15
mübadiləsinin dəyişməsi səthdə energetik zonanın əyilməsinə səbəb
olur. Şəkil 2-dən görünür ki, E
xar
>0 olan hal (əyri-2) səthin
yükdaşıyıcılarla
doyma
halına,
yəni
udulma
zolağında
fotokeçiriciliyin artmasına və E
xar
<0 isə səthin yükdaşıyıcılarla
kasıblanmasına, yəni fotokeçiriciliyin azalma halına uyğun gəlir.
Müşahidə olunan təcrübi faktların mexanizmini vermək üçün səth
parametrlərinin hesablanması (S-səth rekombinasiya sürəti, D
n(p)-
yükdaşıyıcıların diffuziya əmsalı, L-yükdaşıyıcıların qaçış yolu)
vacibdir.
Tədqiqatların nəticəsinə əsasən deyə bilərik ki, kristalın
qızdırılması zamanı müxtəlif temperaturlarda termolüminessensiya
əyrilərin də intensiv maksimumlar müşahidə olunur. Kristalı
qızdırdıqda elektronlar tələləri tərk etmək üçün kifayət qədər enerjiyə
malik olur və tələləri tərk edən elektronlar lümenessensiya mərkəzinə
qayıdır və rekombinasiya edir. Tələlər dərin olduqda isə göstərildiyi
kimi TL spektrlərində maksimumlar müxtəlif temperaturlarda
müşahidə olunur. Çünki dərin tələlərdən elektronların boşalması
üçün daha çox enerjiyə ehtiyac duyulur. Tədqiqatların analizindən
görə bilərik ki, TL spektrlərində bir neçə maksimum müşahidə
olunur. Bu onu göstərir ki, tələlər qadağan olunmuş zonada müxtəlif
dərinlikdə paylanmışlar və hər bir maksimum bir tələ səviyyəsinə
uyğun gəlir.
0>0>
Dostları ilə paylaş: