Azərbaycan respublikasi əlyazması hüququnda


siyasət  fəaliyyətində  Mərkəzi  Asiyanın  türkdilli  dövlətləri  ilə



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   ...   7   8   9   10   11   12   13   14   ...   19
AVTOREFERAT

siyasət  fəaliyyətində  Mərkəzi  Asiyanın  türkdilli  dövlətləri  ilə 

əməkdaşlıq istiqamətləri» adlanır  və üç  yarımfəsildən ibarətdir. Fəslin 

«Azərbaycan  Respublikasının  xarici  siyasət  fəaliyyətinin  əsas 

istiqamətləri»  adlanan  1-ci  yarımfəslində  Аzərbаycаnın  хаrici  siyаsət 

strаtеgiyаsının  konkret  istiqamətləri  və  prinsipləri  müəyyənləşdirilir, 

ikitərəfli  və  çoxtərəfli  əlaqələr  kontekstində  Azərbaycanın  region  və 

regiondankənar dövlətlərlə münasibətləri, habelə beynəlxalq və regional 

təşkilatlarla  əməkdaşlığı  sahəsində  məsələlər  tədqiq  edilir.  Azərbaycan 

xalqının  Ümummilli  lideri  Heydər  Əliyevin  həyata  keçirdiyi  balanslı 

xarici siyasətin mahiyyətinə aydınlıq  gətirilir, göstərilir ki, məhz bu 

siyasət  nəticəsində  Аzərbаycаn  dövlətinin  strаtеji  mаrаqlаrını 

rеgiоndа  ciddi  mаrаqlаrı  оlаn  və  rеgiоnа  rеаl  təsirеtmə  imkаnlаrına 

malik  olan  bеynəlхаlq  güc  mərkəzlərinin  mаrаqlаrı  ilə  uzlаşdırmаq 

mümkün olmuşdur.  

Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi 

xarici  siyasət  strategiyası  Ulu  öndər  Heydər  Əliyevin  xarici  siyasət 

strategiyasının  uğurlu  davamıdır  ki,  Azərbaycan  beynəlxalq  aləmdə 

bir-birinin  ardınca  böyük  nailiyyətlər  əldə  etməyə  davam  edir.  Belə 

ki,  2011-ci  il  oktyabrın  24-də  keçirilən  seçkilərdə  Azərbaycan  155 

ölkənin  dəstəyini  qazanaraq,  növbəti  il  üçün  Birləşmiş  Millətlər 

Təşkilatının  (BMT-nın)  Təhlükəsizlik  Şurasına  qeyri-daimi  üzv 

olmuş, 2016-cı ildə isə BMT Baş Məclisində keçirilmiş səsvermədə 

iştirak edən 184 üzv dövlətdən 176-nın səsini əldə edən Azərbaycan, 

2017-2019-cu  illər  üçün  BMT-nin  İqtisadi  və  Sosial  Şurasına  üzv 

seçilmişdir.  Bundan  əlavə  2011-ci  ildən  Qoşulmama  Hərəkatının 




13 

 

üzvü  olan  Azərbaycan,  25-26  oktyabr  2019-cu  il  tarixində  Bakıda 



keçirilmiş  18-ci  dövlət  və  hökümət  başçılarının  Zirvə  Görüşünə  ev 

sahibliyi etmişdir. Həmin Zirvə Görüşü ilə Azərbaycan, 2019-2022-

ci  illər  üçün  Hərəkatın  sədri  seçilmiş  və  özünün  bu  missiyasını 

uğurla  reallaşdırır.  Azərbaycanın  beynəlxalq  yarışlarda,  idmanın 

müxtəlif  sahələrində  nailiyyətləri  getdikcə  artır.  Xüsusilə,  Bakının 

dünya  üzrə  mühüm  beynəlxalq  yarışların  keçirildiyi  mərkəzə 

çevrilməsi  Azərbaycanın  beynəlxalq  nüfuzuna  özünün  müsbət 

təsirini göstərir. 

Fəslin  «Azərbaycan  Respublikasının  Mərkəzi  Asiyanın 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin