11
- Azərbaycan Respublikasının Mərkəzi Asiyanın türkdilli
dövlətləri ilə əlaqələrini şərtləndirən amillərə tarix, dil, din, ənənələr
və s. aid etmək olar.
- Azərbaycan Respublikası ilə Mərkəzi Asiyanın türkdilli
dövlətləri arasında diplomatik-siyasi əlaqələrin inkişafı perspektivlərinin
təhlili bu münasibətlərin uğurla davam edəcəyini göstərir.
- Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası, Parlament
Assambleyası və TÜRKSOY-un türkdilli ölkələr arasında siyasi-
iqtisadi-mədəni münasibətlərin inkişafında rolu böyükdür.
- Azərbaycan Respublikasının Mərkəzi Asiyanın türkdilli
dövlətləri ilə enerji sahəsindəki əməkdaşlığı həm ikitərəfli əlaqələrin
daha da inkişaf etdirilməsi üçün, həm də Qərb ölkələri ilə
inteqrasiyasının təmin edilməsində əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: