AZƏrbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi azərbaycanin təBİİ ehtiyatlarindan iSTİfadəNİn ekoloji İQTİsadi CƏHƏTDƏn qiYMƏTLƏNDİRİLMƏSİ


Azərbaycan Yanacaq – Enerji resursları



Yüklə 212,56 Kb.
səhifə2/2
tarix28.04.2017
ölçüsü212,56 Kb.
#15834
növüReferat
1   2

2.2 Azərbaycan Yanacaq – Enerji resursları

Azərbaycanın təbii ehtiyatları içərisində yanacaq-ener- ji resursları xüsusi yer tutur. Bu gün insanlar özlərini əsasən ənənəvi üsulla ener- ji ilə təmin edirlər: təbii xammalm yanması istlik elektrik stansiyaları vasitəsi ilə (təbii qaz, kömür, neft), çay sula- rının enerjisi su-elektrik stansiyaları vasitəsi ilə və nəha- yət, atom nüvəsinin parçalanma enerjisi atom elektrik stansiyaları vasitəsi ilə elektrik enerjisinə çevrilir. Müharibələrin əsas sə- bəblərindən biri də enerjiyə olan artan tələbatdır. Bu bir tərəfdən yüksək həyat səviyyəsini təmin edirsə, digər tə- rəfdən ətraf mühitə çox böyük ziyanlar vurur. yanacaqların çıxanlması, emalı, transportu və onlarla birgə çıxan əlavə maddələr də təbiətə ciddi ziyan vurur. Yaddan çıxarmaq lazım deyil ki, İES-lərdə yana- caq planetar ehtiyatları o qədər də çox olmayan atmosfer oksigeni hesabına yanır. Su-elektrik stansiyalannn xüsusi çəkisi dünya energetikası sistemində az olmasına baxma- yaraq o da, təbiətə böyük ziyan vurur. Çaylann bəndlərlə kəsilməsi, böyük quru hissələrinin su altında qalması, su səthinin güzgü əksetdiriciliyi (albedo) xeyli ekoloji gər- ginliklərə səbəb olur. Atom elektrik stansiyasının da təh- lükəli qüsurlan hamıya çox yaxşı bəllidir: radioaktiv tullantılarm saxlanması və emalı, qəzalar zamanı radiasiya çirklənməsi təhlükəsi. Ölkədə sənayenin ən apancı sahələrindən olan yana- caq-eneıji resurslan 2004-cü ildə 47,7 milyon ton şərti yana- caq olmuşdur. İ1 ərzində ölkə daxilində yanacaq-eneıji re- surslann 60,4 faizi istehlak olunmuşdur, 34,2 faizini ixrac, 2,4 faizini itkilər, 3,0 faizinin isə sonuna qalıq təşkil etmişdir.

İstehlak olunmuş yanacağm 25,3 faizi elektrik və istilik eneıjisi istehsalına, 33,2 faizi xammal kimi, 41,5 faizi digər ehtiyaclara sərf edilmişdir [9 s. 477].

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasında elektrik eneıjisinə olan tələbatı ödəmək üçün 1994-cü ildən başlayaraq ölkənin elektroenergetika sistemində əsaslı işlərin apanlmasına başlanılmış və 1996-2003-cü illərdə «Yenikənd» SES-in tikintisi tam başa çatdınlmış, Bakı İEM-l-də müasir qaz-turbin generatorlan işə salınmış, Mingəçevir SES-də 4 generator yeniləri ilə əvəz edilmiş, «Azərkimya» DŞ-nin «EP-300» kompleksi üçün buxar-generator qurğusu quraşdınlmış , «Şimal» DRES-də 400 meqavatlıq buxar-qaz tipli müasir elektrik stansiyası tikilmişdir.

Eyni zamanda, əsas elektrik stansiyalannın köhnə ol- ması səbəbindən onlann faktiki istehsal gücü aşağı düşmüş- dür. Belə ki, mövcud olan istilik elektrik stansiyalannm la- yihə üzrə ümumi generasiya gücü 4695 Mvt olduğu halda, faktiki istifadə olunan gücü 3498 Mvt, su elektrik stansiya- lannın isə layihə üzrə ümumi generasiya gücü 1020 Mvt ol- duğu halda, faktiki istifadə olunan gücü 771 Mvt təşkil edir.

Azərbaycan Respublikasmın enerji sistemi Rusiya (330 kv-luq «Dərbənd-Yaşma» xətti), Gürcüstan (500 kv- luq «AzDRES - Muxranis Veli, 330 kv-luq Ağstafa - Qar- dabanı» xətləri), Türkiyə (154/220 kv-luq «İqdır-Babəb> xətti) və İran (230 kv-luq «İmişli-Parsabad», 220 kv-luq «Astara», 132 kv-luq «Araz», 132 kv-luq «Culfa» yüksək gərginlikli hava xətləri və 11 kv-luq kabel xətti) enerji sistemləri ilə eneıji mübadiləsi aparır [7].

Ölkəmizdə elektrik eneıjisinin ehtiyatlan və istehlakı- nı xarakterizə edən məlumatlar 6.8 saylı cədvəldə verilmiş- dir.

III FƏSİL. 2005 – 2015-ci illərdə Azərbaycan Respublikasının Yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş YEK inkişa- fı üzrə Dövlət Proqramına əsasən 2015-ci ilə qədər olan müddət ərzində elekt- rik enerjisinə olan tələbatm hər il orta hesabla 4,7%, 2015-ci ildə isə 2004-cü ilə nisbətən 1,7 dəfə artaca- ğı gözlənilir. Gələcəkdə istehsal ediləcək elektrik enerjisinin təxminən 15 faizə qədərinin su elektrik stansiyaları və alternativ enerji mənbələri hesabına, qalan hissəsinin (85 faizinin) isə istilik elektrik stan- siyalarında istehsal ediləcəyi nəzərdə tutulur.

Energetika sektorunda yeni güclərin yaradılması və köhnə enerji bloklarının xarakteristikalarmm yax- şılaşdırılması hesabma istilik elektrik enerjisinin is- tehsalına sərf olunacaq şərti yanacağın 386 qramdan 260 qramadək endirilməsi istiqamətində iş aparılacaqdır.

Qarşıdakı dövr ərzində stansiyaların fəaliyətini təmin etmək məqsədilə əsas yanacaq kimi təbii qaz- dan istifadə edilməsi nəzərdə tutulur və buna görə də təbii qaza olan tələbatm ildə 5,4-5,9 milyard kubmetr olacağı gözlənilir. Bununla yanaşı, enerji sisteminin «texniki minimum» saatlarında enerji bloklarının («Azərbaycan» DRES-də və Əli-Bayramlı DRES-də) iş rejimini tənzimləmək, qaz təchizatı sistemində baş verə biləcək qəza hallarmda tədbirlər görmək məqsə- dilə stansiyaların yanacaq təchizatınm 15-20 faizinin mazut təşkil edəcəyi proqnozlaşdırılır.

Ölkə əhalisinin və iqtisadiyyatm təbii qaza olan ehtiyacını daxili mənbələr hesabına tam ödəmək zə- rurətini nəzərə alaraq, elektrik stansiyalarına yuxarı- da göstərilən həcmdə (5,4-5,9 milyard kub m) təbii qazın daxili mənbələr hesabına ödənilməsi yalnız 2009-cu ildən etibarən həyata keçirilə bilər. Ona gö- rə də 2009-cu ilədək stansiyaların qaza olan ehtiyacı- nı daxili mənbələr hesabına ödənilməsi nəzərdə tutu- lur. Eyni zamanda, elektrik enerjisinə və təbii qaza olan tələbatın ödənilməsi məqsədilə elektrik və qaz ötürücü xətlərini, rayon və şəhər paylayıcı şəbəkələ- rin genişləndirilməsi və yenidən qurulması, uçot sis- teminin təkmilləşdirilməsi, itkilərin azaldılması, is- rafçılığın qarşısının alınması məsələləri öz həllini ta- pacaqdır.

İstehlak olunan enerjinin və təbii qazın dəyərinin tam ödənilməsi, onlardan qənaətlə istifadə edilməsini təmin edən amillərdən biridir. Beynəlxalq təcrübə göstərir ki, elektrik enerjisinin və qazın dəyərinin ödə- nişi sahəsində görülən sərt tədbirlər nəticəsində onla- ra olan tələbat 15-20% azalır. Yanacaq-enerji komplek- sinin gələcək inkişafında özəl sektorun rolunun artaca- ğı və sahəyə qoyulacaq investisiyanın böyük bir hissə- sinin özəl sektorun hesabına həyata keçiriləcəyi göz- lənir. Yuxarıda adı çəkilən Dövlət Proqramına uyğun olaraq 2005-2015-ci illər ərzində ölkənin yanacaq- enerji ehtiyatlarına olan tələbatını tam ödəməklə bəra- bər bu sahənin yenidən qurulmasını, müasir avadanlıq- larla təchizini, habelə bazar iqtisadiyyatı şəraitinə uy- ğunlaşmış idarəetmə sisteminin tətbiqini özündə əks etdirir.

Enerji sistemində generasiya güclərinin bərpa edil- məsi əsasən Azərbaycan DRES-də və Mingəçevir SES-də nəzərdə tutulur. Yeni enerji bloklarının istifa- dəyə verilməsi nəticəsində enerji sistemində güclərin artım dinamikası tələb olunan enerji istehsalını təmin edəcəkdir. Hazırda nisbətən güc çatışmazlığı ilə üzlə- şən enerji sistemi yaxm gələcəkdə kifayət qədər əla- və güc mənbəyinə malik olan sistemə çevriləcəkdir. Onun işlək gücü (Əli-Bayramlı DRES-də fəaliyyət göstərən enerji blokları nəzərə almmadan) 6000-6500 Mvt təşkil edəcək, ümumi generasiya imkanları 2010- cu ilədə 29-30 milyard kvt saatadək, 2015-ci ildə isə 37-38 milyard kvt. saatadək artırılacaqdır [7].

Elektroenergetika sistemtəşkiledici elektrik veri- liş xətlərinin yenidənqurulması, müvafıq yarımstan- siyaların inşası, ölkə daxilində paylayıcı elektrik şə- bəkələri tərəfindən elektrik xətlərinin və yarımstan- siyaların tikintisi nəzərdə tutulur. 2005-2015-ci illərdə elektr energetika sahəsində aşağıdakı bir sıra önəmli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur Beləliklə, adı çəkilən Dövlət Proqramının əsas məq- sədi qarşıdakı on ildə Azərbaycan Respublikasının yana- caq-enerji kompleksini inkişaf etdirməklə, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə, qaza və digər enerjida- şıyıcılarına olan tələbatmın ödənilməsinə nail olmaqdan ibarətdir.

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:


  • Azərbaycan Respublikasmın yanacaq-enerji kompoleksinin müasir tələblərə uyğun inkişafmm əsas istiqamətlərini müəyyənləşdirmək;

  • yanacaq-enerji kompleksinə daxil olan sənaye sahələrinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafıq elmi-texniki və təşkilati tədbirlər həyata keçirmək;

-enerji resurslarmın istehsalı,- emalı, nəqli, saxlan- ması, uçotu və istehlakı üzrə mütərəqqi texnoloji tədbir- lərin həyata keçirilməsini təmin etmək;

- yanacaq-enerji sektorunda sağlam rəqabət mühiti- ni formalaşdırmaq;

- yanacaq-enerji kompleksinin inkişafına cəlb edilən sərmayələrin həcmini artırmaq;

-yanacaq-enerji kompleksində ekoloji təhlükəsizlyi təmin etmək;

-yanacaq-enerji resurslarının (elektrik enerjisi və tə- bii qaz) istehlakına görə ödənişlərin daha dolğun yerinə yetirilməsini təmin etmək.

3.1 Dünyanın və Azərbaycanın neft-qaz ehtiyatları, onların hasilatı

Neft insanların istifadə etdik- lləri ən əhəmiyyətli təbii sər- vətlərdən biridir. Çoxsaylı kimyəvi laboratoriyalarda aparılmış tədqiqatlar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, neft əsasən 79,5-87,5% karbondan, 11-14,5% hidro- gendən və 0,5-8,0% kükürd, oksigen və azotdan ibarət- dir. Bunlarla yanaşı, neftin tərkibində az miqdarda (0,02- 0,03%) müxtəlif metallar (nikel, dəmir, alüminium, miss, maqnezium, barium, xrom, kobalt, malibden, natrium, sink, kalsium, gümüş və s.) da vardır. Alimlər müəyyən etmişlər ki, neft 425 müxtəlif karbohidrogen və digər kimyəvi elementlərin 380 mürəkkəb birləşmələrindən ibarətdir. 1 kq neftin tam yanmasından 11 min kkal həc- mində enerji ayrılır. Abşeron nefti öz tərkibi və keyfıyyə- ti ilə dünyada ön sırada dayanır. Neft çıxarılan dövrlər- dən də neft sənayesinin ətraf mühitin çirkləndirilməsinə başlanılsa da, uzun illər ekoloji problem kimi gündəmdə olmamışdır. Ətraf mühitin qorunması problemi son 50-60 ilin məhsuludur. Bu baxımdan neft sənayesinin rolu da- nılmazdır. Neftin hasilatı, emalı və nəqli zamanı baş ve- rən itkilər və tullantılar ətraf mühitə ən çox zərər vuranmənbədir. Həmin sərvətlərin sosial-iqtisadi əhəmiyyəti- ni nəzərə alaraq qeyd olunmalıdır ki, ölkəmizdə çıxarılan hər kq neftin itkisiz istifadəsi və mütərəqqi texnooji qur- ğularda dərin emalı bütünlükdə ətraf mühitin çirklənmə- sinə öz müsbət təsirini göstərməlidir. Dünya neft ehtiyatları içərisində Azərbaycan xüsusi çəkisi 0,6 faiz təşkil edir.

Azərbaycanın neftçıxarma sənayesinin əsas inkişaf perspektivləri dəniz yataqlarınm mənimsənilməsi və Xə- zərin potensial strukturlarından asılıdır. Belə ki, respubli- kanın neft sənayesinin potensial resurslarının təqribən yarısı Xəzər dənizinin Azərbaycan sektorunda cəmləşib. Bir sıra iri neft yataqlarının aşkarlanması bunu bir daha təsdiq edir. Bu resursların geoloj və geofıziki metodlarla öyrənilmə dərəcəsi cəmi 34 faiz təşkil edir.

Ümumiyyətlə, Azərbaycan Respublikası ərazisində in- diyədək 71 neft və qaz yatağı açılmışdır. Onlardan 43-ü qu- ru sahələrdə, 28-i isə Xəzər dənizinin Azərbaycan sekto- runda yerləşir. Hazırda 54, o cümlədən quruda 36, dənizdə 18 yatağın işlənməsi (istismarı) davam etdirilir, 9 yataq isə kəşfıyyat mərhələsindədir.

Azərbaycanda yataqlann istismara (işlənməyə) başlan- masmdan hazırkı dövrədək 1,5 milyard ton nefit (konden- satla birlikdə) və 480 milyard kub metrdən çox qaz hasil edilmişdir, o cümlədən dəniz sahəsindəki yataqlarm 0,5 milyard ton neft (kondensatla birlikdə) və 352 milyard kub- metr qaz çıxanlmışdır.

1913-2004-cü illərdə ölkəmizdə neft hasilatının dina- mikasını xarakterizə edən məlumatlar 6.10. saylı cədvəldə verilmişdir.



Cədvəldən göründüyü kimi 1970-ci ilədək ölkəmizdə 20 mln. tona yaxm neft hasil edilmişdir ki, onun da təxmi- nən 70%-i dənizdəki NQÇİ-lərin payma düşür. Sonrakı il- lərdə quruda və dənizdə hasilatın həcmi ildən-ilə azal- mış,yalnız 1998-ci ildən başlayaraq hasilatm artmı təmin edilmişdir.

1913-2004-cü illərdə Azərbaycanda dənizdə və quruda neft hasilatının dinamikası (min tonla) *)

Cədvəl 6.10

İllər

Cəml

O cümlodən

Dənizdə

Quruda

1913

7,6

-

7

1940

22,0

-

22,0

1940

23,4

-

23,4

1960

16,8

6,5

7,3

1970

20,2

12,9

7,3

1975

9,8

11,4

5,8

1985

13,0

9,2

3,8

1990

12,5

9,9

2,6

1991

11,6

9,4

2,2

1992

11,08

9,07

2,01

1993

10,29

8,31

1,98

1994

9,56

7,77

1,79

1995

9,16

7,54

1,62

1996

9,10

7,5

1,6

1997

9,0

7,5

1,5

1998

11,4

9,8

1,6

1999

13,8

12,3

1,52

2000

14,0

12,5

1,51

2001

14,9

13,3

1,60

2002

15,3

13,8

1,5

2003

15,4

13,8

1,6

2004

15,5

13,8

1,7

Qeyd: Cədvəl Azərbaycan Respublikası

DSK-in və DNŞ-nin illər üzrə texniki tqtisadi göstəricilər toplularının məlumatları əsasmda tərtib edilmişdir.

Məlumdur ki, dənizdə quyularm qazılması zamanı su- yun dərinliyindən asılı olaraq stasionar, yardımalma plat- formalar və qazma gəmilərindən geniş istifadə olunur. Ey- ni zamanda, neft və qazın nəqlində boru kəmərləri iqtisa- di cəhətdən ən əlverişli nəqliyyat vasitəsi olduğundan dünyanın neft və qaz hasil edən ölkələri onun tikintisinə və inkişafma xüsusi diqqət yetirir. 2004-cü ildə istismara verilən boru kəmərlərinin ölkələr və regionlar üzrə quru- luşu — saylı cədvəldə verilmişdir. Həmin cədvəldən gö- ründüyü kimi 2004-cü ildə dünyada 41,5 mln km boru kə- mərləri mövcuddur. Onlardan təxminən 24 mln. km qaz kəmərləri, 12,9 mln km neft kəmərləri, 4,7 mln. km isə ər- zaq məhsulları daşıyan kəmərlərdir. Qaz kəmərlərinin 9,3 mln km ABŞ-da, 4,3 mln. km Kanadada, 3,6 mln. km Av- ropada yerləşir. Ən çox neft kəmərləri (8,4 mln. km) Av- ropa qitəsinin payına düşür (bax cədvəl 6. 13.).



Azərbaycanda neft məhsullarmın ehtiyatmı və bö- lüşdürülməsini xarakterizə edən məlumatlar 6.14. saylı cədvəldə verilmişdir. Cədvəldən göründüyü kimi 2004- cü ildə avtomobil benzini üzrə 899 min ton ehtiyatın 469 min tonu və ya 52,2 %-i məsrəf edilmiş, 389 min to- nu və ya 43,3%-i isə ixrac olunmuşdur. Mazut yanacağı üzrə həmin göstəricilər uyğun olaraq 2824 min ton, 2357 min ton (83,5%) və 338 min ton (12%) Dizel yanacağı üzrə 1933 min ton, 729 min ton (33,7%) və 1140 min ton (59%), Aviasiya və s. üçün ağ neft 680 min ton, 332 min ton (48,8%) və 323 min ton (47,5%), neft bitumu üzrə isə 106 min ton, 80 min ton (75,5%) və 21 min ton (19,8%) təşkil etmişdir.
Xəzərətrafı ölkələrdə neft və qaz ehtiyatları *

Cədvəl 6.11.

Ölkələrin adları

Aşkar edilən ehtiyatm miqdan

Mümkün olan ehtiyat

Ümumi ehtiyat

Neft mlrd. barrel

Qaz tarilion kub fut.

Neft mlrd. barrel

Qaz tailion kub. fut.

Neft mlrd. barrel

Qaz tarilion kub. fut.

Azərbaycan

3,6-12,5

11

27

35

31-40

46

Tran

0,1

0

12

11

12

11

Qazaxıstan

10,0-17,6

53-83

85

88

95-103

141-171

Rusiya

0,3

-

5

-

5

-

Türkmənistan

1,7

98-155

32

159

34

257-314

Özbəkistan

0,3

74-88

1

35

1

109-123

Cəmi

16,0-32,5

236-337

163

328

179-195

564-665

Qeyd: Cədvəl ABŞ-m enerji informasiyası üzrə Administrasiyasmın L999-cu ilin dekabr ayının məlumatları əsasında tərtib edilmişdir

Əhalinin hər nəfərinə düşən neft və qaz

ehtiyatlarının ölkələr üzrə təsnifatı*

Cədvəl 6.12.




Neft

Qaz ehtiyatı

Əhalinin hər

Ölkələrin adı

ehtiyatı

nəfərinə düşən

(mlrd.ton)

(trillyon m )

neft və qaz ehtiyatı

I Sinifdə

13,3

1,5

9000

Küveyt

12,7

6,0

5000

Bəə

35,7

5,3

2500

Səudiyyə










Ərəbistan










II Sinif

2,0

8,0

1000

Türkmənistan

6,0

0,8

800

Azərbaycan

12,2

3,0

650

Iraq

1,2

2,0

350

Norveç

8,0

46,1

150

Rusiya










III Sinif

7,3

2,0

80

Meksika

0,5

3,0

60

Özbəkistan

2,4

3,4

50

Niqeriya

0,9







2,2

60

Kanada

3,8

4,6

14

ABŞ

0,6

0,6

10

Böyük Britaniya










IV Sinif

0,8

108

4

Tndoneziya

0,5

0,2

3

Braziliya

3,3

1,7

3

Çin

0,1

0,1

4

Penı










*) Qeyd: Cədvəl TASlS Avropa Eksp>ertiza xidxnətinin

məlumatları əsasmda tərtib eilmişdir.




Azərbaycanın iqtisadi icmalı. Bakı – 2000

SSRİ dağıldıqdan sonra Azərbaycan keçmiş müttəfıq respublikalar içərisində yeganə olaraq Xəzərdə neft və qaz hasilatı məsələsini ön plana çəkərək'xarici investisi- yaların həmin işə cəlb olunması üzrə riskli və perspektiv xarakterli qərar qəbul etmişdir. Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyein qətiyyətli si- yasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçi- rilən yeni neft strategiyası Azərbaycanın beynəlxalq iqti- sadi sistemə inteqrasiyasında və ölkəyə xarici investisi- yaların gətirilməsində mühüm rol oynamışdır. Onun şəx- si təşəbbüsü və bilavasitə rəhbərliyi altında Xəzər dəni- zinin Azərbaycan sektorunda yerləşən karbohidrogen ya- taqlarının işlənilməsinə dair dünyanın qabaqcıl neft şir- kətləri ilə bağlanmış «Əsrin müqaviləsi» müasir dövrdə ölkənin neft-qaz sənayesinin inkişafına yeni təkan ver- mişdir.

Hazırda Azərbaycan Respublikasının neft-qaz sekto- ru üzrə 4 mühüm layihə həyata keçirilir:

-«Azəri», «Çıraq» və «Günəşli» (AÇG) yatağının dərin hissəsinin tam miqyaslı işlənməsi;

-«Şahdəniz» qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi;

- Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəmərinin tikintisi;



  • Bakı-Tbilisi-Ərzurum (BTƏ) Cənubi Qafqaz Boru Kəmərinin tikintisi. ,

AÇG üzrə ilkin neft layihəsi çərçivəsində «Çıraq-1» platforması, ümumi uzunluğu 200km-ə yaxın olan sualtı nefit və qaz nəqliyyat kəmərləri, Səngəçal terminalı istifadəyə verilmişdir.

Hazırda AÇG yataqlarının tammiqyaslı işlənməsinin «Faza-l» (Mərkəzi Azəri) layihəsi üzrə tikinti işləri apa- nlır və ilkin neftin çıxarılması 2005-ci ilin birinci rübü- nə planlaşdırılır. 2006-2007-ci illərdə AÇG-nin «Faza-2» (Qərbi və Şərqi Azəri), 2008-2010-cu illərdə isə «Faza- 3» («Günəşli»-nin dərin hissəsi) layihələri həyata keçi- rıləcəkdir. Bu layihələrə ümumi məbləği 10-12 milyard ABŞ dollar həcmində sərmayə qoyuluşu gözlənilir.

AÇG yataqlarından çıxarılan neftin əsasən Bakı-Tbi- I.Ni-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri vasitəsilə K-> nəlxalq bazarda satışı nəzərdə tutulur.

Azərbaycan Respublikasında 2005-2006-cı illərdə oc:r. hasilatının gözlənilən həcmi aşağıdakı cədvəldə verılmışdir (bax cədvəl 6.15.).

Şahdəniz» qaz-kondensat yatağımn işlənməsinin kanncı mərhələsi üzrə tikinti işlərinə 2003-cü ildən baş- İMİmış və ilkin qazın çıxarılması 2006-cı ilin sentyab- xla gözlənilir. Birinci mərhələdə ildə 8,8 milyard kub qts. və 2 milyon ton kondensat hasilatı planlaşdırılır. nkı mərhələdə isə yataqdan ildə 16 milyard kub m v>4 milyon ton kondensat çıxarılması proqnozlaşdırılır.

Beynəlxalq müqavailələr üzrə 2005-2008-ci illərdə aşağıdakı istiqamətlərdə işlərin davam etdirilməsi nə- zərdə tutulur:

-Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kə- mərinin tikilib istismara verilməsi;

- Bakı-Tbilisi-Ərzurum (BTƏ) Cənubi Qafqaz Boru Kəmərinin tikilib istismara verilməsi;

- «Mərkəzi Azəri» platformasının tikintisi və neft hasilatına başlanılması;

-«Çıraq-l» platformasında «Hasilat Tempinin Artı- rılması Layihəsi»nin həyata keçirilməsi;

- Səngəçal terminalından qazın Səngəçal Baş Qurğu-

larına çatdırılması üçün qaz kəmərinin tikilib istifadəyə verilməsi;



  • «Azəri» yatağından sahilə qaz və neft kəmərlərinin tikintisi;

-«Azəri» yatağmda kompressor və suvurma platfor- masının tikinitsi;

-«Azəri» yatağmdan hasil olunacaq neftin qəbulu

üçün Səngəçal terminalında 2 neft çəninin və yardımçı obyektlərin tikintisi;

-«Qərbi Azəri» platformasmın tikintisi və neft hasi- latınm başlanılması;

-«Faza-3» layihəsi daxilində «Günəşli» yatağmm dərin hissəsindən neft hasilatına başlanması «Şahdəniz» yatağfndan Səngəçal terminalına qaz və kondensat kə- mərlərinin tikilibi istifadəyə verilməsi;

-«Şahdəniz» yatağmda TPG-500 platformasmm tiki- lib istismara verilməsi;

-«Şahdəniz» yatağından ilkin qaz və kondensatm Səngəçal terminalına nəqli.

Neft hasilatı ilə yanaşı təbii qaz hasilatı və təchizatı sahəsində önəmli tədbirlərin həyata keçirilməsi nəzədə tutulur. Təkcə «Şahdəniz» yatağmda bir trilyon kub metr qaz ehtiyatı vardır. Risk amili nəzərə almmaqla ümumi geoloji qaz ehtiyatı 11 trilyon kub metr təşkil edir. Hazır- da Azərbaycanın qaz təchizatı sistemi özündə aşağıdakı- 'an birləşdirir:

-4000 km uzunluğunda, diametri 1000-1200 mm-ə qəder, işçi təzyiqi 55 atmosfer, gündəlik qaz nəqletmə wibiliyyəti 70 milyon kub metr, illik qaz nəqletməqabi- I > yəti 25 milyard kubmetr olan magistral qaz kəmərləri \ ə onların qolları;

-35 min km-dən çox orta və aşağı təzyiqli qaz kə- mərləri;

-ümumi gücü 200 Mvt olan 7 ədəd qaz kompressor jiyası;

-150 qazpaylayıcı stansiya;

-aktiv həcmi 3,0 milyard kub metrə qədər olan 2 yeraltı qaz anbarı.

Təbii qaz təsərrüfatının hazırkı vəziyyəti aşağıdakı kimidir:

-nəqletmə sisteminə qəbul edilən təbii qazın orta

illik həcmi 8,0 milyard kubmetr, o cümlədən yerli qazın

həcmi 4,0 milyard kubmetr, idxal qazm həcmi 4,0 mlrd. kubmetrdir;

-bütün iri şəhərləri və 32 rayon mərkəzini qazla tə- min edən sistem fəaliyət göstərir;

-təbii qazdan istifadə edən əhali abunəçilərinin mənzillərində artıq 67,0 min ədədə qədər sayğac quraş- dırılıb və bu iş davam etdirilir;

-digər istehlakçılarda sayğaclar quraşdırılır və bu iş davam etdirilir.

Ölkədə qaz təsərrüfatının inkişaf etdirilməsi istiqa- mətində görülən işlər əsasən aşağıdakılardan ibarətdir:

-qaz təsərrüfatının maddi-texniki bazasının yaxşılaş- dırılması və möhkəmləndirilməsi;

-qaz təsərrüfatında maliyyə intizamının gücləndiril- məsi;

-sayğacların quraşdırılması işlərinin sürətləndiril- məsi;

-yığım, ödəmələr və qarşılıqlı borcların həlli istiqa- mətində tədbirlərin davam etdirilməsi, borcların həcmi- nin azaldılması və maliyyə intizamımn gücləndirilməsi;

-investisiya proqramı çərçivəsində «Azəriqaz» Qa- paı Səhmdar Cəmiyyətinin inkişafı və texniki təminatı üzrə tədbirlerin h&yata keçirlməsi;

-qazın keyfıyyəti və satış həcminin artırılması, itki- lərin azaldılması.

3.2 Azərbaycan Respublikasında ƏMM və təbii resurslardan səmərəli istifadəyə yönəldilmiş investisiya

Respublikamızm sənaye po- tensialmın texniki və texnoloji ıcəhətdən aşağı olması müəssi- sələrdə yüksək kefyfiyyətlı məhsul istehsal etmək təminatı yatarmamışdır. Uzun illər İttifaq nazirliklərinin tabeliyində olan sənaye müəssisə- ləri öz ənənəvi xammal bazasmı və alıcılarını itirdikdən sonra daha aşağı güclə işləməyə başlamışlar. Hazırda öl- kəmizdə sənaye istehsalında əsas fondlarm artırma də- rəcəsi 72,8%, o cümlədən kimyəvi maddələr və məhsul- lar istehsalında 47,9%, rezin və plastik məhsullar istehsa- lında 56,2 %, koks və neft məhsulları istehsalında 68,0%, xam neft və təbii qaz hasilatında isə 83,7% təşkil edir. Emal və hasilat sənayesi sahələrində mövcud olan təmiz- ləyici qurğular sıradan çıxdığmdan çoxsaylı zərərli mad- dələr ətraf mühitə və su hövzəsinə atılır.

Sonuncu prosesdə neftqazçıxarma, neft emalı, kimya və maşınqayırma müəssisələri müstəsna rol oynayırlar. Həmin siyahıya kommunal məişət və yüngül sənaye, energetika sahələrini də əlavə etsək, Respublikamızda krimagen ekoloji vəziyyətin formalaşlmasına başqa sü- but axtarmaq lazım gəlmir. Fikirlərimizi sübuta yetirmək üçün dövlət statistika komitəsinin (DSK) rəsmi mövcud vəziyyətini nəzərdən keçirək. İlk növbədə qeyd etmək vacibdir ki, Respublikamızda ƏMM və TS-lərdən səmə- rəli istifadə ölkə rəhbərliyinin daim diqqət mərkəzində- dir. Bunu həmin sahədə aparılan struktur dəyişiklikləri ilə yanaşı oıaya yöıiəldilən investisiyanm həcmi də sübut edir (bax cədvəl 6.16.). Cədvəldən göründüyü kimi 1995-2001-ci illər ərzində qeyd edilən məqsəd üçün 78420,2 min manat vəsait xərclənmişdir. Lakin 1995-ci ildən başlayaraq həmin investisiyalarm məbləği ildən-ilə azalmaqdadır. Qeyd edilən dövrdə həmin vəsaitin məb- ləği 4,2 dəfə azalaraq 2001-ci ilin sonunda 6355,5 min manat təşkil etmişdir. Əgər 1995-ci ildə ƏMM mühafı- zəsinə və TS-in səmərəli istifadəsinə yönəldilən 26773,7 min manat vəsaitin 18975,8 min manat və yaxud 70,4% torpaqların, 3410,6 min manatı və ya 13,1% at- mosfer havasmm, 4113 və ya 15,4% su ehtiyatlarmm mü- hafızəsinə sərf edilmişsə, 2004-cü il ərzində torpağın mühafızəsinə vəsait ayrılmış və bütünlükdə ƏMM sərf edilən vəsait 2003-cü ilə nisbətən 36% azaldılmışdır ki, onun da 89,3 %>-i su ehtiyatlarının, 10,7%»-i isə atmosfer havasının mühafızəsinə yönəldilmişdir.

NƏTİCƏ
Respublikanın potensial mine- ral-xammal ehtiyatlarının 28 əsas faydalı qazıntı növü üz- rə ümumi dəyəri 36,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Kəşf olunmuş faydalı qazıntı yataqları- nın 40%-ə qədəri istismara cəlb olunmuşdur.Dövlət Proqramınm əhatə etdiyi illər ərzində neft və qaz sənayesinin inkişafı, emal sənayesinin müasir- ləşdirilməsi nəzərdə tutulur. Enerji resurslarınm dünya bazarlarma çıxarılması ilə yanaşı, ölkə daxilində onlar- dan daha səmərəli istifadə olunması üçün tədbirlər həyata keçiriləcəkdir.

Bütövlükdə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin hə- yata keçirilməsi ölkənin hər bir yaşayış məntəqəsinin və istehsal obyektinin fasiləsiz və etibarlı enerji ilə təmin edilməsi imkanı yaradacaqdır

Ölkənin elektroenergetika sistemində yeni istilik və su elektrik stansiyalarınm tikilməsi, mövcud enerji bloklannın modernizasiyası, alternativ eneıji mənbələrindən (kiçik SES-lər, külək, günəş, termal sular və s.) istifadə edilmə- sini hesabına hazırda fəaliyyətdə olan generasiya gücləri- nin 2015-ci ildə 6500-7000 meqavata çatdınlması nəzərdə tutulur.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərin hissəsinin işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə müqavilənin bağlanmasından ötən illər ər- zində neft və qaz yataqlarının kəşfıyyatına və işlənməsi- nə istismarına dair daha 26 saziş imzalanmış və bu günə kimi ölkənin neft-qaz sənayesinin inkişafına 21 milyard ABŞ dollarından artıq xarici sərmayə qoyulmuşdur.



Deməli, 1995-2004-cü illər ərzində ƏMM üzrə in- vestisiyaların əsas hissəsi su ehtiyatlarmın mühafızəsinə yönəldilmişdir. Sonuncu uzun illər öz həllini gözləyən məsələ idi. Digər istiqamətlərə ynəldilən və- saitin azaldılması bir tərəfdən sənaye müəssisələrinin tam gücü ilə işləməməsi, digər tərəfdən torpağın özəl- ləşdirilməsi səbəbləri ilə izah edilməlidir.
Yüklə 212,56 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin