33
Bu misralar heç də təsadüfdən yaranmamışdı. Tədqiqatlarda vurğulandığı
kimi, Ə.Qəmküsardan əvvəl yazıçı-publisist Haşım bəy Vəzirov “Birinci qurd-
Naxçıvanda” adlı məqaləsində (“İttifaq” qəzeti, 19 mart 1909-cu il) Molla Mahmud
Çakərin qəzet və jurnalların satış, yaxud abunə pullarını mənimsədiyini pisləmişdi
[116, s.37].
Şeirin sonunda Ə.Qəmküsar Çakər kimi
məhdud dünyagörüşlü qələm
sahiblərinə tənqidi münasibətinin davamlı olacağını da vurğulamışdı:
Əgər ölsən də, söz yox ki, O taylı səndən əl çəkməz,
Yazar, tənqid edər hər feylini insan olan könlüm
.
[153,s.19]
M.M.Çakər mərsiyə və sinəzənlərlə yanaşı, tədricən müasir mövzulara da meyl
göstərmiş, bu yöndə də bir sıra əsərlər qələmə alaraq mətbuatda dərc etdirmişdi. Heç
şübhəsiz ki, bu prosesdə Ə.Qəmküsarın tənqidlərinin də müəyyən təsiri olmuşdu.
Ə.Qəmküsarın müasir ədəbiyyatı sağlam inkişaf yoluna yönləndirmək
sahəsində ədəbi-tənqidi fəaliyyətindən danışarkən onun Bakıda 1911/1912-ci illərdə
çıxmış “İşıq” adlı mətbuat orqanına münasibəti də maraq doğurur.
Azərbaycanda
qadınlar üçün nəşr olunan ilk mətbuat orqanı kimi “İşıq” özünəməxsus tarixi rol
oynamışdır. Bununla yanaşı, onun bir sıra hallarda müasir mövzu və ideallardan uzaq
düşməsini dövrün qabaqcıl ziyalıları, o cümlədən Ə.Qəmküsar da nəzərdən
qaçırmırdı. ”Molla Nəsrəddin”in 5 iyun 1911-ci il tarixli 21-ci sayında şair yazırdı:
Bizləri məfluk edən hər adəti-millətimizi
Əcnəbilər dayima təyibü təlin eyləyir.
Leyk böylə iftzahatın qüsurun qanmayıb
Bax, “İşıq”da gör Xədicə bir nə təhsin eyləyir
.
[153,s.78]
“Molla Nəsrəddin”in 04 noyabr 1907-ci il tarixli 41-ci sayında dərc olunmuş
“Qatış-bulaş” felyetonunda isə Ə.Qəmküsar ədəbi dilimizi lüzumsuz alınmalarla
ağırlaşdıran başabəla yazarlara istehzalı münasibət ifadə etmişdi:
“Çünki əgər türk
dilində yazaram, deyəllər, fars, ərəb dillərini bilmir, əgər fars dilində yazaram,
deyəllər, türk və ərəb dillərindən xəbəri yoxdur. Və əgər ərəb dilində yazaram,