1
Mövzu 1. Statistika elmi haqqında anlayış, onun predmeti
və statistik fəaliyyətin təşkili
Plan:
1.Statistika elmi haqqında anlayış.
2. Statistika elminin tarixi haqda
3. Statistikanın predmeti
4. Azərbaycan Respublikasında statistik fəaliyyətin təşkili
I. Müasir iqtisadi şəraitdə sosial və iqtisadi hadisələrin mövcud vəziyyətinin və inkişaf qanunauyğun-
luqlarının öyrənilməsində statistika mühüm, əhəmiyyətli vasitələrdən hesab olunur. Hal-hazırda yaşadığı-
mız həyatı statistikasız təsəvvür etmək mümkün deyil. Əsrlərlə davam edən mövcudluğu iqtisadi inki-
şafın faktiki vəziyətinin “güzgüsü” rolunda çıxış etməsi ilə səciyyələnən statistika cəmiyyətdə baş verən
sosial və iqtisadi hadisə və proseslərin hər biri üzrə sistemli informasiyanı təqdim edən vasitəyə çevril-
mişdir. Statistika həm təbiət hadisələrini, həm də insanların fəaliyyətinin bütün istiqamətlərini özünün
uyğun göstəricilər sistemi vasitəsilə xarakterizə edir. Statistik məlumatlar bu elmin öz dili hesab olunan
və "rəqəm dili" adını daşıyan bir dildə informasiya istehlakçılarına təqdim olunur.
Müasir bazar münasibətləri şəraitində statistikadan istifadənin əhəmiyyəti daha da artmışdır. Müasir
dövrdə “statistika” termininin çoxmənalı şəkildə istifadəsinə rast gəlinir. Məsələn, əksər hallarda statisti-
ka külliyyatlarında və dövrü olaraq mətbuatda dərc edilən məlumatlar statistika adlandırılır. Hər birimizin
müntəzəm olaraq KİV-lər vasitəsilə əldə etdiyimiz həm öz özümüzün, həm də xarici ölkələrin və ümumi-
likdə daha geniş beynəlxalq miqyasların iqtisadi inkişafı, sosial vəziyyət və sosial inkişafın vəziyyəti (do-
ğulanlar və ölənlər, evlənənlər və boşananlar, məşğuliyyəti olanlar və işsizlər, əhalinin gəlir və xərcləri,
orta aylıq əmək haqqı və s.), aparıcı maddi-istehsal sahələrində istehsalın həcminin, inflyasiyanın səviy-
yəsinin vəziyyəti qeyd olunan məlumatlardan hesab olunur. Ölkəmizin ayrı-ayrı inzibatı-ərazi, istehsal
vahidləri üzrə toplanmış məlumatlar son nəticədə Azərbaycan Respublikası Dövlət Statistika Komitə-
sində (Dövlətstatkom) qruplaşdırılır, ümumiləşdirilir və yekunlaşdırılır.
Qeyd olunanlarla bərabər, statistika özünün predmetinə və tədqiqat metodlarına malik müstəqil və
mühüm bir elmdir. Müxtəlif tədqiqat mənbələrindən aydın olmuşdur ki, statistika sözünün ilkin olaraq
əmələ gəlməsi fərqli şərh edilir. Bir qrup alimlərin fikrincə, statistika latın sözü “status”-dan əmələ gəl-
miş, mənası isə hadisələrin vəziyyətinin öyrənilməsi kimi şərh edilmişdir. Digər qrup onun italyan sözü
“stato”-dan (mənası-dövlət) kökünü götürdüyünü bildirir. Statistika XIX əsrin iqtisadçı-filosoflarının
fikrincə “hesab, hesaba alma” mənasında başa düşülmüşdür.
“Statistika” terminindən ilk dəfə 1746-cı ildə alman alimi Qotfrid Axenval istifadə etsədə, onun sta-
tistikanın məzmunu, predmeti və vəzifələri haqqında baxışları müasir statistika elmi-nə olan baxışlardan
əsaslı fərqlənirdi. Alman təsviri məktəbin-dən 100 il qabaq əmələ gəlmiş ingilis siyasi hesab məktəbinin
statistikaya baxışları müasir statistika elminə olan baxışlara da-ha yaxın olmuşdur. Həmin dövrdə ingilis
“Siyasi hesab” məktəbinin yaradıcıları görkəmli ingilis alimləri Vilyam Petti (1623-1687) və Con Qraunt
(1620-1674) olmuşdur. Vilyam Pettinin düşüncə və baxışları müasir statistikanı sistemləşdirməyə və elmi
meydanlara çıxarmağa imkan vermişdir. O, “cəmiyyət – iqtisadiyyat” qarşılılqlı əlaqələrində qanun və
qa-nunauyğunluq anlayışlarını müəyyən etmiş, statistik məcmu, məcmu vahidi haqda fikirləri daha
təkmil sə-viyyədə formalaşdırmış, kəmiyyətlər sistemindən kompleks (qarşılıqlı) şəkildə istifadənin
mümkünlüyünü və məqsədəmüvafiqliyini irəli sürmüşdür. Heç də təsadüfi deyil ki, V.Petti kapitalist
istehsal üsulunun tədqiqatçıları tərəfindən “statistikanın yaradıcısı” kimi qəbul edilirdi.
Statistikanın əmələ gəlməsi həmçinin dövlətin yaranması və inkişafı ilə sıx əlaqədar olmuşdur. Statis-
tika təcrübəsinin inkişafının umumiləşdirilməsi nəticəsində statistika elmi yaranmışdır. Statistikanın tari-
xi formalaşması uzun və mürəkkəb olmuşdur. Onun yaranmasının kökündə təsərrüfat uçotunun yaran-
ması durur, təsərrüfat uçotunun yaranması isə qədim dövrə mənsubdur. Müvafiq uçot əsasında əldə edi-
lən maksimum məlumat olmadan dövlətin fəaliyyətini həyata keçirmək mümkün deyildir.
II.Statistika qədim köklərə malik bir elm sahəsidir. O, insan cəmiyyətinin ehtiyacından irəli gələn sta-
tistikanın inkişaf təcrübəsinin ümumiləşdirilməsi nəticəsində əmələ gəlmişdir. Statistikanın yaranması və
inkişafı ictimai təlabatdan: əhalinin, torpaq sahələrinin, mal-qaranın, əmlakın və s. uçota alınması eh-
tiyacı ilə əlaqədar olmuşdur. Belə məlumatlar Çində e.ə. XXIII əsrdə toplanılmışdır. Qədim Romada azad
vətəndaşların və onların əmlaklarının senzləri (uçotu) aparılmışdır. Cəmiyyətin inkişafı, beynəlxalq əm-
2
təə-pul münasibətlərinin, daxili və xarici ticarətin inkişafı statistika informasiyasının əhəmiyyətli dərəcə-
də artmasını tələb etdi. Bunlar öz növbəsində statistikanın fəaliyyət dairəsini daha da genişləndirdi, onun
metodologiyasının əhəmiyyətli dərəcədə təkmilləşməsinə səbəb oldu. IX əsrin axırlarında ilk uçot əmə-
liyyatları aparılmağa başlandı. Bu dövrlərdə sosial-iqtisadi hadisələr haqqında məlumat toplanması əsa-
sən hərbi va maliyyə məsələlərilə əlaqədar təşkil olunurdu.
Statistika məlumatlarının eramızdan xeyli əvvəl toplanmasına baxmayaraq, onların işlənilməsi va
təhlilinə XVII əsrin ikinci yarısında təsadüf olunur. Həmin dövrdə alman alimi Q.Axenval ilk dəfə elmə
statistika sözünü daxil etmişdir. O, 1746-ci ildə əvvəlcə Marburq Universitetində, sonra isə Gettinq
Universitetində yeni fənn tədris etməyə başladı və həmin fənni statistika adlandırdı. Lakin bu elmin nə
predmeti, nə də metodu dəqiq müəyyən edilmədi. Bu məktəbin nümayəndələri əsasən təsviri informasiya
materialları toplayır, ancaq toplanmış məlumatlar təhlilsiz qalırdı. Bir qədər sonra Gettinq Universitetinin
professoru A.Şletser (1736-1809) “təsviri məktəbin nümayəndələrinin statistikada ancaq dövlətin siyasi
quruluşunu təsvir etməlidir” baxışlarını rədd edərək göstərdi ki, statistikanın predmeti bütün cəmiyyətdir.
Müasir statistika baxışlarına daha yaxın ingilis siyasi hesab məktəbi olmuşdur. "Siyasi hesab" məktə-
binin əsası D.Qraunt, E.Qalley və V. Petti tərəfindən qoyulmuşdur. İngilis alimlərinin əsərlərində iki
istiqamət: həyatın sığortası ilə məşğul olan demoqrafıya məsələləri va iqtisadi məsələlərlə məşğul olan
statistika istiqaməti özünü aydın biruzə vermişdir. Bu istiqamətlərdən birincisi (demoqrafiya) D.Qrauntun
və E.Qalleyin əsərlərində, ikinci istiqamət (statistika) V.Pettinin əsərlərində özunə geniş yer tapmışdır.
V.Petti statistika üzrə bir neçə elmi iş nəşr etdirmişdir. Bu əsərlərdə o, sosial-iqtisadi hadisələri xarakte-
rizə etmək üçün rəqəm dilindən istifadə olunmasını məqsədəuyğun hesab etmişdir. O, özünün “Siyasi he-
sab” əsərində faktları ümumiləşdirmək və təhlil etmək yolu ilə cəmiyyətin vəziyyətini və inkişafını
rəqəmlərlə xarakterizə edə və kütləvi məlumatlarda ictimai hadisələrin inkişaf qanunauyğunluqlarını gös-
tərə bilmişdir.
Statistika bir elm kimi XIX əsrin I yarısında daha sürətlə inkişaf etməyə başlamışdır. Buna kapitalist
istehsal münasibətinin, azad rəqabətin inkişafı səbəb olmuşdur. Statistika elminin riyazi istiqamətinin in-
kişafında Belçika statistiki A.Ketlenin xüsusi xidməti olmuşdur. Ketle statistikanı “sosial fizika” adlan-
dırmışdır. Onun fikrincə, statistika kəmiyyət metodları ilə ictimai sistemlərin qanunlarını öyrənir. Ket-
lenin “orta adam” nəzəriyyəsi kütləvi məlumatlarda qanunauyğunluqların müəyyənləşdirilməsinə yö-
nəldilmişdir. Statistikada riyazi istiqamət XIX və XX əsrlərdə F. Qaitonun, K.Pirsonun, V.Qossetin,
R.Fişerin, M.Mitçelanın əsərlərində daha da inkişaf etdirilmişdir.
Statistikanın təcrübəsinin və elminin inkişafında rus statistiklərinin böyük xidmətləri olmuşdur. I Pyotr
dövründə İ.K.Kirilovun, B.H.Tatişevin, M.V.Lomonosovun, İ.İ.Qoliqovun, M.İ. Çulkovun və digərləri-
nin əsərlərində statistika təsviri elm kimi şərh edilmişdir. XIX əsrin II yarısından Rusiyada statistika bir
elm kimi siyasi hesab məktəbinin nümayəndələrinin əsərlərində şərh olunmuşdur, yəni onlar ictimai hadi-
sələri öyrənərkən ölçü, çəki və rəqəmdən istifadə etmişlər. Rus statistikasında siyasi hesab məktəbinin
əsas nümayəndələri sırasına D.Bernulli, İ.German, V.Poroşin, İ.Sreznevski, K.Arsenyevvə s. daxildir. Bu
dövrdə statistikanın ümumi nəzəriyyəsi üzrə sanballı işlər nəşr olunur (məs: Germanın “Statistikanın
ümumi nəzəriyyəsi”, D.Juravskinin “Statistika məlumatlarının mənbəyi və istifadəsi haqqında” və s.).
Statistikanın inkişaf tarixində (xüsusilə XIX əsr) Rusiya statistiklərinin xüsusi rolu olmuşdur. Bu mək-
təbin görkəmli nümayəndələrindən A.İ. Çuprovu, A.A.Çuprovu, E.Y.Yansonu və s. göstərmək olar. Ru-
siyada statistikanın riyazi istiqamətinin inkişafında rus riyaziyyatçıları P.Çebışevin, A.Markovun, A.
Lyapunovun əsərləri mühüm rol oynamışdır. Keçmiş sovet məkanında statistikanın tarixi elmi təcrübəsi
V.Xotinski, V.Nemçinov, V. Staroyski, A.Boyarski, B.Yastremski və d. alimlərin əsərlərində ümumiləş-
dirilmiş və daha da inkişaf etdirilmişdir.
Tarixi yanaşma müəyyən edir ki, statistikanın təşəkkülü və təkamülü keçmiş dövrlərdə əsasən inkişaf
etmiş ölkələrdə mümkün olmuşdur.
Hal-hazırda müstəqillik əldə etmiş respublikamızda statistika metodologiyasının təkmilləşdirilməsi,
beynəlxalq təcrübədə qəbul edilmiş və bazar iqtisadiyyatının inkişaf tələblərinə uyğun uçot və statistika
sisteminə keçmək sahəsində böyük işlər həyata keçirilməkdədir. Nəzəriyyəçi-alimlər tərəfindən statis-
tikanın müasir vəziyyəti haqda fikirlərin formalaşdırılması müasir inkişaf mərhələsində ölkəmizdə də
qeyd olunan istiqamətdə görülən işlərin səviyyəsinin yüksəldilməsi ilə müşayət olunur. Belə ki, statistika
sahəsində iqtisadçı-alimlərdən S.Hacıyevin, S.Yaqubovun, O.Məmmədlinin, M.İsmayılovun, M.Bağıro-
vun, F.İsmayılovun, A.Məmmədovun və başqalarının əsərləri müvafiq istiqamətdə ölkədə potensalın
3
yüksəldilməsi ilə yanaşı, zəruri elmi əsasların formalaşmasına və onlardan təcrübədə istifadəyə geniş
şərait yaratmaqdadır.
III. Statistika uzun inkişaf tarixinə malik olan, elmlər sistemində mühüm yer tutan, özünəməxsus
predmet və tədqiqat metodlarına malik olan bir elm sahəsidir. Eyni zamanda o, içtimai elmlər qrupuna
daxildir. Təbiət və cəmiyyətdə baş verən bütün ictimai-kütləvi hadisələr bu elmin tədqiqat obyektləri he-
sab olunur. Onun predmetinin əsas xüsusiyyəti- həyatda baş verən kütləvi sosial-iqtisadi hadisələrin
kəmiyyət tərəflərini (keyfiyyət tərəfləri nəzərə alınmaqla) və onların inkişaf qanunauyğunluqlarını tədqiq
etməkdir. Statistika elminin birinci mühüm xüsüsiyyəti ondan ibarətdir ki, o ayrı-ayrı faktları deyil, küt-
ləvi, irimiqyaslı hadisə və prosesləri tədqiq edir. Belə təsərrüfat uçotunun növləri arasında miqyas etibarı
ilə bölgüdə statistik uçotun əhatəsi daha geniş nəzərdə tutularaq eyni növ faktların, hadisələrin və pro-
seslərin bir tədqiqat məcmusunda toplanılmasına, onların müəyyənləşdirici əlamətlər əsasında sistemləş-
dirilməsinə şərait yaradılmışdır.
Statistika tədqiqatının mühüm vəzifələrindən və fəaliyyət qaydalarından biri də umumiləşdirici gös-
təriciləri almaqdan və ictimai-kütləvi hadisələrdə baş verən qanunauyğunluqları konkret məkan və zaman
şəraitində tədqiq etməkdir. Məhs bu əsasda statistika hər hansı hadısənin harada və nə zaman baş verməsi
haqda məlumatları formalaşdırır. Bu həm sosial, həm də iqtisadi yönümlü hadisə və proseslərə şamil edi-
lə bilər.
Statistika sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfini konkret məkan və zaman şəraitində öyrənir.
Statistika elminin digər xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o ictimai hadisələrin kəmiyyət nis-
bətlərini də öyrənir.
Statistika elmində rəqəmlər sadə deyil, adlı, müəyyən məkan və vaxta aid olurlar, həmçinin sosial-iqti-
sadi hadisələrin zaman ifadəsi nəzərə alınmaqla səviyyələrini xarakterizə edirlər. Bu mənada statistika
riyaziyyatdan tamamilə fərqlənir. Statistika tərəfindən müəyyənləşdirilən kəmiyyət xarakteristikası məc-
munun bütün vahidləri üçün qeydə alınmış birdəfəlik və dəyişməz deyildir, onlar bir məcmu vahidindən
digər məcmu vahidinə doğru məkan və zamanda dəyişirlər. Mövcud sosial-iqtisadi hadisələrin variasiya-
sının qarşısını almaq mümkün deyildir və onların variasiyası statistika elminin labüdlüyünün mühüm şər-
tidir. Əlamətin variasiyası dedikdə statistika məcmusunun ayrı-ayrı vahidlərinin bir-birindən fərqlənməsi
başa düşülür. İstənilən sosial-iqtisadi hadisənin kəmiyyət xarakterizəsi statistikada müəyyən raqəmlərlə
ifadə edilır və həmin rəqəm statistika göstəricisi adlanır. Mürəkkəb hadisələri hərtərəfli əks etdirən gös-
təricilər məcmusu göstəricilər sistemini təşkil edir. Qeyd etmək lazımdır ki, statistik məcmunun hərtərəfli
xarakterizə edilməsində mütləq göstəricilərlə yanaşı, araşdırma obyektindən və formasından asılı olaraq
nisbi və orta kəmiyyətlər də istifadə olunmalıdır. Qeyd olunanlarla bərabər, statistika sosial-iqtisadi hadi-
sələrin quruluşunu da xarakterizə edir. Kütləvi sosial-iqtisadi hadisələrin quruluşu təhlil edilərkən onların
tərkib hissələri aşkar olunur, sonra isə bu tərkib hissələrin tamla və özləri arasında müqayisəsi təşkil
olunur.
Sosial və iqtisadi hadisələrin müəyyən məkanda dəyişilməsi onların quruluşunun təhlili vasitəsilə aş-
kar edilir. Hadisələrin səviyyə və quruluşunun dəyişilməsi dinamikada tədqiq olunur. Həyatda baş verən
hadisə və proseslərin dinamikada təhlilinə onların müəyyən vaxt momentinə, yaxud zaman kəsiklərində
səviyyələrinin, həcminin və orta səviyyələrinin müəyyən edilməsi, dəyişilməsinin kəmiyyətinin və sürəti-
nin, onların əsas meylinin müəyyənləşdirilməsi və qanunauyğunlularının aşkar edilməsi, statistik proq-
nozların verilməsi daxildir. Baş verən hadisələr və onların əlamətləri qarşılıqlı əlaqə və asılılıqdadır, yəni
onların birinin dəyişilməsi digərinin dəyişilməsinə səbəb olur.
Ümumiləşdirilmiş şəkildə statistika elminə aşağıdakı tərifi vermək olar: statistika ictimai elmlərdən
biri olub, baş verən kütləvi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfini, onların keyfiyyət tərəfi nəzərə
alınmaqla, özünün çoxsaylı göstəricilər sistemi vasitəsilə, müəyyən məkan və zaman daxilində öyrənən
bir elmdir.
IV. Hər bir ölkə və ya iqtisadi-inzibati rayonları haqqında müfəssəl informasiyanın əldə edilməsi sa-
həsində onun icra-inzibati və digər orqanları mühüm rol oynayır. Qeyd olunan sahədə ölkəmizin statisti-
ka orqanlarının payına böyük vəzifələr düşür. Ölkədaxili və beynəlxalq kəmiyyət informasiyasının təq-
dim edəni və qəbuledicisi hesab olunan bu təşkilat geniş və mərkəzləşdirilmiş fəaliyyət mexanizminə,
çoxşaxəli məlumat toplama istiqamətlərinə, əldə olunmuş materialların müxtəlif emal, ümumiləşdirmə və
yekunlaşdırma alətlərinə malikdir. Ölkəmizdə statistik fəaliyyətin təşkili ilk növbədə onun prinsipləri ilə
əlaqələndirilməlidir ki, bunlardan da mühüm olanlarını aşağıdakı kimi sadalamaq olar:
4
respublikamızda bütün təsərrüfat uçotu sisteminin, o cümlədən statistika işlərinə rəhbərliyin ciddi
şəkildə mərkəzləşdirilməsi və vahid şəkildə idarə olunması;
işlərin vahid metodologiyaya əsaslanan metodologiya ilə aparılmasını təmin edəcək mərkəzi statistika
orqanının yaradılması;
mərkəzi və yerli statistika orqanlarının biri-birilə və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin
təmin edilməsi;
əldə olunan və istifadə edilən məlumatların həqiqiliyinə, düzgünlüyünə, obyektivliyinə tamlığına və
dizər şərtlərinə nəzarətin təmin edilməsi və s.
Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik bazasını əsas tutaraq fəaliyyət göstərən
statistika orqanları cəmiyyətdə baş verən bütün ictimai-kütləvi hadisə və proseslər haqqında informa-
siyaya malik olmalı və onun məqsədyönlü mübadiləsində iştirak etməlidirlər.
Beynəlxalq təcrübədə statistikanın təşkilinin iki forması istifadə olunmaqdadır: mərkəzləşdirilmiş və
qeyri-mərkəzləşdirilmiş. Ölkəmizdə mərkəzləşdirilmiş formanın tətbiqi hələ keçmiş Sovetlər dovründən
baş vermiş, müstəqilik əldə etdikdən sonra isə müvafiq forma saxlanılmaqla onun quruluşunda zamanın
tələbini qarşılayacaq, beynəlxalq statistik standart və qaydalarla uyğunlaşacaq dəyişikliklər edilmiş, tək-
milləşdirmələr aparılmışdır. Bu sahədə hazırlanan və ölkə statistikasını tənzimləyən ilk sistemli hüquqi-
normativ akt Azərbaycan Respublikasının “Statistika haqqında” 18 fevral 1994-cü il 789№-lı Qanunudur
(sonradan həmin qanunun adına dəyişiklik edilmiş və o, Azərbaycan Respublikasının “Rəsmi statistika
haqqında” Qanunu adlandırılmışdır). Qanunvericilik bazasının gücləndirilməsi və müvafiq sahədə fəa-
liyyəti nizamlamaq, onun kompleksliliyini təmin etmək məqsədilə müxtəlif illərdə adı çəkilən Qanuna
əlavə və dəyişikliklər edilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsas-
namə işlənilmiş, bu sahənin ayrı-ayrı istiqamətlərinin fəaliyyətini özündə əks etdirən qanunlar və digər
qanunvericilik aktları (Dövlət Proqramları, Azərbaycan Respublikası Prezidentinin Fərmanları, sərən-
camlar) hazırlanmışdır. Azərbaycanda statistik fəaliyyəti həyata keçirən mərkəzi orqan – Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsidir. O, çoxşaxəli daxili və ərazi strukturlarına malikdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ölkəmiz-də statistika və uçot işlərinə
mərkəzləşdirilmiş rəhbərliyi həyata keçirir, onun vahid elmi metodologiya-sını işləyib hazırlayır, iqtisadi
sahədə fəaliyyət göstərən hökümət orqanları ilə birlikdə (İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi,
Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosi-al İnnovasiyalar üzrə Dövlət
Agentliyi və s.) statistik hesabatların və mühasibat uçotu formalarının tək-milləşdirilməsi sahəsində işlər
aparır, sosial-mədəni, iqtisadi inkişafı əks etdirən kəmiyyət göstəricilərinin toplanması və emalı ilə
məşğul olur.
Ümumiləşdirdiyimiz məsələlər statistik fəaliyyətlə bağlı qarşımızda iki mühüm məsələnin zəruriliyini
göstərir. Bunlardan birincisini öyrənilən, statistikanın öbyekti hesab olunan, sonradan işlənilməli, ümu-
miləşdirilməli və müvafiq səviyyəli yerli və beynəlxalq orqanlara təqdim edilməli, onlarla mübadilə də
istifadə edilməli informasiyanın əldə olunması üçün müvafiq orqanlar nə kimi vəzifələri icra etməkdədir
Hər bir orqanın fəaliyyətinin görünən üzü onun fəaliyyətidir ki, bu da hüquq və səlahiyyətlərlə ya-
naşı, onların üzərinə qoyulmuş vəzifələrlə müəyyənləşir. Bu vəzifələr özü ilə biri-biri ilə əlaqələndirilmiş,
vahid fəaliyyət üzrə ardıcıl qurulan icra istiqamətlərindən ibarətdir. Onlardan mühüm olanlarını aşağıdakı
ardıcıllıqla nəzərdən keçirək: ölkə ərazisində vahid statistika siyasəti yeridir; statistik məlumatların
düzgünlüyünü və obyektivliyini, öl-kədə bazar münasibətlərinin formalaşdırğı şəraitdə onların baş verən
sosial-iqtisadi hadisə və proseslərə tam uyğunluğunu, vaxtında toplanmasını təmin edir; ölkə iqtisadiyya-
tının vəziyyətini səciyyələndirən, elmi cəhətdən əsaslandırılmış statistik məlumatları toplayır, işləyir, təh-
lil edir və hökümətə təqdim edir; beynəlxalq statistik tədqiqatlarda iştirak edir və s.
Statistika – vahid uçot sisteminin tərkib hissəsi kimi. Azərbaycan Respublikasında vahid təsərrüfat
uçotu sistemi yaradılmış və o üç növdən ibarətdir: 1.operativ (operativ-texniki) uçot; 2.mühasibat uçotu;
3.statistik uçot.
Hər bir uçot növünün öz xüsusi vəzifələri vardır və ona xas olan xüsusi metodlardan istifadə edir.
Lakin bütün uçot növləri qarşısında bir ümumi vəzifə durur ki, bu da əmək, istehsal və bölgü ölçüləri
üzərində ümumxalq uçotu və nəzarəti rolunu oy-namaqdan ibarətdir. Uçotun ümumi vəzifəsi
zəhmətkeşlərin xalq təsərrüfatı sahələrində sərf etdiyi əmək məsrəflərini, onla-rın nə istehsal etdiklərini,
əmək məhsulunun necə bölündüyünü və necə istifadə edildiyini hesaba almaqdan ibarətdir.
5
Operativ və mühasibat uçotu məlumatı istehsal prosesinə rəhbərliyi asanlaşdırır, bu prosesin
proqnozlara müvafiq nizam-landırılmasına və istiqamətləndirilməsinə kömək edir, habelə is-tehsal
proqramının yerinə yetirilməsini təmin edən növbəti təd-birlər hazırlamaq üçün baza materialı olur.
Statistika uçot sistemində son mərhələdir. O, mühasibat və operativ uçot məlumatlarından istifadə
edir. Bu məlumat ye-kunlaşdırılır, işlənir və nəticədə bütün xalq təsərrüfatının, onun ayrı-ayrı sahələrinin
artım və inkişafını xarakterizə edən kəmiy-yət göstəriciləri əldə edilir.
Uçot mürəkkəb məsələləri ona görə həll edə bilir ki, onun növlərinin üçü də bir-biri ilə sıx əlaqədə
olur, biri-birini ta-mamlayır və uçot məlumatlarından qarşılıqlı istifadə edir. Mü-hasibat və operativ uçot
məlumatlarından statistikada istifadə et-mək üçün bütün uçot statistika qaydasında təşkil olunmalıdır.
Uçotun statistika qaydasında təşkil olunmasının I şərti- onun xalq təsərrüfatının bütün sahələrində vahid
şəkildə aparılmasından ibarətdir. Bu, uçot məlumatlarını sənaye, kənd təsərrüfatı sahələri və inşaatın
müxtəlif növləri üzrə statistika qaydasında yekunlaşdırmağa imkan verir. II və əhəmiyyətli şərt vahid ilk
sənədlərin tətbiqindən ibarətdir. Bütün uçot növlərinin obyekti (xüsusilə də maddi istehsal sahələrində)
əsas etbarı ilə eyni faktlardan, hadisələrdən yaxud proseslərdən ibarət olduğu üçün onların əsasını vahid
ilk sənədlər təşkil edir. İstehsal yaxud təsərrüfat əməliyyatları əks etdirilən bu sənədlərdə operativ və
mühasibat uçotuna lazım gələn məlumat mövcud olur ki, bu məlumatlardan da statistikada istifadə etmək
mümkündür.
Vahid ilk sənədlər işə çıxma tabellərindən, mədaxil və məxaric orderlərindən, qaimələrdən, iş tapşırıq-
larından, işsiz dayanma və əlavə ödəniş vərəqələrindən və s. sənədlərdən ibarətdir. Statistika qaydasında
təşkil olunmuş uçot müəssisə və təşkilatların fəaliyyətini təhlil etmək və müvafiq təşkilatlara hesabat ver-
mək üçün həm mühasibat uçotuna, həm də operativ uçota lazım olan bir çox statistik göstəriciləri hesab-
lamağa imkan verir. Sənaye müəssisələrində ilk uçot əsasında icmal sənədlərdə və başlıca olaraq hesabla-
malarda müəssisənin rentabelliyini, hazırlanmış məhsulun həcmini, əmək haqqı fondunu, əmək məhsul-
darlığını və s.-ni xarakterizə edən statistika göstəriciləri hesablanır. İri müəssisələrdə statistika işlərini
planlaşdırma və statistika şöbələri, kiçik müəssisə, təşkilat və idarələrdə isə mühasibat şöbələri aparırlar.
Statistikanın digər elmlərlə əlaqəsi. Statistika ilə bir sıra iqtisadi istiqamətlərin qarşılıqlı əlaqələri
mövcuddur. Məsələn, statistika ilə planlaşdırmanın arasındakı əlaqə ondan ibarətdir ki, ictimai hadisə və
proseslərin xarakterizə olunması üçün onlar eyni göstəricilərdən istifadə edirlər. Göstəricilər statistika və
planlaşdırmada ayrı-ayrı hadisələrin kəmiyyət xarakteristikasını göstərən ədədlərə deyilir. Bu ədədlər sta-
tistikanın müəyyənləşdirdiyi ciddi qaydalar üzrə hesablanır. Göstəricilərin məzmunu hadisənin məhs ne-
cə və hansı tərəfdən xarakterizə olunduğunu əks etdirir. Məsələn, “ümumi məhsul” göstəricisi müəssisə-
nin işinin son nəticəsini təşkil edən məhsulu pul ifadəsində xarakterizə edir. Statistikanın vəzifəsi maddi
istehsal sahələrində gedən hadisə və prosesləri öyrənməklə yanaşı, həm də digər həyat hadisələrini, mə-
sələn, elm, səhiyyə və s. sahələrdə gedən hadisələri öyrənməkdən ibarətdir. Ona görə də statistikada nəin-
ki maddi istehsal sahələrinin statistik məlumatlarından istifadə olunur, həm də əhalinin və s.-nin siyahıya-
alma işləri aparılır, məktəblərdə, kitabxanalarda, nəqliyyatda, elmi idarələrdə, səhiyyə, ədliyyə, məişət
xidməti idarələrində, mədəniyyət evlərində, teatrlarda və s.-də görülən işlərin məlumatı yekunlaşdırılir.
İctimai hadisələri xarakterizə etmək üçün statistikada göstəricilər sistemi işlənib hazırlanmışdır. Sta-
tistika göstəricisi anlayışı yuxarıda izah edilmişdir. Məsələn, sənayedəki hadisə və prosesləri xarakterizə
etmək üçün sənaye müəssisələrinin təsər-rüfat fəaliyyətini əks etdirən göstəricilər işlənib hazırlanmışdır.
Xalq təsərrüfatının digər sahələrində, məsələn, kənd təsərrüfatında, nəqliyyatda, rabitədə, ticarətdə, icti-
mai iaşədə və s. müəssisələrin vəziyyətini və inkişafını xarakterizə edən göstəricilər işlənib hazırlanmış-
dır. Xalq təsərrüfatının müxtəlif sahələri bir-birilə sıx bağlıdır, ona görə də hər bir sahəni xarakterizə
edən statistika göstəriciləri də qarşılıqlı əlaqəli, vahid ümumi xalq təsərrüfatı göstəriciləri sistemində
birləşdirilir.
Mövzu 2. Statistika elminin nəzəri-metodoloji əsasları və vəzifələri
Dostları ilə paylaş: |