AZƏrbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi azərbaycanin təBİİ ehtiyatlarindan iSTİfadəNİn ekoloji İQTİsadi CƏHƏTDƏn qiYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 212,56 Kb.
səhifə1/2
tarix28.04.2017
ölçüsü212,56 Kb.
#15834
növüReferat
  1   2
AZƏRBAYCAN HAVA YOLLARI”

QAPALI SƏHMDAR CƏMİYYƏTİ

MİLLİ AVİASİYA AKADEMİYASI

AZƏRBAYCANIN TƏBİİ EHTİYATLARINDAN İSTİFADƏNİN EKOLOJİ İQTİSADİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

mövzusunda

REFERAT


Tələbə: Bayramova Ceyran

Bakı- 2013



MÜNDƏRİCAT

GİRİŞ...........................................................................................




I FƏSİL.




1.1




1.2




1.3




II FƏSİL.




2.1




2.2




2.3




III FƏSİL.




NƏTİCƏ .................................................................................




ƏDƏBİYYAT...........................................................................




Giriş
XX əsrin ikinci yarısından başlayaraq elm və texnikanın sürətli inkişafı bu və ya digər ölkələrdə insanların mövcud yaşayış mühitini dəyişdir- miş, əhalinin təkrar istehsalını sürətləndirmiş, onların maddi nemətlər istehsalı artmışdır. Bununla əlaqədar in- sanlar kənd təsərrüfatı məhsulları əldə etməklə yanaşı təbii sərvətlərdən (torpaq, meşə, su, faydalı qazıntılar- dan) intensiv surətdə istifadə etməyə can atırlar.

Müasir dövrdə təbiətdə baş verən amillər arasında sıx əlaqələr daima dəyişir və inkişaf edir. İndi kənd tə- sərrüfatı yararlı torpaq fondu, meşə, bitki sərvətləri, hey- vanlar aləmi, şirin su ehtiyatları, təsərrüfat sahələrinin, texniki tərəqqinin inkişafı və əhali artımı ilə əlaqədar planetimizdə kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz qalır. Dünyamn ayrı-ayrı rayonlarında bioloji, ya- rarlı, yeraltı və yerüstü təbii sərvətlər ehtiyatları, onlar- dan səmərəli istifadə edilməsinin istiqamətləri və onla- rın qruplaşması haqqında müxtəlif mülahizələr, fıkirlər söylənilir. Bunların əsasını təbiətdə tükənən, təkrar is- tehsalı olmayan sərvətlər, məsələn, faydalı qazıntılar və istifadə vaxtı tükənməyən, təkrar istehsal vasitəsilə bərpa olunan sərvətlər daxildir. Əvvəla onu qeyd etmək yerinə düşərdi ki, ölkəmizin mineral- xammal bazası 450-dən artıq qara, əlvan və nəcib metal fılizləri, qeyri-fıliz xammalı və tikinti materialları, yeral- tı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları və s. ehtiyatlardan ibarətdir. Respublikanın potensial mine- ral-xammal ehtiyatlarının 28 əsas faydalı qazıntı növü üz- rə ümumi dəyəri 36,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Kəşf olunmuş faydalı qazıntı yataqları- nın 40%-ə qədəri istismara cəlb olunmuşdur.



I FƏSİL

Azərbaycanın təbii ehtiyatları

Qara metallurgiyanın mineral-xammal bazası Daşkə- sən qrupu kobalt saxlayan maqnetit fılizi, Daş-Salahlı bentonit gilli və Xoşbulaq flyus əhəngdaşı yataqları ilə təmsil olunaraq ehtiyatların dəyərinə görə respublikanın potensial ehtiyatlarının 10,4%-ni təşkil edir.

Əlvan metallurgiyanın mineral-xammal bazası əsa- sən alunit, mis, qurğuşun, sink, molibden, kobalt, civə, sürmə və s. yataqları ilə təmsil olunaraq, kəşf edilmiş ümumi ehtiyatların dəyərinə görə respublikanın mineral- xammal bazasının əsasən (43,7%) təşkil edir.

Əlvan metallurgiyanın mineral-xammal baza- smın özəyini Balakən-Zaqatala fıliz rayonunda yerləşən Filizçay qrupu (Filizçay, Kaşqağı, Katex, Saqator, Karab- çay) kolçedan-polimetal yataqlarmın iri sənaye ehiyatla- rı təşkil edir.

Kəlbəcər və Laçın rayonlarının ərazisində 6 civə yatağı (Levçay, Ağyataq, Şorbulaq, Çilgəz, Ağqaya, Nar- zanlı) kəşf edilmişdir. Naxçıvan MR Ordubad fıliz rayo- nunda yüksək perspektivliyə malik Əylis sürmə yatağı aşkar edilərək qiymətləndirilmişdir. Aparılmış geoloji- kəşfıyyat işləri nəticəsində Zəngilan rayonunda Vecnəli kvars-qızıl filizi, Ağdərə rayonunda Qızılbulaq mis-qızıl- kolçedan yataqları sənaye istifadəsinə hazırlanmış, Ordu- bad rayonunda Ağyurd, Piyazbaşı və Şəkərdərə kvars-qı- zıl filizi, Gədəbəy rayonunda eyni adlı qızıl-mis-kolçe- dan və Tovuz rayonunda Qoşa qızıl-sulfıd, Qazax rayo- nunda Daşkəsəmən qızıl yataqları qiymətləndirilmişlər. Kiçik Qafqazın Göy-göl, Daşkəsən, Gədəbəy və Murovdağ fıliz rayonlarında qızıla perspektivli yeni sa- hələr müəyyən edilmişdir.

Respublikada kimya sənayesinin inkişafı üçün kifa- yət qədər mineral xammal növü yataqları kəşf edilmişdir. Naxçıvan MR-da duz yataqlarının ehtiyatları 1,3 milyard ton həcmindədir. Zəngilan rayonunda təmiz əhəng daşı yatağının sənaye ehtiyatları 126 milyon ton miqdarında kəşf edilmişdir. Cənub şərq bölgəsində Neftçala, Baba- zənən, Mişovdağ, Binə-Hövsan yodlu-bromlk su yataq- larınm yodlu-bromlu su ehtiyatarı 250 min kub.m/sutka çatdırılmış və bunun əsasında illik hasilat gücü 800 tor, yod və 3000 ton brom olan Yeni Neftçala zavodu tikilmı və illik hasilat gücü 440 ton yod və 4570 ton brom olan Bakı Yod zavodu yenidən qurulmuşdur. Respublikanın tikinti sənayesinin mineral-xammal bazasmı təşkil edən 300-dən artıq müxtəlif nöf qeyri-fı- liz və tikinti materialı yataqları vardır.

Gəncə alunit yatağı 1964-cü ildən istismar edilir. Hər il alunitdən 180-200 min ton gil-torpaq, 360-380 min ton sulfat turşusu, 75-80 min ton kalium gübrəsi alınırdı. Hazırda bu yataqda qalıq ehtiyatı 150 min tondan çoxdur. Bu yatağın ən cəlbedici amillərindən biri də yatağın tər- kibində indiyə kimi texnoloji prosesdə, təyyarə və raket texnologiyalarında istifadə edilən 50 min ton vanadium və 1,5 min ton qalliumun olmasıdır.

Daş Salahlı bentonit gilləri yatağı hələ 70-ci illərdə istismar edilir, burada illik istehsalı 800 min ton olan dağ- mədən müəssisəsi fəaliyyət göstərirdi. Bentonit gilləri- nə 130 sahədə, o cümlədən neftçıxarma, neftemalı, neft- təmizləmə sahələrində böyük tələbat vardır. Azərbayca- nın kəşf edilmiş qızıl yataqlarının istismara cəlb edilmə- si yaxın illərin ən vacib məsələlərindən biridir. Bu ya- taqların bir qismi Söyüdlü (Kəlbəcər), Vecnəli (Zəngi- lan), Qızılbulaq (Ağdərə) yataqları müvəqqəti zəbt edil- miş ərazilərdə yerləşir. Ordubad rayonunda (Ayqurd, Pi- yazbaşı və Şəkərdərə yataqları), Gədəbəy rayonunda ey- ni adlı qızıl-mis-kolçedan, Tovuz rayonunda Qoşa qızıl sulfid yataqları pespektivli sayılır və yaxın illərdə onların istismara cəlb edilməsi nəzərdə tutulmuşdur.

Bu gün ermənilər tərəfındən zəbt olunmuş ərazilər- də 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun-sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 21 pemza və vulkan külü. 10 gil, 3 vermunilit, 4 əlvan və bəzək daşları yataqlan vardır.

Azərbaycan ərazisinin neft və qaz yataqları ilə zən- gin olması çox qədimdən məlumdur. Dərinliyi 35 m olan ilk neft quyusu Abşeronda 1594-cü ildə Məhəmmədəlı Nur oğlu tərəfındən qazılmışdır, nefitin sənaye üsulu ilə çıxarılmasına isə 1872-ci ildə başlanmışdır.

Azərbaycanda Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənmişdir. Öl- kəmizdə 8359 çay mövcuddur ki, bunlardan iki çayın uzunluğu isə 500 km-dən çox (Kür çayı - 1364 km), Araz çayı - 1072 km, 22 çayın uzunluğu isə 101-500 km ara- sındadır. Göründüyü kimi çayların böyük əksəriyyəti ki- çik çaylar olub əksər hallarda yeganə su təminatı mənbə- ləridir. Azərbaycan çaylarının ümumi resursları müxtəlif qiymətlərə görə 28,1-31,7 km3-dir, bu da Gürcüstan ilə müqayisədə 8 dəfə, Ermənistan ilə isə 4 dəfə azdır. Qu- raqlıq illərdə yerüstü suların ehtiyatları 23-24 mlrd. m3- a qədər azalır. Bu çaylar Xəzər dənizinin hövzəsinə aid olaraq üç qrupa: Kür çayı hövzəsinin çayları, Araz höv- zəsinin çayları (sol qolları) və birbaşa Xəzərə tökülən çaylar (Böyük Qafqazın simal-şərq yamaclarının çayları və Lənkəran təbii ərazisinin çayları). Ən böyük sahəyə (39,9 min km2), hövzəsi (22,5 min km2) Kür çayı, ən ki- çik isə (15,2 min km2) Araz çayı hövzəsindədir. Çay sis- temlərinin paylanmasınm ən yüksək sıxlığı Lənkəran ərazisi (0,84 km2), ən aşağı sıxlığı isə - Abşeron-Qobus- tan ərazisi (0,20 km2) üçün xarakterlidir. Tərtərçaydan başqa bütün göstərilən çaylar sərhəd və ya beynəlxalq, tranzit çaylardır. Qonşu ölkələrdən respublika ərazisinə daxil olan axım 19,7-20,3 km2 və ya 67-70% təşkil edir. Respublika ərazisində 7,81-10,6 km3 axım həcmi forma- laşır. Azərbaycanda əsas bulaqlar Böyük Qafqazda, Qu- sarçayın hövzəsində yerləşir. Burada ümumi sahəsi 3,24 km2 olan 9 buzlaq vardır. Buzlaqların su ehtiyatı 0,08 km3-dir. Ölkə ərazisində ümumi sahəsi 394 km2 olan 450 göl müəyyən edilmişdir. Mənşəyinə görə Respublikada 7 tip göl vardır. Bunlara baxmayaraq hazırda ölkəmizin su eh- tiyatları iqtisadi baxımdan kritik vəziyyətdədir. Su ehti- yatlarının məhdudluğuna qarşı su itkisi həddən artıq çox- dur. Kənd təsərrüfatında bu itki 50%-ə çataraq ümumi is- tifadə olunan suyun 70%-ni təşkil edir. Sənaye müəssisə- lərinin böyük əksəriyyəti içməli sudan birbaşa istifadə edərək böyük itkilərə yol verirlər. Sudan belə qeyri-rasional istifadə qurunt sularmın qalxmasına, bu da öz növ- bəsində biomüxtəlifliyə mənfı təsir göstərir.

Qeyd etmək lazımdır ki, respublikanın su ehtiyatları- nın 80% Kür çayı və onun qollarının suları təşkil edirlər, bunun da 70%-nə qədəri Gürcüstan və Ermənistanın ərazilərində formalaşır.

Azərbaycan, Gürcüstan və Ermənistan Dövlət Statis- tika Təşkilatlarının məlumatlarına görə 2000-ci il ərzin- də Kür çayı hövzəsinə, o cümlədən Araz çayı və onların qollarına, 453 mln. m3 çirkab suları axıdılır. Çirkab sula- rın ümumi həcminin 51% (229 mln m3) Gürcüstanın, 47% (212 mln. m3) Ermənistanın və 2% (12 mln. m3) və Azərbaycanın ərazisindən axıdılır.

Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 mlrd. m3-ə yaxmdır. Bu ehtiyatlar respublika ərazisi üzrə qeyri-bərabər paylanmışdır. Ye- raltı suların əsas ehtiyatları Samur-Dəvəçi, Şəki-Zaqata- la, Gəncə-Qazax, Qarabağ-Mil, Cəbrayıl, Naxçıvan da- ğətəyi düzənliklərində toplanmışdır.

Respublikanın ən iri su anbarları Kür çayı üzərində həcmi 16 mlrd m3 olan Mingəçevir, 2,6 mlrd. m3 olan Şəmkir, Araz çayı üzərində 1,3 mlrd. m3 olan Araz su qovşağı, Tərtər çayı üzərində 0,5 mlrd. m3 olan Sərsəng su anbarlarıdır. Su anbarlarının ümumi həcmi 22 mlrd m3-a yaxındır.

Azərbaycan ərazisində 1000-dən artıq mineral sular qeydə alınmış, onlardan 200-dən çoxunda xüsusi geoloji işlər aparılmış, 30 yatağın ehtiyatları dəqiq öyrənilmiş- dir. Ərazi baxımından daha çox mineral su yataqları Naxçıvan MR-da aşkar olunmuşdur (Badamlı, Sirab, Vayxır, Darıdağ və s.), Şuşa rayonunda (Turşsu, Şirlan), Abşeron yarımadasında (Suraxanı, Buzovna, Bilgəh, Şi- xov), Lənkəran rayonunda (Meşəsu, İbadsu), Dəvəçidə (Qalaaltı), Şamaxı rayonunda (Çuxuryurd, Çaqan), Xaçmazda (Nabran), Balakən, Qax, Zaqatala və s. 1990-cı il tarixə respublika faydalı qazıntılar ehtiyatları balansmda 36 ədəd qeydə alman yataqlar üzrə sutkada 19 682 kub m. mineral su qeydə alınmışdır. Onlardan 7-8%-i, yəni sutkada 1 500 kub m. istifadəyə verilmişdi. Badamlı, Si- rab, Vayxır, Turşsu, İstisu və s. mineral su doldurucu za- vodları ildə 250 mln. butulka su istehsal edirdi.

Ölkəmizin meşələri təxminən 958 000 hektar ərazi tutur və ümumi ərazinin 11%-i təşkil edərək ümumi qəbuledilmiş normadan təxminən üç dəfə azdır. Meşələrin azalması atmosfer tərkibini, su balansını, landşaftı, qrunt sularının səviyyəsini dayanıqsız və dönməz şəkildə də- yişdirərək öz növbəsində torpağın məhsuldarlığma və mikroiqlimə güclü mənfı təsir göstərir.

Dağ meşələrinin çox hissəsi Böyük Qafqazda (360 min hektardan çox) yayılmışdır. Kiçik Qafqazda meşə ilə örtülü sahə 250 min hektar, Talış dağlarında isə 134 min hektar təşkil edir. Lənkəran regionunun dağlıq hissəsin- də şabalıdyarpaq palıd, fıstıq və bir sıra relikt hirkan cins- lərinin (ipək akasiyası, azatağac, məxməri ağcaqayın və s) iştirakı ilə dəmirağac meşələri yayılmışdır .

Hazırda meşələrimizdə meşə təsərrüfatı yalnız xidməti və səhiyyə (sanitar) qırması aparır və ildə cəmi 60- 65 min kub metr odun hazırlanması planlaşdırılır.

Samur-Dəvəçi düzənliyində 20 min hektara yaxın meşələrin sanitar vəziyyəti olduqca acınacaqlıdır. Orada geniş miqyasda yayılan ziyanvericilər və xəstəliklər böyük sahələrdə palıd və qarağacların qurumasına səbəb olmuşdur. Burada ağacların qanunsuz kəsilməsinə tez-tez rast gəlinir.

Təəssüflə qeyd etməliyk ki, Qafqazda böyük təbii ehtiyatlara malik olan ölkəmizdə, onlardan səmərəli isti- fadə edilmir. Bu vəziyyət demək olar ki, bütün təbii ehtiyatlardan istifadə üzrə baş verir.

1.1 Stasionar mənbələrdən atmosferə buraxılan çirkləndirici maddələr

Dövlət Statistika Komitəsinin məlumatlarına gorə 1995-2004-cü illər ərzində ölkəmi- zin stasionar mənbələrindən atmosferə buraxılan çirkləndirici maddələrin miqdarı 38 min ton təşkil etmişdir, lakin ədalət naminə qeyd edilməlidir ki, ildən-ilə həmin zərərli maddələrin miqda- rı azalmaqdadır. Əgər 1990-cı ildə ölkə üzrə atmosferə min ton çirkləndirici maddə atılmışdırsa, 2002-ci ildə onun miqdarı 217,4 min tonadək azalmış və sonrakı illərdə artaraq 2004-cü ildə 539,8 min ton təşkil etmişdir ki, onun da 496,3 min tonu və ya 91,8%-i qazaoxşar və maye maddələr, qalan 8,2%>-i isə bərk maddələr təşkil etmişdir [9 s. 343].



Azərbaycan Respublikasmın stasionar mənbələrdən atmosferə buraxılan çirkləndirici maddələr (min ton*)

Cədvəl 6.1.


I







O cümlədən

lillər

Atmosfers

cəmi atılmışdır



Bərk

Qaza oxşar və




Onlardan







maddələr

maye maddələr

Kükürd antihidridi (SO:)

Azot-4 antihidridi (NO)

Karbon-2 oksid

(oo) |


1995

878,6

22,7

855,9

50,0

31,6

21,6 1

1996

382,2

18,3

363,9

40,2

24,4

19,2

1997

389,6

22,0

367,6

37,8

26,2

22,7

1998

442,7

21,2

421,5

35,2

25,3

21,4 |

1999

574,7

16,8

557,9

36,5

24,1

21,5

2000

515,4

19,2

496,2

35,1

24,2

26,3

2001

577,1

28,3

548,8

14,7

27,1

27,9

2002

217,4

29,4

188,0

13,6

26,3

18,2

2003

425,9

34,1

391,8

15,5

24,2

25,4 |

2004

539,8

43,5

496,3

13,2

42,5

25,2

*) Azərbaycanın statistik Göstəriciləri - 2005 Bakı "Səda", 2005 - s. 342. (9)



Respublikamızda stasionar mənbələrdən atmosferə burzaxılan çirkləndirici maddələrin miqdarmı və tərkibini xarakterizə edən məlumatlar 6.1. saylr eədvəldə verilmiş- dir. Təhlil dövründə atmosferə atılan kükürd antihidrinin 50,0 min tondan 13,2 min tonadək və yaxud 74% azalmış- dır. Azot-4 oksidinin də nisbi azalması müşahidə edilir, la- kin qeyd edilən dövrdə karbon -2 oksidinin atmosferə atı- lan hissəsinin 16,7 % artması təəssüf doğurur. Deməli, bu prosesdə bu mütərəqqi texnologiya və rejimindən lazımın- ca istifadə edilmir. Respublikamızda atmosferə atılan çirkləndirici mad- dələrin şəhər və rayonlar üzrə əks etdirən məlumatlan 6.2. saylı cədvəldə verilmişdir.



1.2 Toksiki istehsalat tullantılarının yaradılması, zərərsizləşdirilməsi və istifadəsi

Azərbaycanda toksiki istehsalat tullantılannın ya- radılması zərərsizləşdiril- məsi və onlardan istifadə- ni xarakterizə edən məlu- matlar 6.3. saylı cədvəldə verilmişdir. Aparılan hərtərəfli təhlil zamanı müəyyən edilmişdir ki, 1995-2004cü illər ərzində Respublika üzrə 164,8 min ton toksiki tullantılar yaranmışdır. Onlardan: 88,4 min tonu. və ya 53,6 %-dən is- tifadə edilmiş, 11,72 min tonu və ya 7,1%-i zərərsizləşdi- rilmişdir, qalan 64,7 min ton və ya bütün toksiki tullantıla- rın 39,3%-i ətraf mühitə atılmışdır (bax cədvəl 6.3.). Tək- cə 2000-2004-cü illərdə Bakı şəhərində toksiki tullantıla- rın miqdan 49,3 min ton, Sumqayıt şəhərində isə - 39,3 min ton təşkil etmişdir. Ər iki şəhərdə yaranan toksiki tul- lantılardan yalnız 17,8 min tonu və yaxud 21,4% istifadə edilmişdir [9 s. 348].


Azərbaycan Respublikasında toksiki istehsalat tullantılarımn yaranması, zərərsizləşdirilməsi və onlardan istifadə edilməsi (min ton)*)

Cədvəl 6.3.




İllər

1995

1998

1999

2000

2001

2002

2003

2004

Toksiki tullantılar yaranmışdır.

27,0

33,9

13,0

26,6

16,4

9,8

26,9

11,2

Toksiki tullantılardan

istifadə


edilmişdir.

25,4

30,5

14,8

11,4

0,4

0,7

1,4

3,8

Toksiki tullantılar zərərsizləşdirilmişdir

-

-

0,02

-

-

1,0

9,7

1,0

*) Azərbaycanın statistik Göstəriciləri - 2005. Bakı "Səda", 2005 - s. 348. (9)



Yüklə 212,56 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin