27
Optimal xərclərlə yüksək keyfiyyətli məhsul yarat-maqla yanaşı, onların sınaqdan
keçirilməsinin, qablaşdırılmasının, nəqletdirilməsinin, quraşdırılmasının, xidmətlərin sadəliyini,
etibarlılığını və səmərəliliyini təmin etmək lazımdır.
Sənədlər və işçilər mallar haqqında məlumatların, reklamların, etiketlərin düzgünlüyünə
zəmanət verməlidirlər.
Xidmətin keyfiyyətinin yüksəldilməsi müştərilərin ehtiyaclarını ödəmək və təşkilatın mal
satışı sahəsində strategiya-sını həyata keçirmək üçün əsas şərtlərdən biridir.
Xidmətin keyfiyyəti.
Avtomobil nəqliyyatı rahatlığı və universallığı,
həmçinin xidmət
keyfiyyəti baxımından dəmir yolu və hava nəqliyyatını xeyli üstələyir. Bu üstünlük yükün "qapı-
dan qapıya" qəbulu və çatdırılmasının nisbətən asanlığına, çoxsaylı marşrutlarda yüksək sürət,
çatdırılmanın rahatlığına və etibarlılığına əsaslanır. Əsas nəqliyyat növlərinin müqayisəli xüsu-
siyyətlərindən məlum olur ki, xidmət keyfiyyəti görə avtomobil nəqliyyatı ən yaxşılarından sayılır.
Cədvəl 8. 1. Əsas nəqliyyat növlərin xidmət keyfiyyətinə görə müqayisəli xüsusiyyətləri
Nəqliyyat
növləri
Üstünlükləri
Çatışmazlıqları
Dəmir
yolu
• Yüksək buraxma və daşıma qabiliyyəti
•
Daşımaların
müntəzəmliyi
• Nisbətən aşağı tariflərin olması
• Tranzit daşımalar üçün güzəşt-lərin
olması
• Yüklərin uzaq məsafələrə çatdır-ma
sürətinin yüksək olması
• Daşıyıcıların sayının məhdud olması
• İstehsal - maddi texniki bazaya
böyük kapital qoyuluşu
• Daşımanın
yüksək enerji və material
tutumu
• Son satış nöqtələrində olması-nın
azlığı
• Yüklərin təhlükəsiz saxlanmasında
çatışmazlıqlar
Avtomobil • Yüksək əlçatanlıq
• Yükləri “ qapıdan qapıya” çatdırma
imkanı
• Yüksək manevretmə qabiliyyəti
• Yüksək çatdırma sürəti
• Müxtəlif çatdırma sxem və
marşrutlarından istifadə imkanı
• Yükləri kiçik partiyalarla göndər-mə
imkanı
• Məhsuldarlığın aşağı olması
• Yol və hava şəraitindən asılı olması
• Uzaq məsafələrə daşımaların maya
dəyərinin yüksək olması
• Ekoloji təmizliyinyetərsizliyi
Hava
• Yük çatdırmanın
sürətinin yüksək
olması
• Yük təhlükəsizliyinin yüksək olması
• Daşıma marşrutunun daha qısa olması
• Daşımaların yüksək maya dəyərinin
olması
• Böyük kapital tutumunun olması
• Hava şəraitindən asılı olması
• Coğrafi əlçatanlığın yetərsizliyi
Su
• Yüksək daşıma və buraxma qabi-liyyəti
• Yük təhlükəsizliyinin yüksək olması
• Aşağı
maya dəyəri
• Hava şəraitindən asılı olması
• Coğrafi əlçatanlığın yetərsizliyi
Hər müəssisəyə və ya yaşayış binasına demək olar ki, istənilən vaxt avtomobillə getmək
olar; dəmir yolu ilə isə yalnız standart dəmir yolu olduğu yerdə getmək olar. Bənzər
məhdudiyyətlər
kompleks terminalları olan xüsusi marşrutlarda istismar olunan dəniz və çay gəmilərinin,
təyyarələrin və hətta boru kəməri nəqliyyatının istifadəsində qoyulur. Buna görə avtomobil
nəqliyyatı bir neçə yüz kilometrə qədər məsafələrdə minimum vəsait hesabına rahat, yüngül və
keyfiyyətli xidməti təmin edir. Bundan əlavə, avtomobil nəqliyyatı ilə daşımalarda yükün növü və
28
həcmindən, çatdırma və ödəmə variantlarından asılı olaraq həmişə
nəqliyyat vasitəsi seçmək
mümkündür.
Vaxtında və etibarlı çatdırma çox vaxt nəqletmənin sürətindən və daşıma həcmindən daha
vacibdir. Əksər müəssisələr, fərqli şərtlərdən asılı olmayaraq, yüklərin vaxtında
gəlməsini üstün
tuturlar. İnkişaf etmiş nəqliyyat şirkətləri həm uzaq, həm də qısa məsafələrə çatdırmaların belə
etibarlılığını təmin edir. Buna görə avtomobil nəqliyyatını ən yüksək keyfiyyətli çatdırıcı saymaq
olar.
Dostları ilə paylaş: