Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə6/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   2   3   4   5   6   7   8   9   ...   68
dis anar (1)

Tədqiqatın elmi yeniliyi.
Təqdim 
olunan dissertasiya Azərbaycan 
ədəbiyyatşünaslığında ədəbi tənqidin inkişaf xüsusiyyətlərinin, mərhələ və 
problemlərinin regional aspektdə araşdırılmasına həsr olunmuş ilk tədqiqatdır.


12 
Dissertasiyada ilk dəfə olaraq:
- Ədəbi tənqidin inkişaf xüsusiyyətləri bir regionun ədəbi fikrinin timsalında 
sistemli və hərtərəfli şəkildə tədqiq olunmuşdur; 
- XX əsrdə Naxçıvanda ədəbi tənqidin təşəkkülü, enişli-yoxuşlu inkişaf yolu, 
mərhələləri, yaradıcılıq axtarışları, problemləri çoxsaylı materiallar əsasında 
araşdırılmış, bir çox ədəbi-tənqidi material ilk dəfə tədqiqat predmetinə çevrilmişdir;
- XX əsrdə Azərbaycanda müasir ədəbi prosesin təhlili və tədqiqində, o 
cümlədən Naxçıvan ədəbi mühitinin yaradıcılıq axtarışlarının araşdırılıb 
ümumiləşdirilməsində regionda formalaşmış ədəbi tənqidin rolu, xidmətləri 
öyrənilmişdir; 
- Ədəbi tənqidin bədii əsərlərlə yanaşı, yeni yaranmış ədəbiyyatşünaslıq 
tədqiqatlarına münasibəti cari ədəbi prosesin tərkib hissəsi kimi nəzərdən 
keçirilmişdir; 
- XX əsrdə Naxçıvanda ədəbi tənqidin inkişafında əsas rol oynayan alim və 
tədqiqatçıların, həmçinin şair və yazıçıların bu yöndəki fəaliyyəti əhatəli şəkildə 
araşdırılmış, səciyyəvi məziyyətlər müəyyənləşdirilmişdir. 
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti.
Dissertasiya özünəməxsus elmi-
nəzəri və praktik əhəmiyyətə malikdir. Bu dissertasiyadan Azərbaycan ədəbi tənqid 
tarixinin XX əsr dövrünün yazılmasında, tədqiqi və tədrisində, həmin dövrə aid ali 
məktəb dərsliklərinin hazırlanmasında istifadə oluna bilər. Ədəbiyyatşünaslığımızda 
ədəbi tənqidlə bağlı tədqiqatlarda, o cümlədən ədəbi fikir tariximizin regional 
aspektlərdə öyrənilməsi sahəsində araşdırmalarda dissertasiyanın materiallarına 
istinad üçün müvafiq imkanlar vardır. Həmçinin XX əsr Azərbaycan ədəbiyyatının 
görkəmli nümayəndələrinin, o cümlədən Naxçıvan ədəbi mühitinin yetirməsi olan 
ayrı-ayrı sənətkarların yaradıcılığının dəyərləndirilməsində də bu dissertasiyaya 
istinad mümkündür. Naxçıvan ədəbi-elmi mühitinin inkişaf yolunun tədqiqi, ali 
məktəblərdə seçmə fənn səviyyəsində tədrisi üçün də bu dissertasiya müvafiq 
material verir.

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin