Müəssi-
Cəmi
O cümlədən
onlardan təhsili olanlar
31
sələr
işçi
heyəti,
nəfər
m
ü
h
ə
n
d
is
-te
x
n
ik
i
iş
ç
il
ə
r
q
u
ll
u
q
ç
u
la
r
fə
h
lə
lə
r
id
a
r
ə
h
e
y
ə
ti
a
li
o
r
ta
i
x
ti
sa
s
ü
m
u
m
i
o
r
ta
p
e
şə
-te
x
n
ik
i
ib
ti
d
a
i
A
1
2
3
4
5
6
7
8
9
10
I müəssisə
II müəssisə
III müəssisə
və s.
Yekun
Xəbəri mürəkkəb işlənilən cədvəldə göstəricilərin tərkib hissələrinin tərkibində yarımqruplara bölüş-
dürülmə baş verir. Xəbəri mürəkkəb işlənilən cədvəl sosial-iqtisadi hadisələri daha ətraflı xarakterizə et-
məyə imkan verir. Cədvəl 6-ı əsas götürməklə mürəkkəb xəbərli cədvəli hazırlamaq mümkündür.
Cədvəl 6.İşçi heyyətinin kateqoriyalari və təhsil səviyyəsi üzrə tərkibi.
Müəssi-
sələr
C
ə
m
i
i
şç
i
h
e
y
ə
ti
,
n
ə
fə
r
O cümlədən
mühəndis-texniki işçilər
qulluqçular
fəhlələr
a
li
ü
m
u
m
i
o
r
ta
ib
ti
d
a
i
p
e
şə
-te
x
n
ik
i
c
ə
m
i
a
li
ü
m
u
m
i
o
r
ta
ib
ti
d
a
i
p
e
şə
-te
x
n
ik
i
c
ə
m
i
a
li
ü
m
u
m
i
o
r
ta
ib
ti
d
a
i
p
e
şə
-te
x
n
ik
i
c
ə
m
i
A
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15 16
I müəs.
II müəs.
III müəs.
və s.
Yekun
Cədvəlin xəbərinin həddindən artıq xırdalanması onun əyanilik xarakterinin itirilməsinə və hadisənin təh-
lilini çətinləşməsinə gətirib çıxarır.
II.Statistik informasiya qruplaşdırıldıqdan və ümumiləşdirildikdən sonra cədvəllərlə yanaşı onun əyani
ifadə formalarından biri kimi də qrafiklər çıxış edir. Qrafiklər cəmiyyətdə baş verən hadisə və proseslərin
hərtərəfli araşdırılmasında mühüm rol oynayır. İqtisadi-statistik araşdırmalarda qrafik üsuldan ilk dəfə
1780-ci ildə istifadə edildiyi halda, onun elmi izahı 1786-cı ilə təsadüf edir. Belə ki, ilk dəfə ingilis
iqtisadçısı U.Pleyferin “Kommersiya və siyasi atlas” əsərində sistemli şəkildə qrafiklərin düzəldilməsi
texnikasından bəhs olunmuşdur ki, bu da öz növbəsində statistik araşdırmalarda qrafik usuldan kompleks
istifadənin əsasını qoymuşdur. Sonrakı köklü inkişaf addımları bu sahə üzrə 1857-ci ildə Vyanada
keçirilən III, 1869-cu ildə Haaqada keçirilən VII, 1872-ci ildə Peterburqda keçirilən VIII beynəlxalq kon-
qresslərdə atılmışdır.
Sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfləri haqda məluma-tın və onların nisbətlərinin nöqtələr, xəttlər,
şərti həndəsi fiqurlar, işarələr və şəkillər vasitəsilə təsvirinə statistikada qrafiklər deyilir. Onların köməyi
ilə həmin hadisələrin inkişafındakı qa-nunauyğunluqları asanlıqla aşkar etmək və onları əyani şəkildə
təsvir etmək mümkün olur. Statistik məlumatın başa düşülə biləcək şəkildə əhaliyə çatdırılmasında da
qrafiklərin rolu boyükdür. Cədvəllər kimi, qrafiklər də statistika materiallarının sistemləşdirilməsində
mühüm vasitə hesab olunur. Onlar cədvəllərdə verilmiş və statistik müşahidənin nəticələrinin mənasını
düzgün başa düşməkdə xüsusi əhəmiyyətə malikdir. Statistika qrafiklərindən öyrənilən statistik məcmu-
nun tərkibinin, quruluşunun və quruluş dəyişikliklərinin xarakterizə edilməsi, vaxt etibarilə hadisənin
inkişafinın xarakterizə edilməsi, tapşırıqların yerinə yetirilmə dərəcəsinin göstərilməsi, müxtəlif obyekt-
ləri bir-birilə müqayisə edilməsi, sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqə-
lərin öyrənilməsi, bu və ya digər hadisənin məkanca paylanmasının göstərilməsi və s. məsələrin
müəyyənləşdirilməsi üçün istifadə edilir. Statistika qrafiklərinin əsas elementlərinə qrafik sahəsi, həndəsi
işarələr, sahə orientasiyaları, miqyas orientasiyaları, qrafikin izahı daxildir.
Statistik məlumatın təsviri üçün istifadə edilən qrafikləri iki qrupa- diaqramlara və statistika xəritələrinə
ayırmaq olar. Qrafiklərin ən geniş yayılmış növü diaqramlardır. Statistika məlumatının həndəsi fiqurlar
sisteminin köməyi ilə təsvirinə diaqram deyilir.
32
Sütunlu (lentvari) diaqramlar. Sütunlu diaqramlar qrafiklə təsvirin ən sadə, ən əyani formasıdır və
təcrübədə geniş istifadə olunur. Bu diaqramları qurmaq üçün düzbucaqlı koordinat sistemindən istifadə
edilir. Adətən məkan və dövrlər absis oxunda, müəyyən miqyas əsasında hadisələrin vaxt hesabı ilə dəyi-
şilməsini xarakterizə edən kəmiyyət göstəriciləri isə ordinat oxunda yerləşdirilir. Düzbucaqlı sütunlar
şaquli şəkildə yerləşərsə sütunlu dıaqram, üfüqi şəkildə yerləşərsə lentvari diaqram adlanır. Ordinat
oxunun uzunlugu göstəricinin maksımum qıymətinə bərabər götürülmüş miqyasa uyğun olmalıdır.
Miqyas müəyyən edıldıkdən sonra ordinat oxu üzərində şkala qurulur.
Sütunlu diaqramların növlərindən birini zolaqlı diaqramlar təşkil edir, onları digər diaqramlardan
fərqləndirən əsas cəhət ondan ibarətdir ki, əyani təsvirdə mübtəda kimi qəbul edilən obyektin zaman
ifadəsi ordinat oxu vasitəsi ilə ifadə olunur, verilən zolaqların uzuluğu isə müvafiq dövrdə obyektin
inkişaf vəziyyətini xarakterizə edir.Sütunlu diaqramda eyni vaxtda bır neçə göstəricini təsvir etmək
mümkündür. Sütunlu diaqramlar vasitəsilə həmçinin sosial-iqtisadi hadisələrin quruluşunu, onun tərki-
bində baş verən dəyişməni, dinamikasını öyrənmək olar.
Şə
kil 4.1 Sütunlu diaqram
10000
ədəd
5 -
4 -
3 -
2 -
1 -
0
2010 2011 2012
Növbəti diaqram forması zolaqlı diaqramdır.
Şə
kil 4.2. Zolaqlı diaqram
2012
45200
2011
35000
2010
43000
0 10000 20000 30000 40000 50000
Diaqram formalarından birini də ikitərəfli (və ya çoxtərəfli) diaqram təşkil edir.
Şə
kil 4.3. İkiəlamətli diaqram
100
80
60
40
20
0
2000 2002 2004 2006 2008 2010 2012
Xətti diaqramların bir növü də fiqurlu diaqramlardır. İctimai hadisələri daha əyani şəkildə xarakterizə
etmək üçün həmin hadisələrə uyğun gələn fiqurlardan istifadə edilir. Bu zaman ölçü vahidi kimi- şərti
fiqurlar tətbiq olunur.
Səkil 4.4. Fiqurlu diaqram
3,5
4,52
4,3
43,6
48,3
55,4
59,2
64,8
23,4
76,6
56,4
35,2
44,6
40,8
51,7
68,7
31,3
33
Kvadrat və dairəvi diaqramlar- müstəvi diaqramların mühüm növləri hesab olunur. Sosial-iqtisadi hadisə-
lərin əlamətlərinin qiymətləri bir-birindən ciddi sürətdə fərqləndikdə onları sütunlu diaqramla təsvir et-
mək əlverişli olmur. Belə halda kvadrat və dairəvi diaqramlardan istifadə etmək məsləhət görülür. Kvad-
rat və dairəvi diaqramlar həm sosial-iqtisadi hadisələrin vaxt etibarilə dəyişilməsini xarakterizə etmək,
həm də eyni dövrə və ya bəlli vaxt anına aid olan kəmiyyətləri müqayisə etmək üçün istifadə olunur.
Şə
kil 4.5.Kvadrat və dairəvi diaqramlar
kvadrat diaqram:
dairəvi diaqram:
Sektorlu diaqramlarda sosial-iqtisadi hadisələrin tərkibini, quruluşunu göstərən məlumat təsvir olunur.
Təsvir edilən hadisənin tərkibinə, quruluşuna müvafiq olaraq, radiuslarla sektorlara bölünən dairə sek-
torlu diaqram adlanır. Sektorlu diaqramla hadisəni təsvir etmək üçün, bir qayda olaraq, sahələri 100 %-ə
bərabər olan dairə və ya kvadrat götürülür. Sonra, həmin dairə və ya kvadrat təsvir edilən məcmunun
ayrı-ayrı hissələrinə tənasüb olaraq sektorlara bölünür. Sektorlu diaqram vasitəsilə hadisənin həcminin
dəyişməsini xarakterizə etməklə bərabər, onun xüsusi çəkisinin dəyişilməsini də vermək mümkündür.
Şə
kil 4.6. Sektorlu diaqram.
Tapşırığın yerinə yetirilməsi dərəcəsini təsvir etmək və ona gündəlik nəzarəti həyata keçirmək üçün
tapşırıq qrafiklərinin əhəmiyyəti böyükdür. Bunun üçün qrafiklərin bir sıra növlərindən istifadə edilə
bilər. Təcrübədə ən çox xətti qrafiklərdən və uçot-tapşırıq qrafiklərindən istifadə edilir. Xətti qrafiklər
illik tapşırığın yerinə yetirilməsini aylar üzrə və ya aylıq tapşırığın yerinə yetirilməsini günlər üzrə xarak-
terizə etmək imkanına malikdir.
Şə
kil 4.7. Müəssisənin istehsal həcminin xətti qrafiki
1000 ədəd
20 -
18 -
16 - - planlaşdırılan həcm
14 - - faktiki istehsa həcmidir
12 -
10 -
8 -
6 -
4 -
2 -
0
Irüb IIrüb IIIrüb IVrüb
100
100
100
100
2148,5
Həsənoğlu
294,5
Araz
176,2
Şahab
118,8
Arpaçay
50 %
10%
40 %
Sosial məqsədlərə
əsas fondların tə
miri
və əldə edilməsi
digər məqsədlərə
34
Bir neçə obyekt üzrə tapşırığın yerinə yetirilməsinə əyani şəkildə nəzarət etmək üçün uçot-tapşırıq
qrafiki qurmaq lazımdır. O, xüsusi setkalar şəklində qurulur. Üfüqi xətlər üzrə vaxt vahidi, şaquli xətlər
üzrə isə obyektlər yerləşdirilir.
Şə
kil 4.8. Uçot-tapşırıq qrafiki.
Rüblər
Irüb
IIrüb
IIIrüb
IVrüb
20
40
60
80
100
20
40
60
80
100
20
40
60
80
100
20
40
60
80
100
-
planlaşdırılan hə
cm - faktiki istehsal həcmi
- tapşırığın yerinə yetirilməyən hissəsi.
Nazik xətlər vaxt vahidi ərzində istehsalın faktiki həcmini, qalın xətt isə istehsal tapşırığının proq-
nozlaşdırılan həcmini xarakterizə edir.
Varzar işarələri. Bir-biri ilə əlaqəsi olan iki mütləq səviyyənin hasili nəticəsində üçüncü statistika gös-
təricisi alınır. Bu göstəriciləri qrafikdə təsvir etmək üçün təcrübədə xüsusi işarədən istifadə edilir. Belə
qrafikləri ilk dəfə rus statistiki V.Varzar (1851-1940) tətbiq etdiyinə görə ona Varzar işarələri deyilir.
Məlum olduğu kimi, ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin ümumi məhsul yığımı əkin sahəsinin məh-
suldarlığa hasili nəticəsində alınır. Deməli, ümumi yığımın həcmi iki göstəricidən- əkin sahəsindən və
məhsuldarlıqdan asılıdır. Kənd təsərrüfatı istehsalının intensiv amillər əsasında inkişaf etdirildiyi müasir
dövrdə məhsuldarlıq göstəricisinin dinamik inkişafi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə üç amilin
qarşılıqlı əlaqəsini əyani şəkildə Varzar işarələrilə təsvir etmək olduqca əlverişlidir.
Şə
kil 4.9 Kartofun əkin sahəsi, məhsuldarlığı və ümumi məhsul yığımı.
Məhsul-
Məhsul-
darliq, darliq,
(hər ha- (hər ha-
dan sent- dan sent-
nerlə) nerlə)
78,0 112,0
Ə
kin sahəsi
Ə
kin sahəsi
36,7 min ha 42,5 min ha
Xətti qrafiklər. Statistika məlumatının əyani şəkildə təsvir edilməsində xətti qrafiklər mühüm yer tu-
tur. Onlar dinamika üzrə diaqramların növlərindən biri də təzahür edir. Xətti qrafiklərdən ən çox sosial-
iqtisadi hadisələrin vaxt etibarilə dəyişilməsini, həmçinin hadisələr arasındakı əlaqələrin öyrənilməsini
xarakterizə etmək üçün istifadə edilir. Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin öyrənilməsində
xətti qrafiklər mühüm yer tutur. Təcrübə göstərir ki, iqtisadi-statistik araşdırma ilə məşğul olan mütə-
xəssislər həm bu qrafiklərin “oxunmasını”, həm də özləri tərəfindən qurulmasını tez mənimsəyir.
Dostları ilə paylaş: |