Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə4/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   2   3   4   5   6   7   8   9   ...   68
dis anar (1)

Tədqiqatın obyekt və predmeti.
Tədqiqatın obyekti XX əsrdə Naxçıvan 
regionunda yaranmış ədəbi tənqidi əsərlər, həmçinin ədəbiyyatşünaslıqda onlar 
haqqındakı dəyərləndirmələrdir. Tədqiqatın predmetini isə XX əsrdə Naxçıvanda 
ədəbi tənqidin inkişaf yolu, mərhələləri, tendensiyaları, yaradıcılıq problemləri, əsas 
nümayəndələrinin fəaliyyəti, bütün bunların Azərbaycan ədəbiyyatının və ədəbi 
dilinin yüksəlişində rolu təşkil edir. 
Tədqiqatın məqsədi və vəzifələri.
Dissertasiyada əsas məqsəd XX əsrdə 
Azərbaycan ədəbi fikrinin tərkib hissəsi kimi Naxçıvanda ədəbi tənqidin zəngin, 
çoxşaxəli inkişaf yolunu hərtərəfli şəkildə araşdırmaqdır. Bunun üçün aşağıda 
göstərilənlər dissertasiyada əsas vəzifə kimi qarşıya qoyulmuşdur: 



- XX əsrdə Naxçıvanda ədəbi fikrin inkişaf yolunun öyrənilməsi üçün müvafiq 
qaynaqları elmi dövriyyəyə gətirmək, ədəbi tənqidin başlıca təzahür formalarını, əsas 
inkişaf mərhələlərini, xüsusiyyətlərini, yaradıcılıq axtarışlarını, Azərbaycanda, o 
cümlədən Naxçıvanda ədəbi prosesin təhlil olunub qiymətləndirilməsində rolunu, bu 
zaman istinad etdiyi nəzəri-estetik və ideoloji prinsipləri araşdırmaq, bədii əsərlərə 
yanaşma üsullarını müəyyənləşdirmək;
- XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında baş verən 
keyfiyyət dəyişikliklərinin, yeniləşmə hərəkatının tərkib hissəsi kimi Naxçıvan ədəbi 
mühitindəki analoji proseslər kontekstində ədəbi tənqidin təşəkkülünü, söz sənətinin 
vaxtı keçmiş epiqonçu ənənələrdən uzaqlaşaraq müasir tələblər əsasında inikişafa 
yönləndirilməsində səylərini aydınlaşdırmaq, bu prosesdə mühüm xidmətlər 
göstərmiş ədiblərin müvafiq əsərlərini təhlil edib dəyərləndirmək; 
- 1920-1940-cı illərdə Azərbaycan ədəbi tənqidinin yeni ideoloji tələblər, 
sosioloji doktrinalar əsasında formalaşmasını, üzləşdiyi çətinlikləri, inkişafın başlıca 
problem, istiqamət və tendensiyalarını Naxçıvandakı ədəbi tənqidin timsalında 
araşdırmaq, bu mərhələdə müxtəlif müəlliflər tərəfindən yazılmış ədəbi tənqid 
nümunələrinin tematika və problematikasını aydınlaşdırmaq;
- XX əsrin ikinci yarısında muxtar respublikada ədəbi mühitin ümumi səciyyəsi 
kontekstində ədəbi fikrin əsas inkişaf mərhələlərini müəyyənləşdirmək, 1950-1960-
cı, xüsusən 1970-1980-ci illərdə Azərbaycan ədəbiyyatının yaradıcılıq axtarışlarına 
ədəbi tənqidin münasibətini çoxsaylı və müxtəlif səpkili materialların əsasında 
hərtərəfli şəkildə tədqiq etmək; 
- Azərbaycanın müstəqilliyi dövründə Naxçıvanda ədəbi tənqidin milli əsaslar 
üzərində yeni inkişaf mərhələsinə qovuşmasını şərtləndirən başlıca faktorları, 
səciyyəvi ədəbi-tənqidi əsərləri bu aspektdə elmi baxımdan qiymətləndirmək;
- XX əsrin ikinci yarısında Naxçıvan Muxtar Respublikasında ədəbi tənqidin 
inkişafında xidmətləri olan tənqidçi və ədəbiyyatşünasların, həmçinin şair və 
yazıçıların mətbuatda və kitablarda nəşr olunmuş müvafiq əsərlərini sistemləşdirərək 
təhlil etmək, ədəbi prosesin qiymətləndirilməsində onların rolunu nəzərdən keçirmək; 


10 
- Naxçıvanda ədəbi tənqidin və ədəbiyyatşünaslığın inkişafı naminə yarım 
əsrdən çox səmərəli fəaliyyət göstərmiş professor Yavuz Axundlunun ədəbi-tənqidi 
məqalələrini, rəy və resenziyalarını, müasir ədəbi proseslə bağlı kitablarını təhlilə 
cəlb etmək, onların tematik əhatəsini, elmi siqlətini və əhəmiyyətini aydınlaşdırmaq; 
- Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rolu olan akademik İsa 
Həbibbəylinin çoxşaxəli ədəbi-tənqidi əsərləri ilə 1970-1990-cı illər Azərbaycan 
filoloji fikrinin zənginləşməsində xidmətlərini araşdırıb ümumiləşdirmək, müasir 
ədəbi prosesə, onun aparıcı nümayəndələrinin yaradıcılığına həsr edilmiş ədəbi-
tənqidi məqalələrinin və monoqrafik tədqiqatlarının əsas elmi məziyyətlərini, 
respublikamızda 
yeni 
nəzəri-estetik 
düşüncənin 
formalaşmasında 
rolunu 
müəyyənləşdirmək və s. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin