Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   51
 
Material axınları - müxtəlif logistik (nəqletmə, anbarlama və s.) əməliyyatların tətbiq
edildiyi, müəyyən vaxt intervallarında mövcud olan, material resursları, bitməmiş istehsal və hazır 
məhsullardır. Material axınının ölçüsü məhsulun ölçüsünün (ədəd, ton, m
3
və s.) vaxt intervalının 
(gün, ay, il və s.) ölçüsünə nisbəti sayılır. Material axınları müəssisənin konkret sahələri, bütöv-
lükdə müəssisə üçün, yüklə aparılan ayrı-ayrı əməliyyatlar üçün hesablana bilər. Müəyyən bir an və 
ya müddət üçün nəzərdə tutulan material axını material ehtiyatlarına çevrilir. Material ehtiyatları isə 
axınların tərkib hissəsidir. Material resurslarının ilkin mənbədən son istehlakçıya qədər hərəkəti 
zamanı ehtiyatlar bu axınların yalnız müəyyən bir mərhələsində yaranır və yenidən axın prosesinə 
qoşularaq logistik funksiyaların həyata keçirilməsini təmin edir.
Müəyyən bir istehsal mənbəyindən istehlak anına qədər bütün yol boyunca yerləşən eyniadlı 
resursların məcmusu elementar material axını əmələ gətirir. Müəssisədə formalaşan elementar 
axınların məcmusu. müəssisənin normal fəaliyyətini təmin edənümum material axınını təşkil edir
Material axınlarının hərəkət sxemi şəkildə 1 – də göstərilmişdir.


Şəkil 2.1. Material axınlarının hərəkət sxemi 
 
Praktiki fəaliyyətdə çox zaman material axınları tətbiq edilən nəqliyyat növünə uyğun ola-
raq təsnif edilir. Məsələn, avtomobil nəqliyyatı ilə yükdaşımaları həyata keçirən zaman yerinə 
yetirilən yükləmə - boşaltma işlərinin xarakterindən asılı olaraq, əsasən, aşağıdakı təsnifatdan 
istifadə olunur: 
• ədədi, ədədi - taralı;
• ağır çəkili;
• dənəvarı və ya səpələnmiş;
• ağac materialları;
• metallar və metal məmulatları;
• taxıl və meyvə tərəvəz;
• maye yük vahidlərindən.
Material axınlarının bundan sonra da təsnif edilməsini çoxlu sayda əlamətlər, məsələn, yük 
vahidlərinin taralaşdırma üsullarına, fiziki - kimyəvi tərkibinə, həcm və çəki ölçülərinə və s. görə 
aparmaq mümkündür. Lakin bütün bunlarla yanaşı logistikada material axınlarını xarakterizə etmək 
üçün axınların sürəti, sıxlığı və intensivliyi kimi göstəricilərdən də istifadə edilir. 
Əmtəə bazarı 
Satınalma 
Satış 
İstehsal 
müəssisəsi 
Xammal, material 
Hazır məhsul 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin