Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   51
Mikroloqistik sistemlər – məhsul istehsalı, təchizat və satış proseslərində material və 
onunla əlaqədar digər axınların (maliyə və informasiya) idarə edilməsi və optimallaşdırılmasını 
həyata keçirən biznesin təşkili formasıdır. 
Makrologistİk sistemlər - təyinatı mənfəətin əldə edilməsi və ixtiyari korporativ məqsədə 
nail olunması üçün inzibati ərazi səviyyəsində sosial - iqtisadi, ekoloji, hərbi və digər məsələlərin 
həlli üçün yaradılan biznesin təşkili formasıdır.
4.3. Logistik konsepsiyalar 
Konsepsiya baxışlar sistemi olub, hadisə və proseslərin bu və ya digər dərəcədə başa 
düşülməsi kimi izah edilir.
Logistik konsepsiyalar istehsal, maddi - texniki təchizat, nəqliyyat, informatika və kom-
munikasiya sahələrinin inteqrasiyasını nəzərdə tutur.
Logistik sistemlərin inkişafının iki əsas baza istiqamətinə əsaslanan planlaşdırma konsepsi-
yaları hazırlanmışdır: JIT; MRP1; MRP2; DRPI; DRP2; ERP; ECR. 
Dünya təsərrüfat sistemində ən geniş yayılmış mikrologistik konsepsiyalardan biri JIT 
(just -in-time) “dəqiq vaxtında” konsepsiyası hesab edilir. Bu sistem ilk dəfə yapon istehsalçıları 
tərəfindən təklif edilmiş və verdiyi iqtisadi səmərə baxımından özünü ABŞ - da da təsdiq etmişdir. 
Daha doğrusu, bu konsepsiyanın meydana gəlməsi Yaponiyanın Toyota Motors və digər avtomobil 
şirkətlərinin KANBAN mikrologistik sisteminin geniş tətbiq edilməyə başlandığı ötən əsrin 50 - ci 
illərinə təsadüf edir. Bir qədər sonra KANBAN mikrologistik sistemindən avtomobil sənayesində 
istifadə etməyə cəhd edən amerikalılar da onu «dəqiq vaxtında» konsepsiyası adlandırmışlar. 
Müasir “dəqiq vaxtında” (JİT) texnologiyası və logistik sistemlər daha inteqrativ keyfiy-
yətə malik olmaqla müxtəlif variantlarda logistik istehsal konsepsiyalarının və bölüşdürmə 
sistemlərinin kombinasiyasını nəzərdə tutur. Buna görə də müasir iqtisadi şəraitdə bu tip 
texnologiyaları “dəqiq vaxtında” konsepsiyasının yeni versiyası JIT 2 konsepsiyası adlandırırlar.
“Dəqiq vaxtında” logistik konsepsiyasının əsas məqsədi istehlakçı tələbini maksimum 
ödəmək üçün inteqrativ keyfiyyətə malik logistik sistem daxilində ehtiyatların səviyyəsini mini-
mumlaşdırmaq, istehsal edilən məhsulların keyfiyyətini yüksəltmək və etibarlılığını təmin etməkdən 
ibarətdir. Bu ali məqsədin yerinə yetirilməsi isə istehsalçı firmanın bütün logistik aktivlərinin mak-
simum inteqrasiyasını tələb edir. 
“Resurslara tələbatın planlaşdırılması” konsepsiyasına əsaslanan baza mikrologistik sistem-
lərinə MRPI (material requirements planning) – “materiallara tələbatın planlaşdırılması”, MRP2 
(manufacturing resource planning) – “ istehsal resurslarının planlaşdırılması” sistemi, bölüşdürmə 
sferasında isə “məhsulların bölüşdürülməsinin planlaşdırılması” (distribution requiremenrs/ resour-
ce planning, DRPI / DRP2) sistemləri daxildir. 
MRP sisteminin əsas məqsədi:
• hazır məhsul istehsalını planlaşdırmaq üçün ayrı- ayrı material resurslarına tələbatın 
həcmini müəyyənləşdirmək və material resurslarım istehlakçılara çatdırmaq;


16 
• material resursları, bitməmiş istehsal və hazır məhsul ehtiyatlarının minimum səviyyəsini 
təmin etmək;
• istehsal və tədarükat əməliyyatlarım planlaşdırmaq, habelə material resurslarının nəql 
edilməsi qrafiklərini müəyyənləşdirmək. 
Beləliklə, «dəqiq vaxtında» konsepsiyasımn prinsiplərinə əsaslanan mikrologistik sistemlər-
də olduğu kimi MRP I sistemində də ən vacib meyar istehlakçı sifarişi hesab olunur. 
MRP 2 sistemi material axınlarının idarə edilməsi zamanı logistik konsepsiyaların həyata 
keçirilməsinə imkan verən fırmadaxili planlaşdırma üçün əlverişli vasitədir.
MRP 1 sistemi MRP 2 sisteminin tərkib hissəsini təşkil edir və bundan başqa, MRP 2 siste-
minin tərkibinə:
• tələbin proqnozlaşdırılması və idarə edilməsi;
• hazır məhsul istehsalı qrafıkinin tərtibi;
• istehsal güclərinin optimal yüklənməsi planının tərtibi;
• sifarişlərin yerləşdirilməsi və material resurslarının tədarükatına nəzarət kimi proqram 
kompleksini təşkil edən digər bloklar daxildir.
Xarici inteqrasiya tendensiyasına uyğun olaraq logistik zəncirdəki müəssisələrə MRP2 
yanaşmasının genişləndirilməsi müəssisələrin tələblərinin planlaşdırılması və ya ERP konsepsi-
yası adlanır.   

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin