Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN


Bütün funksiyaların və texnoloji həllərin humanist-ləşdirilməsi prinsipi



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   51
Bütün funksiyaların və texnoloji həllərin humanist-ləşdirilməsi prinsipi. Bütün həllər 
ətraf mühitin mühafizəsi üçün ekoloji tələblərə, heyətin işinə erqonomik, sosial, etik tələblərə və s. 
uyğun olmalıdır.
Dayanıqlılıq və uyğunlaşma prinsipi. Müəssisələrin xarici mühit makroiqtisadi göstə-
ricilərində yüksək dərəcədə qeyri-müəyyənlik, qiymət dəyişkənliyi, mal və xidmətlərə bazar tələbatı 
və s. ilə xarakterizə olunur. Əhəmiyyətli xarici təsirlərlə müəssisə dayanıqlı iqtisadi vəziy-yətə 
malik olmalıdır və yeni şərtlərə vaxtında uyğunlaşmalıdır.  
Etibarlılıq. İstehlakçılara lazım olan xammal və materialların lazım olan vaxtda, uyğun 
keyfiyyətdə və tələb olunan miqdarda çatdırılmasının təşkili. 


11 
Variantlılıq. Bu prinsip bazarda baş verən bütün dəyişikliklərə qarşı müxtəlif variantların 
nəzərə alınmasını təmin edir. Buraya tələbin artması, qiymət, rəqabət dəyişiklikləri və s. daxildir.
Çeviklik prinsipi. Bu prinsipin mahiyyəti, sistemin rahatlıqla, baş verən dəyişikliklərə, tez 
reaksiya vermə imkanlarının təmin edilməsindən ibarətdir. 
 
3.2. Logistikanın funksiyaları 
Funksiya (latınca funktio - yerinə yetirmə, icra) fəaliyyət, sistem daxilində obyektin rolu
müəyyən orqanın yerinə yetirdiyi işdir. 
Logistik funksiya - logistika sisteminin məqsədlərinin həyata keçirilməsinə yönəlmiş 
logistik əməliyyatların böyük bir qrupudur.
Logistik əməliyyat - bir iş yerində və ya bir texniki qurğunun köməyi ilə yerinə yetirilən 
logistika prosesinin bir hissəsidir.
Logistik əməliyyat material axını (yükləmə, nəqletmə, boşaltma, 
komplektləşdirmə, anbarlama və s.) və onunla əlaqədar axınları dəyişdirir. 
Logistik funksiyalar müəyyən məqsədlərə çatmağa yö-nəldilir. Bunlar aşağıdakı təşkilatlar 
və müəssisələr tərəfindən həyata keçirilir: istehsal; nəqliyyat; ticarət; vasitəçi; ixtisaslaşmış. 
Logistik funksiyalar əsasən bazis, açar  təminedici logistik funksiyalara bölünür. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin