Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ aztu-nun nəzdində baki texniKİ kolleciN



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə5/51
tarix05.04.2023
ölçüsü1,13 Mb.
#93826
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
1.2. Logistika anlayışının tərifi 
Mütəxəssislərin fikrincə, hərbi işlər sayəsində logistika elm sahəsinə çevrildi və indi sənaye, 
nəqliyyat, ticarət, bank işi, xidmətlər və müasir iqtisadiyyatın digər sahələrində geniş tətbiq olunur.
İqtisadi və elmi ədəbiyyatlarda mütəxəssislər logistikanın tərifində iki əsas istiqaməti fərqləndi-
rirlər:
Birinci istiqamət - malların hərəkətinə funksional yanaşma, yəni malların tədarükçüdən 
istehlakçıya çatdırılması ilə əlaqədar yerinə yetirilməli olan bütün fiziki əməliyyatların idarə edil-
məsidir.



 
İkinci istiqamət - daha geniş bir yanaşma ilə xarakterizə olunur: mal hərəkəti əməliy-
yatlarını idarə edilməsi ilə yanaşı, tədarükçü və istehlakçı bazarlarının təhlilini, mal və xidmətlər 
bazarında tələb və təklifin əlaqələndirilməsini, habelə mal hərəkəti prosesinin iştirakçılarının ma-
raqlarının uyğunlaşdırılmasını əhatə edir. 
Qeyd olunan logistik yanaşmalar çərçivəsində, logistika anlayışına bir çox fərqli şərhlər ve-
rilmişdir. Onların ayrı-ayrılıqda təhlili logistik prizmadan baxılan bir sıra əsas aspektlərin aşkar 
edilməsinə imkan verir. Ən geniş yayılmış aspektlərə idarəetmə, iqtisadi, əməli və maliyyə aspekt-
lərini aid etmək olar.
Hamburg universitetinin professoru G. Pavellek logistika anlayışın tərifini aşağıdakı kimi 
verir:
"Logistika - müəssisəyə daxil olan, orada emal olunan və bu müəssisədən çıxan ma-
terial axını və ona uyğun informasiya axınının planlaşdırılması və idarəedilməsidir."
5. Professor B. A. Anikin (Rusiya) anlayışın aşağıdakı şərhini verir:
"Logistika - ilkin mənbədən son istehlakçıya qədər olan zaman və məkanda material 
və informasiya axınlarının hərəkətinin planlaşdırılması, təşkili, idarəedilməsi və nəzarət haq-
qında elmdir."
Logistikamn bir çox təyinatları onun həm idarəetmə, həm də iqtisadi aspektlərini əhatə 
edir. Bu mə'nada alman professoru Pfol

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin