Ümumi məsrəflər prinsipi. Xərclərin minimuma endirilməsi-logistikanın əsas vəzifələrin-
dən biridir. Ümumi məs-rəflər prinsipi onları azaltmaq üçün müxtəlif növ xərclərin təhlili və
müəyyən edilməsindən ibarətdir.
Qlobal optimallaşdırma prinsipi. Logistikada məqsədlərə nail olmanın səmərəliliyi ümumi
nəticə əldə etmək üçün lokal vəzifələrin bütün sistemin strateji məqsədlərinə uyğunluğundan
asılıdır. Logistik koordinasiya və inteqrasiya prinsipi. Müəyyən məqsədlərə nail olmaq üçün
idarəetmə fəaliyyətinin bütün subyektlərini sistemə inteqrasiya etmək, sistemdəki bütün təchizat
zəncirlərinin fəaliyyətini əlaqələndirmək lazımdır. Logistik xidmətlərin inkişaf prinsipi. Logistik xidmətlərin inkişafı müəssisənin rəqabət
qabiliyyətinin artmasına və uyğun olaraq bütövlükdə logistik sistemin inkişafına kömək edir.
Logistik xidmətlər müxtəlif formalarda-qablaşdırma, yükləmə-boşaltma və əlverişli partiyaların
vaxtında çatdırılması kimi təqdim olunur. Modelləşdirmə və informasiya - kompüter dəstəyi prinsipi. Logistik sistemin fəaliyyə-
tinin təhlilini müəyyən modellərdən (qrafik, riyazi və s.) istifadə etmədən aparmaq mümkün deyil.
Logistikada inkişaf istiqamətlərinin modelləşdirilməsi və reallaşdırılması informasiya - kompüter
dəstəyi tələb edir. Zəruri alt sistemlər kompleksinin işlənib hazırlanması prinsipi. Logistik problemlərin
həllinə kompleks yanaşmanı təmin etmək üçün zəruri alt sistemlər kompleksinin işlənib
hazırlanması prinsipi tətbiq edilir. O, müxtəlif istiqamətlərin - texniki, iqtisadi, təşkilati, hüquqi,
kadr, ekoloji və s. fəaliyyəti baxımından logistik sistemdə ümumi xərclərin lokallaşdırılmasına və
minimuma endirilməsinə kömək edir. TQM (total quality management) prinsipi. Bu ümumi keyfiyyət idarəetmə sistemidir.
Logistika şəbəkəsinin hər bir elementinin yüksək keyfiyyətli işinin təmin edilməsi bütün sistemin
səmərəli işləməsinə kömək edir.