Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə36/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   32   33   34   35   36   37   38   39   ...   68
dis anar (1)

“Son onilliklərdə Şərurda ədəbi inkişaf xüsusi vüsət almış, burada həm 


77 
ədəbi təşkilatlanma, həm də çap məhsullarının kəmiyyət və keyfiyyəti yeni bir 
yüksəliş mərhələsinə qədəm qoymuşdur... Hazırda Şərur rayonunda bir çox istedadlı 
şair və nasir yaşamaqdadır ki, onların əsərləri ideya-bədii dəyəri ilə rəğbət doğurur”
[49,s.3].
 
Kitabın ilk bölməsində S.Eyvazov Şərur ədəbi birliyinin 1968-ci ildə rayonda 
nəşr olunan “İşıqlı yol” qəzetinin nəzdində “Şərur qönçələri” adıyla başladığını 
bildirmiş, onun keçdiyi inkişaf yoluna müfəssəl nəzər salmışdır. Şair Altay 
Tağızadənin başçılığı ilə ilk addımlarını atan birliyə müxtəlif vaxtlarda şairlərdən 
Budaq Təhməz, Vaqif Məmmədov rəhbərlik etmişlər. Hazırda birliyin rəhbəri 
tanınmış şair İbrahim Yusifoğludur. S.Eyvazov kitabda birliyin yetirməsi olan, 
əsərləri burada dinlənilib müzakirə edilən Altay Tağızadə, Budaq Təhməz, Telman 
Qəhrəmanov, Vaqif Məmmədov, İbrahim Yusifoğlu, Kəmaləddin Qədim, İnqilab 
Orxan, Rafiq Oday, Allahverdi Aqil və digər tanınmış imzaların Şərurdakı yaradıcılıq 
fəaliyyətini ədəbi-tənqidi baxımdan ümumiləşmiş şəkildə dəyərləndirmişdir.Şərurlu 
yazarların əsərlərindən ibarət “Günəş Şərurdan keçir”, “İlhamla çağlayır Şərur bu gün 
də” və digər almanaxlar barədə də müvafiq məlumat verilmişdir. 
Naxçıvanda teatr tənqidi də inkişaf etmişdir. 1950-1980-ci illərdə H.Razi 
Naxçıvan teatrında tamaşaya qoyulan bir çox pyeslərin səhnə təcəssümü barədə 
maraqlı resenziyalar da dərc etdirib. C.Məmmədquluzadənin “Ölülər”, H.Cavidin 
“Şeyx Sənan”, Z.Xəlilin “Qatır Məmməd”, S.Rəhmanın “Əliqulu evlənir”, “Toy”,
M.İbrahimovun “Kəndçi qızı”, “Yaxşı adam”, B.Vahabzadənin “Yağışdan sonra”, 
“Fəryad” və s. tamaşalar haqqındakı rəylər bu qəbildəndir. Təsəvvür tamlığı üçün 
H.Razinin bir teatr resenziyasına nəzər salaq. 
1987-ci ildə Naxçıvanda Hüseyn Cavid poeziya teatrında əməkdar artist Vaqif 
Əsədovun görkəmli şair Məmməd Arazın əsərlərindən seçilmiş parçalar əsasında
hazırladığı “Azərbaycan-dünyam mənim” adlı musiqili-ədəbi kompozisiya böyük 
uğurla tamaşaya qoyulmuşdu. Şair-tənqidçi Hüseyn Razi “Təravətli poeziya çələngi” 
resenziyasında [211]
 
tamaşanın əsas ideya-bədii mündəricəsini açıqlamış, rejissor işi, 
aktyor oyunu və s. barədə də fikirlərini bölüşmüşdü. Xüsusən bədii mətnin 
sistematikliyi, məna yükü barədə deyilənlər maraq doğurur: 
“Tamaşa M.Arazın 


78 
uşaqlıq və gənclik illəri, ata ocağı, ana mehri ilə çox əlaqədar olsa da, bütöv bir 
sənət çələngi kimi müdrikləşən poeziyanın coğrafiyasını, etik, estetik və fəlsəfi 
dünyasını gözlərimiz önündə canlandırır. Şairin açdığı və açmaq istədiyi dərin məna 
çalarlarının, mətləblərin şərhinə çox diqqət yetirildiyi üçün maraqlı fabula, inkişaf 
xətti, təsvir və tərənnüm imkanları yaranmışdır”.
Resenziya müəllifi ədəbi 
kompozisiyanın ruhunda kədərli ovqatın həddən artıq dərinliyinə zərurət olmadığını 
da vurğulamışdır. 
1980-1990-cı illərdə teatrşünas Cəlil Vəzirov müntəzəm şəkildə teatr 
resenziyaları ilə çıxış edib. Tənqidçi və ədəbiyyatşünaslardan Y.Axundlunun, 
İ.Həbibbəylinin və bəzi digərlərinin də müxtəlif vaxtlarda teatr tamaşaları barədə 
resenziyalar yazması diqqəti çəkir.Teatr resenziyalarının mühüm bir qismi bilavasitə 
naxçıvanlı müəlliflərin (H.İbrahimov, H.Razi, Ə.Yusifli, A.Qasımov, K.Ağayeva və 
s.) səhnəyə qoyulmuş əsərləri barədədir. Məsələn, şairə-dramaturq Kəmalə 
Ağayevanın “Arxalı dağlar” resenziyası (“Şərq qapısı” q., 1971, 23 may) H.Razinin 
eyniadlı pyesinin Naxçıvan teatrında tamaşası ilə əlaqədar yazılıb. Belə nümunələr 
çoxdur. 
Məlumdur ki, ədəbi tənqid müasir ədəbi prosesi izləyərək, təhlil edib uğur və 
qüsurları, 
səciyyəvi 
inkişaf 
tendensiyalarını 
müəyyənləşdirir, 
müvafiq 
dəyərləndirmələr aparır. Əslində ədəbi proses poeziya, nəsr, dramaturgiya və s. 
sahələrlə ilə yanaşı, geniş mənada həm də yeni yaranmış ədəbiyyatşünaslıq əsərlərini 
də əhatə edir. Ədəbiyyatşünas Arif Məmmədov “Ədəbi-bədii tənqid və 
ədəbiyyatşünaslıq” məqaləsində məsələni belə şərh edir
: “Müasir ədəbi prosesin 
perspektivi tənqid və ədəbiyyatşünaslıq arasındakı mövcud qarşılıqlı əlaqənin 
möhkəmlənməsini, onların təxminən sintez təsiri bağışlayan yaxınlaşmasını tələb 
edir”
[53,s.154]. Professor Rafiq Yusifoğlu “Müasir ədəbi proses və ədəbi tənqid” 
kitabında yazır: 
“Yeni bədii ədəbiyyat nümunələrinin yaranması ilə bərabər, ədəbi 
tənqidin, ədəbiyyatşünaslığın da paralel şəkildə inkişafından söhbət açmaq zərurəti 
meydana çıxır”
[253, s.209].
 
Yəni ədəbi prosesin üzvi tərkib hissəsi kimi tənqid və ədəbiyyatşünaslıq 
sahəsində yeni yaranmış əsərlərə də üz tutmaq lazım gəlir. Təsadüfi deyil ki, hələ 


79 
1970-80-ci illərdə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu 
tərəfindən hazırlanmış “Ədəbi proses” seriyasından olan məcmuələrdə ilin ədəbi 
yekunları sırasında tənqid və ədəbiyyatşünaslıq bölməsi də yer alırdı. Hətta ədəbi 
tənqidin ən işlək janrlarından sayılan resenziyalar barədə söz açılarkən bədii 
nümunələrlə yanaşı, ədəbiyyatşünaslıq əsərlərinə həsr olunmuş resenziyalar da 
təhlilə cəlb edilirdi. Məsələn, tanınmış tənqidçilər Yaşar Qarayevlə Şamil 
Salmanovun “Ədəbi proses-79” toplusunda tənqidə dair icmal məqaləsində 
oxuyuruq: 
“Nəzərdən keçirdiyimiz ildə tənqidin ən geniş istifadə etdiyi janrlardan 
biri də resenziyalardır. Ümumiyyətlə, son illər Azərbaycan tənqidinin illik 
təsərrüfatında resenziya mühüm yer tutur. Nəsr və şeir kitablarına həsr olunmuş 
resenziyalar arasında müvəffəqiyyətli olanları az deyildir. Tənqid və 
ədəbiyyatşünaslıq əsərlərinə dair resenziyalarda haqqında bəhs olunan kitabların 
yalnız problemləri nəzərdən keçirilmir, həm də bu problemlərin nə səviyyədə 
işlənməsinə diqqət yetirilir...”
[52, s.161]. 
Buna görə də ədəbi tənqidin inkişaf tendensiyaları barədə tam və əhatəli elmi 
təəssürat üçün hesab edirik ki, onun ədəbiyyatşünaslıq sahəsindəki yeni əsərlərə, o 
cümlədən klassik irsin tədqiqi və nəşri sahəsindəki yeniliklərə münasibətini də 
araşdırmaq gərəkdir. Bu baxımdan iyirminci əsrin ikinci yarısında Naxçıvanda ədəbi 
tənqidin inkişaf yoluna nəzər salarkən zəngin materiallarla qarşılaşırıq. 
O da razılıq doğurur ki, Naxçıvanda ədəbi tənqidin çoxsaylı nümayəndələri 
təkcə muxtar respublikada deyil, bütövlükdə Azərbaycanda bədii ədəbiyyatla yanaşı, 
tənqid və ədəbiyyatşünaslığın da axtarışlarını, elmi yeniliklərini diqqətlə izləmiş, 
onları təhlil edib dəyərləndirmişlər. Muxtar respublikanın filoloqları bəzi xarici 
ölkələrdə ədəbiyyatımıza dair çapdan çıxmış mühüm tədqiqatları da izləmiş, onlar 
haqqında da ədəbi-tənqidi məqalələr yazmışlar. Nəhayət, tənqidçilərin bəzi 
məqalələrinin xaricdə nəşri həm də ədəbi fikrin geniş üfüqlərindən soraq verir. 
Hesab edirik ki, bu deyilənlər XX əsrin ikinci yarısında Naxçıvanda ədəbi 
tənqidin əsas inkişaf istiqamətləri barədə müəyyən təsəvvür yarada bilər. 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin