Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   51
Kibernetik yanaşmada - 
araşdırma sistemi birbaşa və əks əlaqənin aşkarlanmasına, idarə-
etmə proseslərinin öyrənilməsinə, sistemin daxili quruluşu naməlum olarsa, onun elementlərinin nə-
zərdən keçirilməsinə əsaslanır. 
Kibernetikada idarəetmə sistemi olan logistik sistemi üç alt sistemdən ibarət təqdim edilir: 
nəzarət sistemi, nəzarət obyekti və rabitə sistemi. 
Əməliyyatların tədqiqi - qərar qəbuletmə proseslərini optimallaşdırmağa kömək edir. 
Bu metodologiyada riyazi modellərdən (proqramlaşdırma), modelləşdirmə və müvəqqəti proqnoz-
laşdırma seriyaları, oyunlar və qərar vermə nəzəriyyəsi tətbiq olunur.
Proqnozlaşdırma - dinamik sistemlərin proqnozlarının inkişaf metodları və vasitələri haq-
qında elmdir. Proqnozlaşdırma obyektin mümkün vəziyyətlərini elmi cəhətdən qiymətləndirməyə 
imkan verir. 
Proqnozlar loqistik sistemi, onun elementlərini, uyğun mərhələlərdə müxtəlif inkişaf va-
riantları təklif etməyimizə, onların icrasını izləmək və gələcəkdə ən yaxşı variantı müəyyənləşdir-
məyə imkan verir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


13 
4. Əsas logistik sistemlər və konsepsiyalar. 
4.1. Logistik strategiya 
 
Strategiya 
– müəssisənin malik olduğu imkanlar daxilində qoyulan məqsədə nail olmaq 
üçün uzunmüddətli fəaliyyətin ümumiləşdirilmiş modelidir. 
Fəaliyyət strategiyası işləyib hazırlayan müəssisələr qarşıya qoyulan məqsəddən asılı 
olaraq gələcəkdə yerinə yetirəcəkləri vəzifə və funksiyaların ümumi istiqamətlərini müəyyənləşdi-
rirlər.
“Strategiya” termini yunan sözü olub “stratos” - hərb, “ago” - aparan adlanır, qələbənin 
əldə edilməsi üçün düzgün yolun seçilməsində “generalın məharəti” mənasını verir. 
Ensiklopediya və lüğətlərdə strategiya ictimai, siyasi mübarizəyə rəhbərlik etmək bacarığı 
kimi verilir. XX - ci əsrin ikinci yarısından başlayaraq strategiya iqtisadi fəaliyyət sahəsində geniş 
istifadə olunmağa başladı.
Strategiya geniş anlayışdır. Bu anlayışı tam xarakterizə etmək üçün onun mahiyyətini tam 
açıqlayan, tələblərinə dolğun cavab verə bilən aşağıdakı təyinatlardan istifadə olunur: 
• son nəticələrin əldə edilməsi vasitəsi;
• vahid məqsəd üçün firma və ya müəssisənin bütün struktur bölmələrinin birgə 
fəaliyyətini təmin edən mexanizm;
• firmada yerinə yetirilən əsas fəaliyyət növlərinin spesifik cəhətlərini əhatə edən 
göstərici;
• firmanın bütün planlarının birgəliyinin təminatçısı,
• fəaliyyət planı;
• ətraf mühitdə baş verən dəyişikliklərə firmanın əvvəlcədən hazırlıqlı reaksiya verməsi 
qabiliyyəti;
• fırmadaxili təşkilatı işlərin zəif və güclü tərəflərinin təhlil edilməsi nəticəsi və onun 
inkişafı üçün imkan və maneələrin müəyyən edilməsi vasitəsi;
• firmanın ətraf mühitlə qarşılıqlı əlaqəsi və s.
Strategiya arzu və istəklərə deyil, firma və ya müəssisənin malik olduğu real imkanlara 
əsaslanır. Strategiyanın seçilməsi və onun həyata keçirilməsi perspektiv dövr üçün firmanın 
inkişafının mahiyyətini təşkil edir. Firmanın gələcək fəaliyyəti və onun əsas istiqaməti məhz 
seçiləcək strategiyadan əhəmiyyətli dərəcədə asılıdır.
Strategiyanın müasir anlamda başa düşülməsi müəssisənin maksimum bazar elastikliyinin 
qorunub saxlanması zərurətindən doğur. Strategiya gələcək ümumi ideyaları formalaşdırır, onun 
ayrı-ayrı hissələrinə toxunmur. Strategiyanın həyata keçirilməsinin təşkili forması strateji 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin