I ş. almamışam



Yüklə 79,4 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü79,4 Kb.
#40322
  1   2   3   4   5
Azerbaycan dialektologiyasinin esaslari.ocr




inkar

tək

cəm

I ş. almamışam

almamışuğ

11 ş. almamısan

almamısuz

m ş. almıyıb

almıyıb, almıyıp(lar)

I ş. işdememişəm

işdəmemişig, işdememişuğ (Q.)

II ş. işdəmemisən

jşdəmemisüz

III ş. işdemiyib // işdəmiyip (Mər.)

işdəmiyib, işdəmiyip(lər)

I ş. qurmamışam

qurmamışuğ

II ş. qurmamısan

qurmamısuz

111 ş. qumuyıb // qurmıyıp (Mər.)

qurmıyıb, qurmıyıp(lar)

I ş. bürüməmişəm

büriməmişük, bürüməmiş ük, bürü- momişüfe (Q.)

II ş. büriməmisən

büriməmisüz // bürüməmisüz

III ş. bürimiyib, bürimiyip (Mər.)

bürimiyib, bürİmiyip(lər)

İndiki zaman



İndiki zamanı ifadə etmək üçün dialekt və şivələrimizdə bir çox şəkilçilər işlənir ki, bunlara ədəbi dildə təsadüf edilmir. Dialekt və şivə­lərimizdə işlənən indiki zaman şəkilçilərinin bir qismi (az hissəsi) qıp­çaq tipli türk dillərinə, digər qismi (çox hissəsi) isə oğuz tipli türk dillə­rinə xas olan şəkilçilərdir. Qıpçaq tipli indiki zaman şəkilçisi -a-dt, -ə-dİ, -a-du, -ə-dii bir o qədər geniş yayılmamışdır. Bu şəkilçiyə bütün­lüklə Quba dialektinde, səpələnmiş halda isə Bakı, Mərəzə və Əli Bayramlı (indiki Şirvan) rayonlarının bəzi kənd şivələrində rast gəlirik.

Məlum olduğu üzrə, bu şəkilçilər indiki zamanın analitik tipi sayılan felin kökü + a durur (ala durur) şəklindən törəmişdir. Qıpçaq tipli indiki zamanın bu qədim şəkli Zaqatala-Qax şivəsində və Quba dialektində təsviri məqamda özünü göstərməkdədir, məs.: - Sima var horda qaymya durur (Qax-Gül.); — Nə var qaparetivün qavağuna baxa durmusan (Q.- Alp.); Əli baxa durur (Qax-İ.Su).

Məlum olduğu üzrə, dialekt və şivələrimizdə İndiki zamanın -a, -ə durur şəkli ancaq Hi şəxsdə özünü göstərir; lakin Qax rayonu şivələrin­də indiki zamanın -a, -ə duny şəklinə bütün şəxslərdə təsadüf edilir; məs.: ala durıyam, ala durıysm, ala duny, ala durıyıx, ala durıysız, ala durır.

İndiki zamanın turur // durur şəklinə qədim ədəbi dilimizdə rast gəl­mək mümkündür, XIV və XV əsr ədəbi dilimizdə artıq -a, -ə durur şək­lindən meydana gəlmiş -a-dır, -ə-dir, -a-dur, -ə-dür indiki zaman şəkilçilərinə təsadüf edilir; məs.: Nəsiminin suzi ərşə çıxadır (Nəsimi, XIV əsr); Sular axadır kənari bağdan (Xətayi, XV əsr); Üştə ötedür çəkmə dəxi dil-nigerani (Kişvəri, XV əsr) [ParttMOB, 214],

XV əsrdən sonra indiki zamanın bu şəkli ədəbi dildə öz yerini oğuz tipli indiki zaman şəkilçilərinə verərək meydandan çıxmışdır. Müasir dialekt və şivələrimizdə isə bu şəkilçinin ancaq I və III şəxsdə işlənən -a, -d, -9, -d (I şəxs), -a-dt, -z-di, -a-du, -s-dü (III şəxs) forma­larına təsadüf edilir. İndiki zamanın analitik tipinə (-a, -ə tutur) türk dillərinə aid qədim yazılı abidələrdə də rast gəlmək mümkündür. M.Kaşğaride bunu aşağıdakı şeirdə görmək mümkündür:

Etil suyı aka turur

Kaya tübi kaka turur

Balık telim baka tutur

Könlünğ taki küşerür [MK, I, 73-5-6].

Müasir qıpçaq tipli türk dillərinin bir qismində indiki zaman a-tır, a-dır, -a-ad // a-d // -a-at şəklində bütün şəxslərdə özünü göstərdiyi halda, bir qismində də ancaq III şəxsdə özünü göstərir.

Qaraqalpaq dilində


  1. ş. bar-a-tır-man

  2. ş. bar-a-tır-sam

  3. ş. bar-a-tır

Altay dilində

  1. ş. bar-a-dır-ım // bar-a-ad-ım // br-a-d-ım

  2. ş. bar-a-dır-ım, // br-a-ad-ım // br-a-d-ın

  3. ş. bar-a-dır-ı //bar-a-at//br-a-at [EacxaKOB, “Chc.”, 286-287]

Özbək dilində

İndiki zamanın təsrifi 219

(Q) 224


  1. ş. ükietir ükietirlar [Kohohob, “Yıö.”, 167]

Noqay dilində baradı // baradır [EacxaKOB, “Hər.”, 95], türkmən dialektlerində aladı, alade, albdbr, aladbr, aladu [flonejıyeBCKHH, 50].

Oğuz tipli indiki zaman şəkilçiləri dialekt və şivələrimizdə olduqca müxtəlifdir,



  1. Ədəbi dildə olduğu kimi, ümumxalq dili xarakteri daşıyan indiki zaman şəkilçiləri -ır, -ir, -ur, -ur (B., Ş., Mər., İsm., Qar., Muğ., G., A., İr., Şe., Z., Qax, Nax., Şah., Şər., Cul., Ord. və s.) şəkilçiləri, Qarabağ, Gəncə, İrəvan, Şəki, Naxçıvan, Ordubad dialektlərində və Zaqatala-Qax, Ağdam, Şahbuz, Şərur, Culfa şivələrində dörd variantda, Bakı, Şamaxı dialektlərində və Mərəzə, İsmayıllı, Muğan şivələrində isə iki variantda -ır, -ir özünü gösterirI.

Bəzi dialekt və şivələrimizdə -ır, -ir, -ur, -ür şəkilçiləri indiki zamanla bərabər qeyri-qeti gələcəyi də ifadə edir.

(Naxçıvan və Cənubi Azərbaycan dialektləri)

t
tanınx

tamrsız


ş.
tanıram II ş. tanırsan III ş. tanır tanır(lar)


İndiki zamanın təsrifi 219

(Q) 224


III ş. axır oxır(lar)

- Mən onu tanıram (indiki zaman); - Men onu görsəm tanıram (qeyri-qəti gələcək zaman); - Mən oxıram (indiki zaman); - Mən sabah oxıram (qeyri-qəti gələcək zaman).

İndiki zaman şəkilçisinin bu ikilik xüsusiyyətini ədəbi dilimizin tari­xinə müraciət etdikdə də görə bilirik. XTV-XVHI əsr ədəbi dili material­lardan gətirilən bir çox misallar göstərir ki, -ır, -ir, -ur, -ür şəkilçiləri qeyri-qəti gələcəyi bildirmək üçün geniş dairədə işlənmişdir, məs.:

Şərh əgər etsəm, cəmalin dəftərindən bir vərəq,

Hər sözüm min fes) olur, hər fəsil yüz min bablər,

(Nəsimi, XIV əsr)



Sancılır kiprikleri könlümə sorsam ləlini.

(Kişvəri, XV əsr)

Əger bu müsəlmanları islam yolincə yerə göməsüz bu bəladan rədd olursuz və illa cümlevüz həlak olursuz (“Dərbendnamə”, XVII əsr).

Al geyinib çıxsan gülşən seyrinə,

Yığılır başına gülhr dolanır.

(Vaqif, XVIII əsr) [ParHMOB, 225].

Müasir ədəbi dildə isə -ır, -ir, -ur, ür şəkilçiləri ancaq indiki zamanı ifadə edir. Bir sıra türk dillərində də -ır, -ir, -ur, -ür şəkilçiləri ancaq qeyri-qəti gələcəyi ifadə edir. Müasir türk dilində qeyri-qəti gələcək həm -ar, -er, -r, həm də -ır, -ir, -ur, -ür şəkilçiləri ilə ifadə olunur; məs.: yazar, çalışır, okur, gösterir [Kohohob, “Typ.”, 130-131].

Bu xüsusiyyəti qumuq dilində də görə bilirik; məs.: alar, barar, berer, qeler, alır, barır, berir, qelir s. [ÜMHTpHeB, “KyM.”, 98].



  1. Qazax dialektində işlənən indiki zaman şəkilçiləridir ki, üç variant­da özünü göstərir: -er//-er, -ör//-or, -or//-ör.

Oğuz tipli türk dillərindən -er şəkilçisini özündə saxlayan qaqauz dilidir. Moşkova görə, qaqauz dilində indiki zamanın ilri şəkilçisi vardır: 1) ior (yor); 2) er (er): oiner (oyner), ojnaipr (oynayor) [Kowalski, 1007].

-or şəkilçisinə isə bir sıra türk dialektlərində rast gələ bilirik. Fərq yalnız burasındadır ki, qazax dialektində bu şəkilçi arxasıra dodaq sait­lərindən sonra gəlirsə, türk dialektlərində bu şəkilçi bütün hallarda özünü gösterir; məs.: gelorum, gelorsun, gelor, geloruk, gelorsun,uz, gelorlar [Gaz. I, 156],

  1. Şəki, Zaqatala-Qax, Ordubad və Cənubi Azərbaycanın bəzi şivə­lərində indiki zaman -iy şəkilçisi ilə de ifadə edilir, Ordubadın bəzi kənd şivələrində bu şəkilçi ahəng qanununa tabe olaraq iki variantda (-ry, -iy), Zaqatala-Qax şivəsində dörd variantda (-ry, -iy, -uy, -üy), Şəki dia­lektində və Cənubi Azərbaycan dialektlərində isə bir variantda (-jy) özünü göstərir, -iy şəkilçisinə bəzi türk dialektlərində də rast gəlmək mümkündür. Urfa dialektində kolıyam, kolısan, korjjıy, korlyyıh, korhısız, korküar [Urfa, 49-50]; Gaziantep dialektində geliym, geliyn // gelisin, geliy, geliyk, geliysinjz //geliysez, geliyler [Gaz, I, 156].

  2. Ayrım şivəsində, Muğan, Ordubad və Cənubi Azərbaycanın bezi şivələrində indiki zamanı ifadə etmək üçün -ey şəkilçisi də işlənir. Bu şəkilçi aynm dialektində üç varianta (-ey, -oy, -öy), Biləsuvar, Ordu­bad və Cənubi Azərbaycan dialektlərində isə bir variantda özünü gösterir.

Bu şəkilçiyə türk dialektlərindən sayılan Adakala adasının dia­lektində de rast gəlmək mümkündür [Kowalski, 1007].

  1. Cəlilabad rayonu Xanəgah, Gülməmmədli kənd şivələrində indiki zamanı ifadə etmək üçün -ay şəkilçisindən də istifadə olunur. Lakin bu şəkilçiyə II və III şəxslərdə təsadüf edilir. Bu şəkilçinin Adakala türk dialektlərində də işləndiyini Kovalski qeyd edir [Kowalski, 1007].

  2. Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Hallavar kənd şivəsində indiki zaman -ı-yo, -i-yö şəkilçiləri ilə de ifadə olunur; məs.: alıyo, gəliyo və s.

Anadolu türk dialektlerinin bir çoxunda (xüsusən cənub və qərb dia­lektlərində) indiki zamanı bildirmək üçün -yo şəkilçisi işlənir [Kowalski, 1007]. Fərq yalnız burasındadır ki, Hallavar kənd şivəsində bu şəkilçi ahəng qanununa tabe edilərək iki variantda işlənirsə, türk dialektlərində bir variantda özünü göstərir; məs.: geliyom, ge!iyonv geliyo, geliyor, geliyon,uz, geliyolar [Gaz. I, 156].

  1. -ı, -i, -u, -İL İndiki zamanın ən qədim şəkli, yəni formaca feli bağlama, lakin indiki zaman yerində işlənən bu şəkilçilərə Bakı, Şamaxı, Xanlar, Göyçay, Cəbrayıl, Tovuz, Lənkəran rayonunun bezi kənd şivə­lərində təsadüf edilir; məs.: alu, gəlü, duru, kətiri, oh, bili və s.


Yüklə 79,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin