3
Giriş
Mövzunun aktuallığı və işlənmə dərəcəsi.
Bəllidir ki, ədəbiyyatşünaslıq
elminin üç şöbəsindən biri sayılan ədəbi tənqid müasir ədəbiyyatla məşğul olur.
“
Ədəbi tənqid müasir ədəbi prosesin... içində inkişaf edir, onun təcrübəsini
ümumiləşdirir...Tənqidçi hər əsərin, yaxud hər yazıçının ədəbi prosesdəki mövqeyini
qiymətləndirir
” [172, s.5].
Ümummilli lider Heydər Əliyev Azərbaycan yazıçılarının
VII qurultayındakı (1981-ci il) nitqində ədəbi tənqidin mahiyyəti, əhəmiyyəti, zəruri
prinsipləri və vəzifələri barədə demişdir
:
“
Müasir ədəbi-bədii prosesi tənqidçilərin,
ədəbiyyatşünasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir…
İctimai bədii-estetik zövqləri formalaşdırmaq, incəsənətdə sönüklüyə, durğunluğa,
xalturaya, yabançı baxışlara qarşı mübarizə aparmaq işində ədəbiyyatşünaslığın və
tənqidin rolunu gücləndirmək lazımdır…Tənqidi sözün nüfuzu bir çox cəhətdən
tənqidin obyektivliyi və qərəzsizliyi ilə müəyyən olunur. Xeyirxahlıqla yanaşı,
ciddiyyət, professional tələbkarlıq - ədəbi tənqid məhz belə olmalıdır
” [65, s.147].
Məhşur Rus tənqidçisi V.Q.Belinskinin “Tənqid hərəkətdə olan estetikadır”
fikri də bu baxımdan maraq doğurur [257, s.67].
Azərbaycanda müasir ədəbi tənqidin ilk nümunələrinin böyük ədibimiz Mirzə
Fətəli Axundzadə tərəfindən yaradıldığı XIX əsrin ortalarından etibarən
ədəbiyyatşünaslığın bu sahəsi zəngin, çoxşaxəli inkişaf yolu keçmiş, XX yüzillik
boyunca ədəbiyyatımızın ideya-bədii yüksəlişi istiqamətində ciddi işlər görmüşdür.
Ötən dövr ərzində ədəbi tənqidimizin öyrənilməsi sahəsində də mühüm addımlar
atılmışdır. Müxtəlif vaxtlarda ayrı-ayrı tədqiqatlarda yer almış qısa fikir və
mülahizələrlə başlanan bu araşdırmalar tənqidşünaslığın sistemli şəkildə təşəkkülü
üçün ilkin hazırlıq rolu oynamışdır. Azərbaycanda bilavasitə ədəbi tənqidə həsr
olunmuş ilk dissertasiya isə məşhur ədəbiyyatşünas Məmmədcəfər Cəfərovun
“M.F.Axundovun tənqidi və estetik görüşləri” (1944) adlı tədqiqatıdır. Azərbaycan
ədəbi tənqidinin mərhələ və problemlər aspektində fundamental tədqiqi baxımından
ilk addım isə akademik Kamal Talıbzadənin elmlər doktorluğu dissertasiyası (1965)
və onun əsasında bir il sonra çap etdirdiyi “XX əsr Azərbaycan ədəbi tənqidi (1905-
4
1917-ci illər)” monoqrafiyası sayılır. “Azərbaycan ədəbi tənqidinin tarixi” adlı ilk
kitabı da (1984) akademik Kamal Talıbzadə yazmışdır.
1960-cı illərin sonlarından etibarən Azərbaycanda ədəbi tənqidin tarixi,
nəzəriyyəsi və yaradıcılıq problemlərinin sistemli şəkildə öyrənilməsi elmi fikrin
diqqət mərkəzində dayanmış, bu sahəyə dair ardıcıl tədqiqatların aparılması ilə
yanaşı, ədəbi-tənqidi fikir tarixində mühüm xidmətləri olmuş S.Mümtaz, Ə.Nazim,
H.Zeynallı və digərlərinin müvafiq əsərləri toplanılaraq kitab halında nəşr
olunmuşdur.
Ümumiyyətlə, ədəbi tənqidimizin tədqiqinə dair bu vaxta qədərki əsərləri
nəzərdən keçirdikdə əsasən iki aspekt diqqəti çəkir:1) ədəbi şəxsiyyətlər üzrə aparılan
araşdırmalar 2) mərhələlər, yaxud problemlər üzrə yazılan tədqiqatlar.
İlk istiqamətə aid araşdırmalar akademik Məmməd Cəfərin yuxarıda adı
çəkilən dissertasiyası ilə başlanır. Müxtəlif vaxtlarda ədəbiyyatşünaslardan Xalid
Əlimirzəyev Cəlil Məmmədquluzadənin, Nazif Qəhrəmanov Mikayıl Rəfilinin,
Ramin Əhmədov Məmməd Arifin, Rafiq Vəkilov Səməd Vurğunun, Nərgiz
Qurbanova Hənəfi Zeynallının, Rasim Mirzəyev Əli bəy Hüseynzadənin, Qürbət
Mirzəyev Əkbər Ağayevin, Ülviyyə Hüseynova Əhməd bəy Ağaoğlunun … ədəbi-
tənqidi görüşlərini araşdırmışlar. Görkəmli tənqidçi və ədəbiyyatşünaslar haqqında
portret-oçerklərdən ibarət “Fikrin karvanı” adlı kitab (1984) da bu baxımdan
əhəmiyyətlidir.
İkinci istiqamətə dair tədqiqatların başlanması, qeyd etdiyimiz kimi, akademik
K.Talıbzadənin adıyla bağlıdır. Sonrakı illərdə Elçin Əfəndiyevin “Azərbaycan bədii
nəsri ədəbi tənqiddə (1946-1965)”, Şamil Vəliyevin “XX əsr Azərbaycan ədəbi
tənqidində poeziya problemləri (1895-1917)”, Tehran Mustafayevin “Azərbaycan
covet tənqidinin üslubları (1960-1980-ci illər)”, Şamil Salmanovun “Müasir
Azərbaycan ədəbi tənqidinin təşəkkülü və inkişaf meylləri”, Aqşin Dadaşzadənin
“Azərbaycan ədəbi tənqidində dramaturgiya məsələləri (1940-50-ci illər)”, Xanım
Mustafayevanın “Azərbaycan ədəbi-nəzəri fikrində və tənqidində uşaq ədəbiyyatı
məsələləri”, Elnarə Akimovanın “Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid
(90-cı illər)”, Aygün Talıbovanın “Müstəqillik dövrü Azərbaycan ədəbi tənqidinin
5
ədəbi prosesdə rolu” və s. tədqiqatları göstərmək olar. Bunlardan başqa, digər
yönümlü tədqiqatlarda da yeri gəldikcə ədəbi tənqid məsələlərinə də toxunulmuşdur.
XX əsr Azərbaycan tənqidinin müxtəlif meyarlar əsasında təsnifinə də
təşəbbüslər göstərilmişdir. Akademik Kamal Talıbzadə 1966-cı ildə XX əsrin
əvvəlləri Azərbaycan ədəbi tənqidini qruplaşdırarkən (1966) üç cərəyanın varlığından
söz açmış [239, s.97], müvafiq təhlillər aparmışdır: demokratik tənqid, burjua tənqidi,
marksist tənqid. 1984-cü ildə nəşr olunmuş kitabında isə həmin dövrün ədəbi
tənqidinin təsnifatını apararkən nəzəri-estetik prinsiplərə daha çox üstünlük vermiş,
lakin sosioloji yanaşmalardan da tam uzaqlaşmamışdır. Yaradıcılıq metodlarının
prinsiplərini müdafiə etməsinə görə realist tənqid, romantik tənqid istiqamətlərini
ayıran alim sovet dövrü ədəbi fikrində romantizmin mütərəqqi və mühafizəkar
olmaqla iki yerə bölünməsi barədə müddəalara istinadən mühafizəkar romantik
tənqidi də fərqləndirmiş, marksist tənqidin bünövrəsinin qoyulmasından da söz
açmşdır [240,s.126].
Akademik İsa Həbibbəyli isə Azərbaycan ədəbi tənqidində 1920-ci illərdən
etibarən özünü göstərən beş istiqaməti ayırmışdır. Alimin qənaətinə görə, elmi-
ideoloji, yaxud sosioloji tənqid 1920-1930-cu illərdə daha çox yayılmış, sovet
hakimiyyəti boyunca davam etdirilmişdir. Elmi-publisist tənqiddə elmi prinsiplərlə
yanaşı, publisist yanaşma da qabarıq şəkildə diqqəti çəkir (Qulu Xəlilov, Yəhya
Seyidov və digərlərinin tənqidi). Elmi-nəzəri tənqid isə konseptual elmi prinsiplərə
əsaslanan, nəzəri xarakter daşıyan tənqiddir. Görkəmli tənqidçilərdən Məmməd Arif,
Məmməd Cəfər, Yaşar Qarayev, Arif Hacıyev və digərləri bu istiqamətin
nümayəndələridir. Elmi-fəlsəfi tənqid də var ki, bunun ən məşhur təmsilçisi Asif
Əfəndiyev sayılır. Yazıçı tənqidi isə şair, yazıçı və dramaturqların qələmə alıdqları
ədəbi-tənqidi əsərləri əhatə edir [92,s.475].
Ədəbi tənqidimizin müvafiq
materiallarına nəzər salmaq akademik İsa Həbibbəylinin təsnifatının dürüst və
əhatəli xarakterini bir daha yəqinləşdirir.
XX əsr Azərbaycan ədəbi tənqidinin ədəbi prosesə və əsərlərə yanaşmasının
ifadə formaları, başqa sözlə deyilsə, janrları barədə də bəzi elmi qənaətlərə rast
gəlirik. Akademik İsa Həbibbəyli yazır: “
Dostları ilə paylaş: |