Mövzu Statistika elmi haqqında anlayış, onun predmeti və statistik fəaliyyətin təşkili



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix21.04.2017
ölçüsü1,48 Mb.
#14978
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

III.Statistikada  istifadə  olunan  əyani  təsvir  üsullardan  biri  də  kartoqramlar  və  kartodiaqramlar  hesab 

olunur.  Təyinatından  asılı  olaraq  onlar  müəyyən  ərazilərin  öyrənilməsində,  hər  hansı  əlamət  əsas 

götürülməklə  araşdırılmasında  istifadə  olunur.  Onlar  eyni  zamanda  statistik  xəritələrin  təsfir  olunma 

üsuluna görə mühüm komponentləri hesab olunur.  

Mahiyyət  etibarı  ilə  kartoqram  istənilən  qaydada  götürülmüş  ərazinin  bölgüsü  daxilində  obyekt  və 

hadisələrin orta intensivliyini rəng  yaxud ştrixlər vasitəsilə  idarəetmə  üsulu kimi  başa düşülməlidir. Nə-

zəri formada deyilən fikirlərə misal kimi, ölkə, yaxud onun ayrı-ayrı rayonları üzrə əhalinin məskunlaşma 

vəziyyətini  (orta  sıxlığını),  dənli  bitkilə  rin  məhsuldarlıq  səviyyəsini,  ərazinin  şumlanmasını,  sənayenin 

yerləşdirilməsini əyani qaydada göstərmək mümkündür. Kartoqramın hazırlanması üçün əvvəlcə xəritədə 

təsvir olunan göstəricilərin hər birinin xüsusi qaydada işarələnməsinə diqqət yetirmək lazımdır.         

Bu qəbildən olan  ikinci əyani təsvir  formasını kartodiaqramlar təşkil  edir. Onlar  məcmu, toplu sənəd 

olaraq  özündə  kartoqramı  və  diaqramı  birləşdirir.  Kartodiaqramın  müsbət  cəhəti  ondan  ibarətdir  ki, 

burada  coğragi  yerləşmə  və  kəmiyyət  dəyişməsi  birgə  nəzərdən  keçirilir.  Kartodiaqramın  hazırlanma-

2011-ci il  

 

Ümumi 

yığım 

286,3  

min ton 

 

2012-ci il

 

Ümumi  



yiğim

 

 476,0 

 min ton 

 

35 

 

sında  mühüm  məsələlərdən  birini  də  onun  təsvirinin  və  sonradan  kəmiyyət  göstəricilərinin  necə  daha 



dəqiq  ifadə  edilməsidir. Bu məqsədlə  araşdırma üçün  müəyyən edilmiş ərazi  bölgüsü daxilində  diaqram 

işarələri cızılır. 

Kartoqramla müqayisədə kartodiaqramlar, təkcə təklif olunan göstəricilərin ərazi üzrə kəmiyyət müx-

təlifliyi  haqda  təsəvvür  yaratmır,  həmçinin  onların  mütləq  ifadələrini  də  göstərə  bilər.  Kartodiaqramda 

göstəricilərin  ərazi  üzrə  bölüşdürülməsi  coğrafi  xəritənin  üzərində  sütunlar,  üçbucaqlar,  və  digər  qrafik 

işarələr formasında da verilə bilər.       



 

Mövzu 5. Statistika göstəriciləri və kəmiyyətləri. 

  Plan:  

1.Statistika göstəricilərinin məzmunu,  ifadə forma və növləri.

  

2.Mütləq və nisbi  kəmiyyətlər. 



    

3.Statistikanın orta kəmiyyətləri, onların növləri, xassələri və hesablanma üsulları.

  

    


4.Variasiya göstəriciləri və onların hesablanması 

    5.İndekslərin mahiyyəti və əhəmiyyəti 

    6.İndekslərin növləri və indeksləşdirilən kəmiyyətlər. İndekslərin qarşılıqlı əlaqələri

 



     I. 

Statistika  elminin  mühüm  anlayışlarından  birini  onun  göstəriciləri  təşkil  edir.  Onlar  sosial-iqtisadi 

hadisələrin konkret məkan  və  zaman şəraitində  kəmiyyətcə  xarakterizəsidir,  yəni onlar vasitəsilə  sosial-

iqtisadi hadisə  və proseslərin həcmini, səviyyəsini, nisbətlərini  və s. xarakterizə  etmək mümkündür. So-

sial-iqtisadi hadisələr mürəkkəb olduğuna görə onların mahiyyətini bir göstərici vasitəsi ilə əks etdirmək 

mümkün deyildir. Belə hallarda göstəricilər sistemindən istifadə etmək lazımdır. 

Konkret məsələlərin həllində istifadə edilən və qarşılıqlı əla-qədə olan göstəricilər məcmusu statistika 

göstəriciləri  sistemi  adlanır.  Statistika  elmi  özünün  inkişaf  tarixində  sosial-iqtisadi  hadisələr  üzrə  çoxlu 

miqdarda  statistik  göstəricilər  işləyib  hazırlamışdır.  Statistika  göstəriciləri  sisteminin  əsas  bölmələrinə  

əhali  göstəricilərini,  milli  sərvət  göstəricilərini,  əmtəə  tədavülü  göstəricilərini,  elm,  maarif,  səhiyyə  və 

mədəniyyət göstəricilərini, əhaliyə məişət xidmətini həyata keçirən sahələrin göstəricilərini, dövlət idarə-

etmə orqanları və ictimai təşkilatların fəaliyyəti göstəricilərini və s.-ni daxil etmək olar.  

     Sosial-iqtisadi  hadisələr  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olur.  Bu  əlaqə  və  asılılıq  sosial-iqtisadi  hadisə-

lərin bütün tərəflərini, o cümlədən onların kəmiyyət tərəflərini və kəmiyyət nisbətlərini əhatə edir. Statis-

tika göstəricilərinin əlaqə  və  asılılıqları  müvafiq hadisələr arasındakı  əlaqələrin obyektiv  ifadəsidir. Sta-

tistika  elminin  mühüm  prinsiplərindən  biri  statistika  göstəriciləri  ilə  tapşırıq  göstəriciləri  arasında 

uyğunluğun olmasıdır.   

    Göstəricilər həcm və keyfiyyət göstəricilərinə ayrılır. Bütün statistika göstəriciləri məcmu vahidlərinin 

əhatə olunmasına görə fərdi və ümumi, ifadə formalarına görə isə mütləq, nisbi və orta göstəricilərə ay-

rılır. İki fərdi mütləq göstəricilərin nisbətini xarakterizə edən göstərici fərdi nisbi göstərici adlanır. 

    Fərdi  göstəricilərdən  fərqli  olaraq,  yekun  (ümumi)  göstərici-lər  statistik  məcmunu  bütövlükdə  yaxud 

onun bir hissəsini xarakterizə edirlər. Bu göstəricilər həcm və hesablama göstəricilərinə ayrılır.   

    Sosial-iqtisadi hadisələr statistika göstəricilərində ya müəyyən vaxt anında, bir qayda olaraq, müəyyən 

tarixə, ayın və ya ilin əvvəlinə, yaxud axırına, ya da müəyyən dövr ərzində- gün, həftə, ay, rüb, il ərzində 

ifadə  olunurlar.  Əgər  göstəricilər  müəyyən  vaxta  ifadə  olunarsa,  belə  göstəricilər  an,  müəyyən  dövr  ər-

zində ifadə olunarsa, onlar fasiləli göstəricilər adlanır.  

    Statistika göstəriciləri öyrənilən sosial-iqtisadi hadisələri bütövlükdə ölkə üzrə xarakterizə edərsə, belə 

göstəricilər ümumi ərazi göstəriciləri, ölkənin ərazisinin ayrı-ayrı bölgələrinin sosial-iqtisadi göstəricilə-

rini xarakterizə edən göstəricilər isə regional və ya yerli göstəricilər adlanır.  

 

    II. Mütləq göstəricilər. Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Onlar so-

sial-iqtisadi hadisələrin həcmini konkret məkan və zamanda xarakterizə edir.  

    Mütləq  kəmiyyətlər  fərdi  və  yekun  mütləq  kəmiyyətlərə  ayrılır.  Fərdi  mütləq  kəmiyyətlər  müşahidə 

obyektinin  ayrı-ayrı  vahidlərinin  həcmini,  səviyyəsini  xarakterizə  edir.  Fərdi  mütləq  kəmiyyətlər  yekun 

mütləq  kəmiyyətlərin  alınmasında  mühüm  rol  oynayır.  Yekun  mütləq  kəmiyyətlər  öyrənilən  statistik 

məcmunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı-ayrı qruplarının həcmini xarakterizə edir. Yekun 

mütləq kəmiyyətlər xüsusi hesablamalar əsasında da müəyyən edilir. Hesablama əsasında mütləq kəmiy-

yətlərin əldə edilməsi ən çox müvafiq göstəricilərin proqnozlaşdırılmasında istifadə edilir.   



36 

 

    Mütləq  kəmiyyətlərin  ölçü  vahidləri.  Mütləq  kəmiyyətlər  həmişə  adlı  kəmiyyətlər  olurlar.  Sosial-iqti-

sadi  hadisələrin  mahiyyətindən  asılı  olaraq  onlar  müvafiq  ölçü  vahidlərində  ifadə  olunurlar.  Mütləq  kə-

miyyətlər  onların  mahiyyətinə,  təbii  xüsusiyyətlərinə  uyğun  olaraq    natural,  dəyər  və  əmək  ölçü  vahid-

lərində ifadə olunurlar. Sosial-iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə edilən ölçü 

vahidlərinə  natural  ölçü  vahidləri  deyilir.  Natural  ölçü  vahidləri  sosial-iqtisadi  hadisələrin  fiziki  xüsu-

siyyətlərini  ifadə  edir. Bəzən sosial-iqtisadi  hadisələrin  mütləq kəmiyyətləri  haqda bir ölçü vahidi  aydın 

təsəvvür əldə etməyə imkan vermir. Belə halda sosial-iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun iki 

ölçü vahidindən istifadə edilir. Təcrübədə natural ölçü vahidləri ilə bərabər şərti-natural (şərti-cinsi) ölçü 

vahidlərindən də  istifadə  edilə  bilər. Bəzi  hallarda sosial-iqtisadi  hadisələrin  həcmi  iki ölçü vahidlərinin 

hasili şəklində ifadə olunur. Məsələn, nəqliyyatda yük və sərnişin daşınması ton-kilometrlə (t/km) və sər-

nişin-kilometrlə  (s/km),  elektrik  enerjisi  istehsalı  kilovat-saatla  (kWt/saat),  işlə-nilmiş  vaxt  adam-saat, 

adam-gün və s. ifadə olunur. 

    Bazar iqtisadiyyatı şəraitində ən geniş yayılmış ölçü vahidlərindən biri dəyər ölçü vahididir. Müxtəlif 

istehlak  dəyərlərinə  malik  olan  hadisələrin  umumi  həcmini  dəyər  ölçü  vahidində  ifadə  etmək  mümkün-

dür.  Bazar  münasibətləri  şəraitində  mühüm  məsələlərdən  biri  dəyər  göstəricilərinin  müqayisəliliyini 

təmin etməkdir. 

    Mütləq kəmiyyətlərin ifadə olunmasında istifadə edilən ölçü vahidlərindən biri də əmək ölçü vahidlə-

ridir. Əmək ölçü vahidlərinə adam-saat, adam-gün və s. daxildir.  

     Nisbi göstəricilər. Ümumiləşdirici göstəricilər sistemində nisbi kəmiyyətlər mühüm yer tutur. Bir çox 

hallarda mütləq kəmiyyətlər öyrənilən sosial-iqtisadi hadisələrin keyfiyyət xüsusiyyətlərini qiymətləndir-

məyə  imkan  vermir.  Bu  sahədə  işlərin  yaxşı  və  ya  pis  olduğunu  müəyyənləşdirmək  üçün  həmin  məlu-

matı  carı  ilin  proqnozları  və  ya    keçən  ilin  faktiki  məlumatı  ilə  müqayisə  etmək  lazımdır.  Tapşırıqların 

yerinə yetirilməsi dərəcəsini xarakterizə etmək, sosial-iqtisadi hadisələrin inkişaf sürətlərini və yayılması-

nın  intensivliyini  ölçmək  üçün,  onların  quruluşunu  və  quruluşda  baş  vermiş  dəyişiklikləri  müəyyən  et-

mək və  istifadə  edilməmiş ehtiyatları aşkar etmək üçün və  bir sıra  məsələlərin öyrənilməsində  nisbi kə-

miyyət göstəricilərindən geniş istifadə edilir. 

    Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. İki mütləq kəmiyyətin 

müqayisəsi  nəticəsində  alınan  göstəriciyə  nisbi  kəmiyyət  deyilir.  Nisbi  kəmiyyətlər  eyni  zamanda  iki 

nisbi kəmiyyətin və iki orta kəmiyyətın bir-birilə müqayisəsi nəticəsində də alınır. Nisbi göstəriciləri he-

sablayarkən  kəsirin  sürətində  olan  mütləq  kəmiyyət  cari  və  ya  müqayisə  edilən  kəmiyyət,  kəsirin  məx-

rəcində  olan  kəmiyyət  isə  müqayisə  üçün  əsas  götürülən  kəmiyyət  adlanır.  Öyrənilən  hadisənin  xüsu-

siyyətindən asılı olaraq nisbi kəmiyyətlər müxtəlif formalarda ifadə oluna bilər. Nisbi kəmiyyətlər (NK) 

əmsal (dəfə), faiz, promill və prodesimill formalarında ifadə oluna bilər.  

    NK-in ən sadə forması bir kəmiyyətin digər eyni keyfiyyətli kəmiyyətdən neçə dəfə çox və ya az oldu-

ğunu göstərən əmsal göstəricisidir. Əmsal  formasında NK-i  hesablayarkən  müqayisə üçün əsas götürül-

müş kəmiyyət vahidə bərabər edilir. Müasir dövrdə NK-in ən geniş yayıimış ifadə formalarından biri də 

faizdir. Faiz ifadəsində müqayisə əsasını təşkil edən kəmiyyət yüzə bərabər götürülür. Hesabat dövrünün 

məlumatını  və  ya  müqayisə  edilən  kəmiyyəti  müqayisə  üçün  əsas  götürülmüş  kəmiyyətə  bölüb,  100-ə 

vurduqda NK-i faizlə ifadə etmiş olarıq.  

    NK-in faiz ifadə formasından müqayisə edilən kəmiyyətlərin bir-birindən ciddi fərqlənmədikləri halda 

istifadə edilir.  

     NK-lər  əhali  və  səhiyyə  statistikasında  bir  sıra  hallarda  promill  və  prodesimill  ilə  ifadə  olunurlar. 

Promilldə müqayisə üçün əsas götürülən kəmiyyət 1000-ə, prodesimilldə isə 10000-ə bərabər götürülür.  

Təcrübədə nisbi kəmiyyətlər müxtəlif məqsədlər üçün hesablanırlar. Bununla əlaqədar olaraq NK-ləri 

plan tapşırığının yerinə yetirilməsi, dinamika, quruluş, koordinasiya, intensivlik, iqtisadi inkişafın səviy-

yəsi, müqayisə və s. növlərə ayırmaq olar. 



    Mütləq və nisbi kəmiyyətlərdən istifadə olunmasının ümumi prinsipləri. Mütləq və nisbi kəmiyyətlərin 

hesablanması  və  isti-fadə  edilməsində  bir  sıra  prinsiplərə  əməl  edilməlidir.  Sosial-iq-tisadi  hadisələrin 

mütləq və nisbi kəmiyyətlərlə xarakterizə olunmasının mühüm prinsiplərindən biri həmin hadisələrin ma-

hiyyətini,  spesifık  xüsusiyyətlərini  və  inkişaf  qanunauyğunluq-larını  düzgün  başa  düşməkdir.  Şərait, 

məkan  və  zamandan  asılı  olaraq  eyni  göstəricilər  sosial-iqti-sadi  hadisələri  müxtəlif  şə-kildə  əks  etdirə 

bilər. Məsələn, respublikamızda müştəqillik əl-də edilən dövrdən əvvəlki dövrə  nisbətən müasir şəraitdə 

iri, orta və kiçik müəssisələr arasındakı nisbət əhəmiyyətli dərəcə-də dəyişilmişdir. Belə ki, hazırda kiçik 

hesab edilən müəssisə-lər müstəqillikdən əvvəl iri müəssisələrin siyahısına daxil edi-lirdi. Sosial-iqtisadi 



37 

 

hadisələrin xarakterindən asılı olaraq müt-ləq və nisbi kəmiyyətlərdən istifadə edilməsinə differensial ya-



naşmaq  lazımdır,  yəni,  ayri-ayrı  hadisələr  üzrə  plan-tapşırıq-larının  yerinə  yetirilməsini  ölkə  üçün 

ümumilikdə hesablamaqla bərabər, ayrı-ayrı regionları xarakterizə edən nisbi göstəricilər də hesablanılır. 

Mütləq  və  nisbi  kəmiyyətlərin  düzgün  tətbiq  edilməşinin  mühüm  şərtlərindən  biri  onlardan  kompleks 

şəkildə istifadə edilməsidir.  

    Dinamika nisbi kəmiyyətinin hesablanmasında bu şərtə əməl etməyin daha mühüm əhəmiyyəti vardır. 

Belə  ki,  faiz  ifadə-sində  sosial-iqtisadi  hadisələrin  səviyyəsində  ciddi  dəyişiklik  görə  çarpdığı  halda 

mütləq kəmiyyət ifadəsində həmin dəyişik-lik kiçik rəqəmlə ifadə oluna bilər. Ona görə də sosial-iqtisadi 

hadisələrin  zamanda  dəyişilməsini  düzgün  xarakterizə  etmək  üçün  mütləq  və  nisbi  kəmiyyətlərdən 

kompleks şəkildə istifadə etmək məqsədəuyğundur. Həmçinin nəzərə alınmalıdır ki, müxtəlif zamanlarda 

NK-lərin  hər  faizinin  arxasında  müxtəlif  həcmdə  mütləq  kəmiyyət  durur.  NK-rin  hesablanmasında  gös-

təricilərin    müqayisəli  olmasına  xüsusi  əhəmiyyət  verilməlidir.  Statistika  məlumatlarının  müqayisəli 

olmaması aşağıdakı səbəb-lər nəticəsində baş verir:  

a)

 

statistik məlumatların müxtəlif üsullarla toplanması və işlənilməsi;  



b)

 

statistik müşahidənin müxtəlif dövrlərdə və ya anlarda aparılması;  



     c) ərazi və idarə-təşkilati dəyişikliklərin baş verməsi;  

     d) məlumatların tam və etibarlı olmaması və s.  

    Sosial-iqtisadi hadisələrin təhlilində mütləq və nisbi kəmiy-yətlərdən kompleks istifadə edilməlidir.  

 

    III.Statistikada  çox  istifadə  edilən  göstəricilərdən  biri  orta  kə-miyyətdir.  Orta  kəmiyyət  metodu, 



qruplaşdırma  metodu  kimi,  sosial-iqtisadi  hadisələrin  ümumiləşdirici  xarakterizəsini  verən  statistika 

metodologiyasının  çox  mühüm  spesifık  metodudur.  Statistika  təcrübəsində  orta  kəmiyyətdən  hər  hansı 

statistika  məcmusunun  ümumiləşdirici  xarakterizəsini  verməkdə,  məsə-lən,  işləyənlərin  orta  əmək 

ödənişinin,  dənli  bitkilərin  orta  məh-suldarlığının  xarakterizəsində,  imtahan  sessiyalarında  tələbələ-rin 

orta  mənimsəmə  səviyyəsinin  müəyyənləşdirilməsində  və  s.  istifadə  edilir.  Statistika  məcmusunu 

səciyyələndirən bu orta kəmiyyətlər həmişə müəyyən dövr üçün hesablanılır.  

    Sosial-iqtisadi hadisələrin ümumiləşdirilməsində orta kəmiy-yətin rolu hələ XVII-XVIII əsrlərdə siyasi 

hesab  məktəbinin  görkəmli  nümayəndələri  olan  V.Petti,  Q.Kinq  və  s.  əsərlərində  göstərilmişdir.  Orta 

kəmiyyət anlayışından elmi təhlildə ilk də-fə V.Petti istifadə etmişdir. O, əmtəənin dəyərinin onun isteh-

salına sərf edilən orta əməklə  müəyyən edilməsini təklif etmiş-dir. Q.Kinq İngiltərənin əhalisi  haqqında 

məlumatı təhlil edər-kən hər bir ailəyə düşən orta gəliri, adambaşına düşən gəliri və s. müəyyən etmişdir. 

    XIX  əsrin  görkəmli  statistiki,  Belçika  Mərkəzi  Statistika  Ko-mitəsinin  sədri  A.Ketle  sosial-iqtisadi 

hadisələrin  tədqiqində  statistik-riyazi  metodlara  üstünlük  vermişdir.  Sabitlik  nəzəriy-yəsini  sübut  etmək 

üçün  Ketle  orta  kəmiyyət  göstəricisindən  is-tifadə  etmişdir.  Ketle  göstərmişdir  ki,  insanların  orta  boyu 

hə-qiqi normal boy alacaq, qalanlarının normal boydan kənarlaş-maları səhvdir. Ümumi və fərdi səbəblər 

haqqında  Ketlenin  tə-limi  əsasında  orta  kəmiyyət  yarandı.  Sosial-iqtisadi  hadisələrin  sabitliyini  sübut 

etmək  üçün  Ketle  “orta  adam”  nəzəriyyəsini  irəli  sürdü.  Kütləvi  məlumat  əsasında  Ketle  sosial-iqtisadi 

hadi-sələr üzrə bir sıra qanunauyğunluqları müəyyənləşdirmişdir.  

    Orta  kəmiyyət  təsadüflər  nəcitəsində  əmələ  gələn  fərdi  kə-narlaşmaları  qarşılıqlı  ödəyir  və  məcmuya 

xas olan ümumi xü-susiyyəti, tipik səviyyəni xarakterizə etməyə imkan verir.  

    Bazar iqtisadiyyatı şəraitində orta kəmiyyətin rolu daha da artır. Belə ki, burada da orta kəmiyyət ayrı-

ayrı  fərdləri  və  təsa-düfləri  ümumiləşdirməyə  və  iqtisadi  inkişaf  qanunauyğunluğu-nun  meylini  aşkar 

etməyə imkan verir. Orta kəmiyyət o vaxt ob-yektiv ola bilər ki, o, keyfiyyətcə bircinsli statistik məcmu 

üçün  kütləvi  məlumat  əsasında  hesablansın  və  sosial-iqtisadi  hadisə-lərin  tipik  səviyyələrini  xarakterizə 

etmək  imkanına  malik ol-sun. Qeyd etmək  lazımdır ki, statistik  məcmunun  ayrı-ayrı  va-hidləri əsasında 

əhalinin həyat səviyyəsinin yaxşılaşmasını və yaxud pisləşməsini xarakterizə etmək mümkün deyildir.  

    Dövlət statistika orqanları müntəzəm olaraq həm əhalinin ay-rı-ayrı ictimai qrupları üzrə, həm də əhali 

üzrə ümumilikdə on-ların gəlirlərinin səviyyəsi haqqında məlumat toplayırlar. Əhali-nin ayrı-ayrı ictimai 

qruplarının  gəlirlərinin  ümumi  məbləği  haqqında  olan  məlumatlarda  onların  gəlirlərinin  səviyyəsinin 

necə dəyişildiyini xarakterizə etmək imkanına malik deyildir, çünki həmin ictimai qruplarda olan əhalinin 

sayı  müxtəlifdir.  Belə  halda  tədqiqatçının  köməyinə  orta  kəmiyyət  göstəricisi  gə-lir.  Əhalinin  ictimai 

qrupları üzrə hər nəfərə və yaxud hər ailəyə düşən orta gəlir göstəricisi əhalinin həyat səviyyəsini düzgün 

xarakterizə etmək imkanına malik olur. 


38 

 

    Konkret  məkan  və  zaman  şəraitində  sosial-iqtisadi  hadisə-lərin  dəyişən  əlamətlərinin  tipik 



səviyyələrini  səciyyələndirən  göstərici  statistikada  orta  kəmiyyət  adlanır.  Orta  kəmiyyət  real  göstərici 

olub,  sosial-iqtisadi  hadisələrin  obyektiv  mövcud  olan  nisbətlərini  ifadə  edir.  Orta  kəmiyyət  əlamətin 

tipik  səviyyəsini  o  zaman  düzgün  əks  etdirə  bilər  ki,  o  birnövlü  statistika  məc-musu  üzrə  hesablansın. 

Bircinsli olmayan  məcmu üzrə  hesab-lanan orta kəmiyyət saxta, real olmayan orta kəmiyyət olur. Be-lə 

orta  kəmiyyət  həqiqi  vəziyyəti  düzgün  səciyyələndirə  bilməz.  Məsələn,  müxtəlif  fəaliyyət  sahələri  üzrə 

işləyənlərin  orta  gəliri  həqiqi  vəziyyəti  göstərə  bilməz.  Bu  ümumi  orta  kəmiyyətlə  bə-rabər,  ayrı-ayrı 

fəaliyyət  sahələrində  işləyənlərin  orta  gəlirlərini  müəyyən  etmək  lazımdır.  Deməli,  ümumi  orta  kə-

miyyəti qrup orta kəmiyyətlərlə tamamlamaq lazımdır. Bura-dan aydın olur ki, orta kəmiyyət metodu ilə 

qruplaşdırma  me-todu  arasında  sıx  əlaqə  vardır.  Orta  kəmiyyət  nəzəriyyəsinin  işlənilməsində  və  in-

kişafında  J.Zyusmilx,  A.Ketle,  A.Bouli,  A.Boyarski,  T.Ryabuş-kin,  J.Pasxaver,  V.Ovsienko  və  s. 

alimlərin  çox  böyuk  xidmət-ləri  olmuşdur.  Orta  kəmiyyət  bütün  statistik  məcmunun  ümumi-ləşdirici 

xarakterizəsi 

olub, 

bu 


məcmunun 

bütün 


vahidlərilə 

əla-qədə 

olan 

müəyyən 


kəmiyyətə 

istiqamətlənməlidir. Bu kəmiy-yəti funksiya şəklində aşağıdakı kimi göstərmək olar:  

 

                                           f(x



1

,x

2

........,x

n

)   

  

 



    Əksər hallarda  bu kəmiyyət real  iqtisadi kateqoriyanı  əks et-dirdiyinə  görə o, müəyyənedici göstərici 

adlandırılır.  Yuxarıda  göstərilmiş  funksiyanın  bütün  kəmiyyətlərini  onların  orta  kə-miyyətləri  ilə  əvəz 

etsək, onda bu funksiyaların qiyməti əvvəlki kimi qalacaqdır. Deməli, hesablanan əlamətin qiymətlərinin 

ümumi  həcminin  məcmudakı  vahidlərin  sayına  nisbəti  əsasında  orta  kəmiyyət  müəyyən  edilir.  Orta 

kəmiyyət  obyektiv  nisbətlər  əsasında  hesablana  bilər.  Məsələn,  müəssisədə  işləyən  fəhlələrin  orta aylıq 

əmək  haqqı  onların  əmək  haqqı  fondunun  işləyənlərin  sayına  nisbəti  kimi  müəyyən  edilir.  Hər  bir  orta 

kəmiyyət öyrə-nilən məcmunu hər hansı bir əlamət üzrə xarakterizə edir. Bir sıra mühüm əlamətlər üzrə 

öyrənilən məcmu haqda tam və ətraflı təsəvvür əldə etmək üçün, hadisəni müxtəlif tərəflərdən təsvir edən 

orta kəmiyyət sisteminə malik olmaq lazımdır.  

   Orta  kəmiyyətlərin  növləri  və  hesablanma  üsulları.  Sosial-iqtisaqdi  hadisələrin  tədqiqində  istifadə 

edilən statistika göstə-ricilərinin ən geniş yayılmış formalarından biri orta kəmiyyət-dir. Orta kəmiyyətin 

geniş miqyasda tətbiqi onun bir sıra üstün-lüklərə malik olması ilə izah olunur. Orta kəmiyyətin mühüm 

xüsusiyyəti ondan ibarətdir ki, o, öyrənilən məcmunun bütün vahidlərinə xas olan ümumiliyi əks etdirir, 

yəni əlamətin ayrı-ayrı qiymətləri orta kəmiyyətdə qarşılıqlı ödənilir.  

    Orta  kəmiyyətin  hesablanması  sosial-iqtisadi  hadisələrin  ob-yektiv  nisbətlərinə,  qarşılıqlı  əlaqələrinə, 

onların  iqtisadi  məz-mununa  əsaslanmalıdır.Orta  kəmiyyət  verilən  məlumatın  xüsu-siyyətindən  asılı 

olaraq  müxtəlif  üsullarla  hesablana  bilər.  Mə-sələn,  əmək  haqqı  fondu  və  işləyənlərin  sayı  haqqında 

məlumat  verildikdə,  orta  aylıq  əmək  haqqı  cəmi  əmək  haqqı  fondunun  işləyənlərin  sayına  nisbəti  kimi 

müəyyən edilir. 

    Fərz edək ki, əmək haqqının həcminə görə araşdırılmış  qruplar üzrə işləyənlərin orta aylıq əmək haqqı 

və  əmək  haqqı  fondu  barədə  məlumat  verilmişdir.  Bu  halda  orta  aylıq  əmək  haqqını  hesablamaq  üçün 

kəsrin sürətində əmək haqqı fondunu cəmləyib, kəsrin məxrəcində isə hər qrup üzrə əmək haqqı fondunu 

orta  əmək  haqqına  bölüb  işləyənlərin  sayını  tapırıq,  sonra  cəmi  əmək  haqqı  fondunu  cəmi  işləyənlərin 

sayına bölüb orta aylıq əmək haqqını müəyyən edirik. 

    Məlumatın  verilməsindən  asılı  olaraq  orta  kəmiyyət  müxtəlif  üsullarla  hesablansa  da,  bütün  hallarda 

orta aylıq əmək haqqı cəmi əmək haqqının işləyənlərın sayına nisbəti kimi müəyyən edilir. Sosial-iqtisadi 

hadisələr  haqqında  məlumatın  verilmə  xüsusiyyətinə  uyğun  olaraq  orta  kəmiyyət  müxtəlif  üsullarla 

hesablana bilər. Orta kəmiyyətin ən çox istifadə edilən növlə-rindən biri hesabi orta kəmiyyətdir. Hesabi 

orta kəmiyyət sadə və çəkili formada hesablana bilər. 

    Orta  kəmiyyəti  hesablanılan  əlamətin  ayrı-ayrı  qıymətləri,  yaxud  variantlar      x



1

  ,x



,........,  x

n

-lə, 

variantların  sayı  n-lə,  orta  kəmiyyət  x    işarə  edilərsə,    hesabi    orta  kəmiyyətin    sadə    düs-turu    geniş 

şəkildə aşağıdakı kimi yazıla bilər:  

                                    x



+

 

x



+........ + x

n

               x 

                         X ═ ───────────── ═   ────  

                                                 n                              n

                        

 

        Burada   - cəm işarəsidir.  



 

    Deməli, bu düsturla orta kəmiyyəti hesablamaq üçün vari-antları cəmləyib variantların sayına bölmək 

lazımdır. 


39 

 

    



Variantların çəkiləri müxtəlif olduqda orta kəmiyyət hesabı orta kəmiyyətin çəkili düsturu ilə müəyyən 

edilir. Variantların çəkilərini  f



1

, f

2

,..., f

n

 ilə işarə etsək, onda çəkili hesabi orta kəmiyyətin düsturu  

 

                                     x

1

 f



+

 

x

2

 f



+...+ x

n

 f

n

         x f 

                         X ═ ────────────── ═  ───   

                                         f

1

 + f

2

 +..... + f

n

             ∑  f 

   

 

kimi  yazıla  bilər.  Deməli,  variantların  çəkiləri  müxtəlif  olduq-da,  orta  kəmiyyəti  hesablamaq  üçün 



variantı  çəkisinə  vuraraq  cəmləyib  alınan  nəticəni  çəkilərin  cəminə  bölmək  lazımdır.  Təcrübədə  hesabı 

orta kəmiyyətin çəkili düsturundan da çox is-tifadə edilir.  

     Statistika məlumatı fasiləli variasiya sıraları şəklində də ve-rilir. Bu zaman orta kəmiyyət çəkili hesabi 

orta kəmiyyətin düsturu əsasında müəyyən edilir.  

    Beləliklə,  variantların  çəkiləri  olmadıqda,  yaxud  eyni  olduq-da  hesabi  orta  kəmiyyətin  sadə  düsturu 

tətbiq  edilir.  Variantlar  fasiləli  variasiya  sıraları  şəklində  verildikdə,  ilk  növbədə  orta  fasilə  müəyyən 

edilməli, sonra çəkili hesabi orta kəmiyyət düs-turu ilə orta kəmiyyət hesablanmalıdır.                                                    

    Hesabi orta kəmiyyətlərin əsas xassələri. Hesabi orta kəmiy-yətin bir sıra riyazi xassələri vardır. Onlar 

hesabi orta kəmiyyətin mahiyyətini daha çox açıqlamağa və hesablamanı daha da sadələşdirməyə  imkan 

verir.  Bu  xassələrin  öyrənilməsinin  mühüm  təcrübəvi  əhəmiyyəti  vardır.  O  xassələri  ayrı-ayrılıqda  nə-

zərdən keçirək. 

   1.  Orta  kəmiyyətin  çəkilərin  cəminə  hasili  ayrı-ayrı  variant-ların  müvafiq  çəkilərinə  hasilinin  cəminə 

bərabər olar:  

 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin