Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə16/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   51
4.2. Logistik sistemlər
 
 Sistem anlayışı - hissələrdən təşkil olunmuş, müəyyən bütövlük yaradan  bir-birilə 
qarşılıqlı əlaqə  münasibətdə olan elementlər çoxluğu kimibaşa düşülür. 
Bütün maddi varlıq daima hərəkətdə və inkişafda olan nəhəng bir sistemdir. Hər bir sistem 
özündən daha böyük sistemin ya alt sistemidir, ya da elementidir. Bir sistemin elementi olmaq eti-
barı ilə kiçik sistemlər heç də bəsit deyillər. Onların da alt sistemləri - elementləri vardır. Daha 
doğrusu, dünya sistemdirsə, onu təşkil edən maddi proseslər isə əlahiddə götürülmüş sistem olmaqla 
onun tərkib elementləri - alt sistemləridir. 
Başqa sözlə - sistem dedikdə bir-birilə qarşılıqlı əlaqədə olan element və hissələrin nizamlı 
düzülüşü (yerləşdirilməsi) nəzərdə tutulur.
“Logistik sistem” anlayışı ümumi sistem anlayışı ilə müqayisədə xüsusiyyət təşkil etdiyi 
üçün ilk öncə ümumi sistem anlayışının təyinatı və bu əsasda hansı sistemin logistik sinfə aid 
olduğu müəyyənləşdirilməlidir. 
Logistik sistem dedikdə ayrı - ayrılıqda müstəqil olan, vahid bir məqsədə xidməi edən, üzə-
rində logistik əməliyyatlar aparılan, material. maliyyə və informasiya axınları kimi elementlərdən 
təşkil olunan və bu elementlər arasında ümuımi məqsəd və effektivlik meyarı baxımından qarşılıqlı 
əlaqələrə malik sistem başa düşülür.
Eyni zamanda nəzərə alınmalıdır ki, logistik sistemlər müxtəlif sistemlər çoxluğundan özü-
nün tərkib elementləri (tədarükat, anbar, nəqliyyat, ehtiyatlar, informasiya, istehsal, bölüşdürmə və 
satış, kadrlar və s.), onlar arasında mövcud olan əlaqələrin xarakteri (aktiv, passiv, mövsümi, dai-
mi), təşkili (ardıcıl, intensiv operativ, dispozıtiv) və inteqrativ xassələrinə görə seçilir. Logistik sis-
temlərin ən mühüm fərqləndirici əlamətlərinə aid edilir. 
• axın proseslərinin varlığı;
sistemin müəyyən bütövlüyü;
• müxtəlif mülkiyyət formalarının və təşkilati-hüquqi formaların mövcudluğu;
• istehsal güclərinin müxtəlifliyi;
• istehsalın təmərküzləşməsi səviyyəsi;
• istifadə edilən texnoloji avadanlıqların və istehlak edilən material resurslarının 
müxtəlifliyi;


15 
• texniki vasitələrin və əmək resurslarının böyük ərazilərə toplanması;
• nəqliyyat vasitələrinin yüksək mobilliyi və s.
Logıstık sistemlər iki kateqoriyaya: fəaliyyət miqyasına və logistik zəncirdə istifadənin 
növlərinə görə təsnifata ayrılır. 
Fəaliyyət miqyasına görə loqistik sistemlər iki böyük qrupa bölünür:
• makroloqistik sistem; 
• mikroloqistik sistem. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin