М.: Книга и бизнес, - 2002. - c. 327; Жилтсов, С. Геополитическое влияние
России в Каспийском регионе // Центральная Азия и Кавказ,- 2004. №4, -
9
Bu məqsədə nail olmaq üçün dissertasiyada aşağıdaki tədqiqat
vəzifələri müəyyən edilmiş və yerinə yetirilmişdir:
-Azərbaycanın Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə olan
siyasi, iqtisadi və hümanitar əlaqələri prosesinin nəzəri əsaslarını və
Azərbaycan Respublikasının xarici siyasət prinsiplərini müəyyən
etmək;
-Müstəqilliyin əldə olunmasından sonra Azərbaycanın Mərkəzi
Asiyanın türkdilli dövlətləri ilə münasibətlərinin inkişaf mərhələlərini
tədqiq etmək;
-Azərbaycan Respublikasının Mərkəzi Asiyanın türkdilli
dövlətləri ilə ikitərəfli diplomatik-siyasi əlaqələrinin qurulması və
inkişafinı tədqiq etmək, regional və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın istiqamətlərini araşdırmaq;
-Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə Azərbaycanın iqtisadi
əlaqələrini təhlil etmək və bu əməkdaşlığın inkişafında neft amilinin
əhəmiyyətini açıb göstərmək;
-Mərkəzi Asiyanın türkdilli dövlətlərinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eləcə də İkinci Qarabağ
müharibəsi dövründə mövqelərini tədqiq etmək;
-Azərbaycanın Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə humanitar-
mədəni sahələrdə əməkdaşlıq istiqamətlərini və formalarını təhlil etmək.
Dostları ilə paylaş: