14
•
nəqliyyat, yükləmə - boşaltma əməliyyatları və onlara sərf edilən xərclər;
• ehtiyatların
idarə edilməsi;
• plan və nəzarət sistemləri;
•
istehsal gücləri və əlaqələr;
• logistik sistemin təşkili xüsusiyyətləri və s.
Logistik strategiyanın işlənib hazırlanması zamanı tətbiq edilən standart texniki üsullardan
biri xidmətlərlə xərclər arasındakı adi logistik tarazlığın təhlilidir. Bundan başqa strategiyaların
hazırlanması üçün üçüncü element kimi çıxış edən təchizat və ehtiyat mənbələrinin sayı,
məhsulların nomenklaturası, sifariş - tələbnamə verən və məhsulgöndərən məntəqələrin sayı,
mövsümlülük kimi faktorlar diqqətdən kənarda qalmamalıdır.
Logistik strategiyanın işlənib hazırlanmasına cəlb edilən müvafiq
mütəxəssislər bu prosesi
iki mərhələdə həyata keçirirlər. Birinci mərhələdə firma və ya müəssisənin strateji məqsədləri və
perspektiv dövr üçün onun inkişaf istiqamətləri aşkar edilir. İkinci
mərhələdə birinci mərhələdə
nəzərdə tutulan strateji fəaliyyət planı əsasında hərtərəfli, müfəssəl ümumi təsərrüfat planı
hazırlanır.
Dostları ilə paylaş: