7. Yük daşımaların növləri və təsnifatı. Yük daşıma tariflərinin formalaşdırılmasının xüsusİyyətləri 7.1. Yük daşımaların növləri və təsnifatı Yük vəsərnişin daşımaları müxtəlif nəqliyyat növləri ilə həyata keçirilə bilər. Avtomobil
nəqliyyatı yük daşımalarda ən mühüm nəqliyyat növlərindən biri sayılır.
Avtomobil daşımaları aşağıdakı kimi sinifləşdirilir:
1. Daşıma məsafəsinə görə: • şəhərdaxili, şəhər ərazisində yerinə yetirilən;
• şəhərətrafı, şəhərin hüdudlarından 50 km - dən çox olmayan məsafədə yerinə
yetirilən;
• şəhərlərarası, şəhərin sərhəddindən 50 km - dən çox məsafədə həyata keçirilən;
•beynəlxalq, dövlətlər arasında yerinə yetirilən;
• turizm məqsədilə yerinə yetirilən daşımalar.
2. Xidmət növünə görə • kommersiya xarakterli;
• qeyri - kommersiya xarakterli (idarə tabeliyində olan nəqliyyatla daşımalar).
3. Sahələr üzrə (daşınan yüklərin növləri) • sənaye - müxtəlif növ xammal və hazır sənaye məhsulları (metallar, neft
məhsulları, ava-danlıqlar və s.). Bu yüklər çox da böyük olmayan partiyaları və daşıma
məsafələrinin uzaqlığı ilə xarakterizə olunur;
• inşaat - (mülki və sənaye tikintisinin müxtəlif inşaat yükləri, inşaat materialları
xammalı, inşaat maşın və avadanlıqları, torpaq və inşaat tullantıları). Bu yüklər
daşıma həcminin böyük olması və çox da böyük olmayan daşıma məsafəsi ilə xarakterizə
olunur;
• kənd təsərrüfatı - (kənd təsərrüfatı məhsulları, toxum kübrələr və s.). Bu yüklər
mövsü-miliyi və daşıma məsafəsinin uzaqlığı ilə xarakterizə olunur;
• istehlakçı - (ərzaq yükləri, əhaliyə məişət xidməti vəvsənaye malları təchizatı,
şəhərin bərk məişət tullantılarından təmizlik yükləri, qar, zibil, yanacaq yükləri). Bu
yüklər kiçik partiyalılığı və daşıma məsafəsinin yaxın olması ilə xarakterizə olunur;