Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu


  2.2.XX əsrin ikinci yarısında Naxçıvanda ədəbi tənqidin nümayəndələri



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə37/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   33   34   35   36   37   38   39   40   ...   68
dis anar (1)

 


80 
2.2.XX əsrin ikinci yarısında Naxçıvanda ədəbi tənqidin nümayəndələri
İyirminci əsrin ikinci yarısında Naxçıvanda enişli-yoxuşlu, amma zəngin və 
çoxşaxəli yol keçən ədəbi tənqidin inkişafında xidmətləri olan əsas müəlliflərin 
fəaliyyətinə, səciyyəvi əsərlərinə müfəssəl nəzər salaq. 
İyirminci yüzilliyin ikinci yarısında Naxçıvan elmi-ədəbi mühitində Lətif 
Hüseynzadənin özünəməsus xidmətləri vardır. Akademik İsa Həbibbəylinin yazdığı 
kimi
: ”Tanınmış tədqiqatçı Lətif Hüseynzadə Naxçıvanda 30-50-ci illərin 
ədəbiyyatşünaslığını layiqli şəkildə təmsil etmişdir. O, sonralar daha yarım əsr də 
yaşayıb-yaatdı və elmimizin, maarifçilik işinin inkişafına sanballı töhfələr də verə 
bildi”
[94,s.523].
L.Hüseynzadə 1950-ci ildə satirik şair Əliqulu Qəmküsar haqqında namizədlik 
dissertasiyası müdafiə etmiş, 1959-cu ildə Ə.Qəmküsarın, 1966-cı ildə Cahanşah 
Həqiqinin əsərlərini kitab halında oxuculara çatdırmışdır. Həmin dövrdə Lətif 
Hüseynzadə İ,Nəsimi, M.C.Həqiqi, M.Füzuli, Ə.Nəzmi, C.Məmmədquluzadə, 
Heyran xanım, H.Cavid və digər ədiblər barədə mətbuatda məqalələr dərc 
etdirmişdir. Bunlarla yanaşı, o, müasir ədəbi mühitə də müəyyən diqqət yetirmiş, bəzi 
ədəbi-tənqidi məqalələr də qələmə almışdır. Məsələn, Lətif Hüseynzadənin 1950-ci 
ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “Bakının işıqları” məqaləsi maraqlı ədəbi 
tənqid faktı olmaqla şair Əli Tudənin həmin adla çapdan çıxmış kitabındakı əsərlərin 
ideya-bədii məziyyətlərini yığcam şəkildə əks etdirir [124].
1950-60-cı illərdə Naxçıvanda ədəbi tənqid sahəsində mərhum ədəbiyyatşünas 
İzzət Maqsudovun da müəyyən xidmətləri olmuşdur. O, daha çox ədəbiyyat tarixçisi 
kimi fəaliyyət göstərmiş, Eynəli bəy Sultanovun yaradıcılığı haqqında namizədlik 
dissertasiyası müdafiə etmiş, ədibin əsərlərini toplayıb 1966-cı ildə kitab şəklində 
oxuculara çatdırmışdır. Akademik İsa Həbibbəylinin haqlı qənaətinə görə, 
“Əslində 
İzzət Maqsudovun tədqiqatından sonra bir yazıçı və publisist kimi Eynəli bəy
Sultanovun varlığı geniş ictimaiyyətə bəlli olmuşdur”
 
[92, s.175].
İ.Maqsudov müasir ədəbi prosesin nailiyyətlərini də izləmiş, bu yöndə bəzi 
məqalələr və resenziyalar yazmışdır. 1960-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində 


81 
tanınmış nasir Süleyman Rəhimovun yaradıcılığından bəhs edən “Görkəmli 
ədib”[159] məqaləsi özünün elmi səviyyəsi ilə maraq oyadır. İ.Maqsudov altmış 
yaşı tamam olan yazıçının əsas sənət uğurlarını yığcam şəkildə ümumiləşdirmiş, 
xüsusən 
onun 
romanları 
barədə elmi-ədəbi dəyərləndirmələr aparmışdır. 
İ.Maqsudovun 1964-cü ildə yazdığı “Ömür yolları” resenziyası isə şair H.Razinin 
eyniadlı şeirlər kitabı barədədir [161]. Resenziyada kitabdakı şeirlərin mövzu-ideya 
və sənətkarlıq xüsusiyyətləri yüksək qiymətləndirilmişdir. İ.Maqsudov yazırdı:
“H.Razinin şeirləri gərgin yaradıcı əməyin məhsuludur. Özünə qarşı tələbkar olan 
müəllif hər sözü, hər misranı, hər bədii təsvir vasitəsini yerində işlətməyə çalışır və 
çox vaxt məqsədinə nail olur”. 
İ.Maqsudovun bu qənaətləri təsadüfi deyildi. Belə ki, H.Razinin “Ömür 
yolları” kitabı o zaman Azərbaycan ədəbi fikirin diqqətini çəkmiş, akademik, xalq 
yazıçısı Mirzə İbrahimov, şair-ədəbiyyatşünas Xəlil Rza və başqaları kitab barədə 
müsbət resenziyalar dərc etdirmişdilər. M.İbrahimov yazırdı
: “Onun (H.Razinin – 
A.A.) şeirlərindəki səmimiyyət oxucuda lirik qəhrəmana daxili bir məhəbbət və inam 
yaradır. Hiss edirsən ki, H.Razi ... boğazdan yuxarı söz demir, daxilən duymadığı,
valeh olmadığı obrazlar işlətmir. Yəni onun sazı saxta havalar çalmır”
[139].
Sonralar Bakıya köçüb “Şərqi-Rus” qəzetinin tədqiqatçısı kimi tanınan 
ədəbiyyatşünas Şövqi Novruzov 1950-ci illərin sonunda mətbuatda bəzi ədəbi-tənqidi 
məqalələr dərc etdirmişdir. Onun “Naxçıvanın ədəbi qüvvələri artır” məqaləsində 
[195] qədim diyarın yeni nəsil yazarlarının yaradıcılığına nəzər salınmış, “Baş 
tutmayan əməliyyat” resenziyasında isə naxçıvanlı yazıçı Cəmşid Əmirovun 1958-ci 
ildə çapdan çıxmış “Sahil əməliyyatı” povesti ədəbi-tənqidi baxımdan 
dəyərləndirilmişdir [194]. Mahiyyətcə detektiv əsər olan “Sahil əməliyyatı”nı 
Ş.Novruzov cinayətkarların, düz yoldan azanların ifşası, qanunçuluğun aliliyi 
kontekstində nəzərdən keçirmişdir. 
Şair Müzəffər Nəsirlinin də ədəbi-tənqidi fəaliyyəti təqdirəlayiqdir. Akademik 
İsa Həbibbəylinin yazdığı kimi: 
“Müzəffər Nəsirli Böyük Vətən müharibəsindən 
sonra Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının rəhbəri kimi muxtar 
respublikada ədəbi mühitin yenidən canlandırılması üçün səy göstərmişdir. Naxçıvan 


82 
filia-lında müxtəlif ədəbi müzakirələr keçirilmiş, görüşlər təşkil olunmuşdur”
[94, 
s.439]. Bütün bunlar regionda ədəbi tənqidin də inkişafına rəvac vermişdir. 
M.Nəsirli 1950-1970-ci illərdə həm də bir sıra ədəbi-tənqidi məqalələr 
yazmışdır.
 
Onun 1963-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş 
“Bəzi qeydlər” məqaləsində Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsinin 
fəaliyyətindən, şöbə ətrafında cəmləşmiş sənətkarların (H.İbrahimov, H.Razi, 
Ə.Yusifli, A.Kəmalə, H.Fətullayev və s.) yaradıcılığından söz açılır [188].
 
Müzəffər 
Nəsirlinin 1965-ci ilin iyun ayında Bakıda Naxçıvan Muxtar Respublikası ədəbiyyat 
və incəsənət həftəsinin keçirilməsi ilə əlaqədar yazdığı “Biz Bakıya nə ilə gəlirik?” 
(“Ədəbiyyat və incəsənət” q.,1965, 12 iyun),

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin