Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN


 Logistikanın əsas qaydaları və vəzifələri



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   51
2.2. Logistikanın əsas qaydaları və vəzifələri 
 
Loqistika “material axınlarının optimal idarə edilməsi üzrə məsələlərin həllinə sistemli 
yanaşma” kimi başa düşülür.
“Logistika - material və informasiya axınlarının xammal və materialların yaranma 
mənbəyindən son istehlak yerlərinə qədər kompleks idarə edilməsi bacarığıdır”.
Logistika yüksək səmərəliliyin alınması məqsədilə müəssisənin hüdudları çərçivəsində və 
iqtisadiyyatın sahələri arasında dövr edən material axınlarının planlaşdırılması, təşkili və idarə 
edilməsi üzrə fəaliyyətlər məcmusudur. 
Logistika bazar iqtisadiyyatı tipli təsərrüfat strukturunun fəaliyyətinin taktikasını və 
ümumi strategiyasını əks etdirir. 



Logistikanın vəzifəsi, logistik sistemlərinin qurulmasında istifadə olunan "logistikanın
yeddi qaydası"na əsaslanır. Bu qaydaların əksəriyyəti logistikanı təyin edən komponentləri və
xüsusiyyətləri nəzərə alır, həmçinin onun fəaliyyətinin səmərəliliyinə təsir göstərir. 
"Logistikanın yeddi qaydası" aşağıdakı kimi təsvir olunur:
• məhsul istehlakçıya lazım olmalı; 
• məhsul uyğun keyfiyyətdə olmalı; 
• məhsul lazımi miqdarda olmalı; 
• məhsul lazım olan vaxtda çatdırılmalı; 
• məhsul lazımi yerə çatdırılmalı; 
• məhsul minimal xərclə çatdırılmalı; 
• məhsul məlum istehlakçıya çatdırılmalıdır. 
Əgər bütün bu qaydalar birləşdirilərsə, onda “loqistika” anlayışına aşağıdakı kimi tərif 
vermək olar.
Loqistika - lazımi məhsulun uyğun keyfiyyətdə lazımi miqdarda lazım olan vaxtda 
lazımi yerə minimal xərclə məlum istehlakçıya çatdırılmasıdır. 
Loqistikanın başlıca ideyası - istehsalçıdan istehlakçıya qədər məhsulun saxlanması, pay-
lanması, yerdəyişməsi üzrə logistik zəncirin vahid proses çərçivəsində təşkilidir. 
Logistikanın müasir inkişaf mərhələsində yerinə yetirdiyi vəzifələr kompleks şəkildə 
informasiya və material axınları arasında uyğunluğu təmin etmək, material resursları və hazır 
məhsulların optimal yerləşdirilməsi texnologiyasını müəyyənləşdirmək, məhsulların keyfiyyətinə və 
onların qablaşdırıldığı taralara standart tələblər hazırlamaq, material və əmək resurslarından, 
avadanlıqlardan, istehsal yerləri və anbar sahələrindən səmərəsiz (qeyri - rasional) istifadə 
mərkəzlərini aşkar etməkdən ibarətdir.
Loqistik vəzifələr iki yerə bölünür: ümumi və xüsusi. 
Loqistikanın ümumi vəzifələrinə aiddir: 
• müəssisədə keyfiyyət sisteminin tətbiqi; 
• istehsal həcminin proqnozlaşdırılması; 
• material və informasiya axınlarının nizamlanması; 
• istehsal olunan məhsulun miqdarının, onun saxlanması və daşınmasının proqnozlaşdı- 
rılması;
• istehsal və imkanlar arasındakı əlaqəni müəyyənləşdirmək
• son məhsullara tələbin müəyyənləşdirilməsi;
• satışdan əvvəl və sonra xidmətin təmini və s. 
Loqistikanın xüsusi vəzifələrinə aiddir: 
• daşıma müddətinin azaldılması; 
• təchizatçıların axtarışı, seçimi; 
• material resurslarının qəbulu, boşaldılması və saxlanmasının təşkili; 
• minimum ehtiyatların yaradılması; 
• anbarda hazır məhsulların saxlama müddətinin azaldılması və s. 
Göründüyü kimi, qeyd olunanlara uyğun olaraq, hər bir təsərrüfat subyekti material 
axınlarının idarə edilməsi sahəsində özlərinin ümumi və xüsusi xarakterli logistik vəzifələrini 
müəyyənləşdirirlər:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin