29
3. Strateji müttəfiqlik və ya ortaqlığın qurulması. Belə birliklərin qurulması üçün əsas, nə
vaxt müəssisələrdə digər tərəfdaşlarla qarşılıqlı əlaqəyə girərsə, heç birinin
qazana bilməyəcəklərinə
inandıqdan sonra qarşılıqlı faydalı ortaq iş sayılır.
Strateji ittifaqlarda tərəflərin gələcək sifariş və tə-
darükü təmin edən uzunmüddətli öhdəlikləri nəzərdə tutulur. Bu stabillik müəssisələrə məhsullarını
və fəaliyyətlərini yaxşılaşdırmağa, investisiya qoyuluşuna imkan verir.
Logistika zəncirinin şaquli inteqrasiyası aşağıdakıları təmin edir:
- başqa bir şirkətdəki az olan səhmlərinin alınması. Bu, əməliyyatların aparılmasına
müəyyən dərəcədə təsir göstərməyə imkan verir,
baxmayaraq ki, onlara nəzarət etmək lazım deyil;
- başqa bir səhmdar cəmiyyətin nəzarət səhmlərinin alınması;
- birgə müəssisələrin yaradılması.
Bütün situasiyalar üçün xarici inteqrasiyanın ən yaxşı universal variantı mövcud deyil.
Bəzi hallarda konkret inteqrasiya formalarının yaradılması və qorunmasına səy göstərmək özünü
doğrultmaya bilər. Bu səbəbdən verilmiş inteqrasiya formasının təşkilat üçün sərfəli olmasını aydın-
laşdırmağa kömək edəcək cari əməliyyatlar, gələcək planlar, potensial ortaqlar, alış üçün potensial
müəssisələr təhlil oluınmalıdır.
Dostları ilə paylaş: