tan və anlaşılan
bir dildə ünsiyyət
qurma bacarığı);
- xidmətlərin istehlakçısı ilə qarşılıqlı anlaşma (xidmətlərin istehlakçısına səmimi
maraq, onun yerinə olma bacarığı).
Xidmətlərin istehlakçısı xidmətin keyfiyyətini qiymətləndirəndə o,
keyfiyyət parametr-
lərinin faktiki qiymətini gözlənilən ilə müqayisə edir və üst-üstə düşərsə və ya yaxın olarsa,
keyfiyyət qənaətbəxş və ya məqbul sayılır.
Müştərinin istehlakçı gözləntiləri aşağıdakı parametr-lərə əsaslanır:
- nitq rabitələri (şayiələr), yəni, istehlakçıların bir-birinə hansı xidməti ötürməsi haqqında
informasiya xidmətləri;
- şəxsi ehtiyaclar (müştərinin keyfiyyət istəkləri və baxışlarının xarakteri barədə şəxsi
fikirləri);
- keçmiş təcrübə, yəni, keçmişdə ona göstərilən oxşar xidmətlər;
- xarici rabitə (mesajlar) – informasiya xidmət təminatçısından media (radio,
televiziya,
mətbuat, reklam şəklində) vasitəsi ilə daxil olur.
Nəqliyyat xidmətlərinə tələb, əsasən bölgədəki mövcud nəqliyyat növlərinin inkişafından,
vahid bir sistemə inteqrasiya dərəcəsindən, nəqliyyat növləri üzrə tariflərin səviyyəsindən, potensial
müştərilərə xidmətlərin çeşidindən və keyfiyyətindən asılıdır.
Bazar iqtisadiyyatı və onun infrastrukturunun inkişafı nəticəsində nəqliyyat xidmətlərinin
xüsusi çəkisinin artması, praktik olaraq bütün ölkələr üçün səciyyəvidir.
Nəqliyyat xidmətlərinin təşkili sahəsinə iki istiqamətdə baxılır: təklif olunan xidmətlərin
müştərilərin spesifik tələblərinə uyğunlaşdırılması; mövcud olanları
sərfəli şəkildə satmaq üçün
nəqliyyat xidmətlərinə tələbin aktiv şəkildə formalaşdırılması.
Dostları ilə paylaş: