Birinci mərhələ 1920 - 1950 illəri əhatə edir və "fraqmentizasiya” dövrü adlanır. Bu dövr,
logistikanın konsepsiyasının formalaşması üçün ilkin şərtlərin, habelə material axınlarının idarə
edilməsi və ümumi xərclərin azaldılması vasitələrinin formalaşması ilə xarakterizə olunur. Lakin,
bu mərhələdə, logistik prinsiplər tam tələb olunmurdu, ayrı - ayrı logistik funksiyalar tətbiq edilirdi,
bu da məsrəflərin, yalnız bəzi komponentlərinin azaldılmasına imkan verirdi, məsələn istehsalda,
nəqletmədə və anbarlamada.
İkinci mərhələ 1950 – 1970 - ci illəri əhatə edir. Fiziki paylanma anlayışının marketinqin
tərkib hissəsi olaraq yaranması dövrü olub, logistika nəzəriyyəsi və təcrübəsinin formalaşması,
kompüter informasiya texnologiyalarının inkişafı, is-tehsal və paylanma xərclərini azaltmağın yeni
yollarının axtarışı ilə xarakterizə olunur.
1960 - cı illərin sonlarında Qərbdə menecmentin inteqral aləti kimi biznes - logistikası kon-
sepsiyası formalaşdırıldı. Konsepsiyanın əsas məzmunu belə idi: "Logistika - müəyyən yerdə və ve-
rilmiş vaxtda mallara olan tələb və təklifin əlaqələndirilməsi və hərəkətinə köməklik göstərən bütün
fəaliyyətlərin idarə edilməsidir. ”Eyni zamanda, nəzərdən keçirilən dövrdə logistikaya ümumiləşdi-
rilmiş tərif vermək cəhdləri dayanmadı.
Üçüncü mərhələ 1970 - 1980 - ci illəri əhatə edir və logistikanın inkişaf dövrü sayılır. Bu
dövrdə biznes – logistika- sı konsepsiyasına əsaslanan istehsal və paylanma (distribüsiya) xərclərini
azaltmağın yeni yolları axtarılır, habelə logistika sistemlərinin yayılması və sənaye logistikası prin-
siplərinin və keyfiyyəti ümumi idarəetmə fəlsəfəsinin tətbiqi ilə xarakterizə olunur.
Dördüncü mərhələ (1980 - 1990 - cı illər) inteqrasiya dövrü hesab olunur. Bu dövr şirkətin
və onun logistika tərəfdaşlarının logistik funksiyalarını tam logistik zəncirdə birləşdirmək (yəni sa-
tınalma-istehsal-satış və paylama), habelə material və əlaqədar axınların idarə edilməsi, beynəlxalq
logistik sistemlərin yaradılması ilə xarakterizə olunur.
Yuxarıda göstərilən dövrlərə əsaslanaraq aşağıdakı nəticələr çıxarılır.
Birincisi, logistik fəaliyyətlər inteqrasiya xarakterli olur və material resurslarının və hazır
məhsulların axınlarının yaranma yerindən istehlak yerinə qədər uzanır. İkincisi, əlaqədar infor-
masiyaların idarə edilməsinin vacibliyi vurğulanır. Üçüncüsü, ilk dəfə olaraq xidmət (qeyri - maddi)
axınları logistikanın maraq dairəsinə daxil oldu. Bu, xidmət sənayesinə logistik yanaşmaların
inkişafı üçün mühüm əhəmiyyət kəsb edir, çünki əvvəlki onilliklər ərzində, yalnız material axınları
logistikada araşdırma və optimallaşdırma obyekti idi.
Bir çox Qərb ölkələrində logistikaya, iqtisadiyyatda material axınlarının səmərəli idarə
edilməsinə xidmət kimi baxılır.