nəqliyyat loqistikası - sifariş edilmiş malların tələb olunan
müddətə optimal marşrutla tələb olunan yerə minimum xərclə hərəkətidir.
Nəqliyyat logistikasının predmeti, ümumi təyinatlı nəqliyyat vasitələri ilə malların hərəkə-
tinin təşkili ilə əlaqədar kompleks vəzifələr sayılır.
Nəqliyyat logistikası ümumiyyətlə üç əsas sahəni əhatə edir:
• müxtəlif rabitə vasitələrindən və son informasiya texnologiyalarından istifadə etməklə
yük daşıma marşrutunda yaranan mallarla əlaqəli əməliyyatlara nəzarət;
• minimal maliyyə xərcləri ilə yüklərin çatdırılmasının təşkili və planlaşdırılması prosesi;
• mal sahiblərinə lazımi məlumatların verilməsi.
Nəqliyyat logistikasının tətbiqi malların yüklənməsi və boşaldılması xərclərini optimallaş-
dırmağa, yükgöndərən və yükalan ilə müəyyən məsələlərin koordinasiyasına real imkan yaradır.
Nəqliyyat logistikasına müəssisənin işinin səmərəliliyinin yüksəldilməsinə imkan verən bir sıra
xüsusi funksiyalar daxildir:
qablaşdırma; yükün emalı; anbarlama; yönləndirmə; gömrük rəsmiləş-
dirilməsi;risksığortası.
Yük daşınması sahəsində logistikadan istifadə - malların səmərəli çatdırılmasının optimal
həll olub, yükün çatdırma ilə bağlı minimum risklərlə mümkün qədər tez təyinat yerlərinə çatdırma
bacarığıdır. Nəqliyyat logistikasının əsas prinsipləri - nəqliyyat fəaliyyətləri ilə əlaqəli xərclərin
optimallaşdırılması və azaldılmasıdır. Bu göstəricilər yük daşınmasında optimal hərəkət sxemlərinin
seçilməsi, zəruri sənədlərin yüksək keyfiyyətli və sürətlə işlənməsi, geniş miqyasda qənaət sayəsin-
də əldə edilir.
Yuxarıda deyilənləri nəzərə alaraq nəqliyyat logistikasının tərifi aşağıdakı kimi ifadə oluna
bilər.
Nəqliyyat logistikası - xüsusi bir logistika növü olub, tələb olunan miqdarda malın lazımi məntəqəyə optimal marşrutla tələb olunan vaxtda və ən ucuz qiymətlə çatdırılmasıdır.