Mövzunun işlənmə dərəcəsi. Azərbaycanda müstəqillik
illərində mövzu ilə bağlı məqalələr, araşdırmalar, kitablar dərc edilsə
də, Mərkəzi Asiyanın türkdilli ölkələri ilə əlaqələrin yaxın keçmişini
əhatə edən və bu əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrini
kompleks araşdıran elmi işlərə təsadüf edilmədiyi üçün mövzunun
işlənilməsinə ehtiyac yaranmışdır.
Mövzu ilə bağlı diqqəti çəkən tədqiqatlardan biri M.Qasımlının
“Azərbaycan Respublikasının Xarici Siyasəti (1991-2003)” adlı
kitabıdır. Kitab Azərbaycan Respublikasının diplomatiya tarixinin
1991-2003-cü illərinin öyrənilməsinə həsr olunmuşdur
4
.
A.Abbasbəyli 2011-ci ildə nəşr olunan “Dünya siyasəti”
dərsliyində dünya siyasəti ilə bağlı ümumi məlumat verdiyi
fəsillərdən sonra Avropa, Qafqaz, Asiya və Amerika regionlarında
aparılan geostrategiya məsələlərini araşdırır
5
.
S.Ruintən “Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr
sistemində” adlı monoqrafiyasında Azərbaycanın türkdilli dövlətlərlə
olan siyasi əlaqələrinin ilk onillik tarixini tədqiq edir
6
.
Tədqiqatçılardan Ə.Əhmədоv 2009-cu ildə nəşr olunan “Аzərbаycаn
bеynəlхаlq münаsibətlərdə (Türkdilli dövlətlərlə əlaqələr ХХ əsrin 90-cı
illəri)” adlı monoqrafiyasında ХХ yüzilliyin 90-cı illərində Аzərbаycаn
Rеspublikаsının türkdilli dövlətlərlə münаsibətlər tаriхini araşdırır
7
.
4
Qasımlı, M. Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003). [2 hissədə] /
M.Qasımlı. - Bakı: Mütərcim, - c. 2. – 2015. - s. 12.
5
Abbasbəyli, A. Dünya siyasəti / A.Abbasbəyli. - Bakı: Nurlar nəşriyyat, - 2011. –
s. 425-433.
6
Ruintən, S. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr sistemində (XX əsrin
90-cı illəri) / S.Ruintən. - Bakı: Adiloğlu nəşr, - 2005.
7
Əhmədоv, Ə. Аzərbаycаn bеynəlхаlq münаsibətlərdə (Türkdilli dövlətlərlə əlaqələr
ХХ əsrin 90-cı illəri) / Ə.Əhmədоv. - Bаkı: Еlm və təhsil, - 2009. – s. 8-10.
6
Mövzu ilə bağlı aparılan tədqiqatlardan E.Hacalıyevin
“Azərbaycan Respublikası və Orta Asiyanın türk dövlətləri arasında
siyasi münasibətlər” adlı dissertasiya işində türkdilli dövlətlərin siyasi
inkişaf prosesi
8
; G.Babayevanın “Azərbaycanın türkdilli dövlətlərlə
münasibətlərinin inkişafında siyasi əlaqələrin rolu” adlı dissertasiya işində
isə Xəzər hövzəsində yaranmış yeni geosiyasi şəraitdə siyasi münasibətlər
elmi-praktiki baxımdan araşdırılır
9
.
Mövzu ilə bağlı diqqəti çəkən tədqiqatlardan biri C.Feyziyevin,
“Türk dövlətləri birliyi, qlobal inteqrasiyanın Avrasiya modeli” adlı
kitabıdır. Kitab türk dünyasının taleyi ilə bağlı aktual bir problemə-
Türk dövlətləri birliyinin yaradılması zərurətinə həsr olunur
10
.
Azərbaycan Respublikasının xarici siyasətində Mərkəzi Asiyanın
türkdilli dövlətləri ilə əməkdaşlığı məsələlərini əhatə edən işlər arasında
2017-ci ildə nəşr olunan “Azərbaycan Respublikasının xarici siyasətinin
əsas istiqamətləri (1991-2016)” adlı məqalələr toplusu ciddi bir elmi-
siyasi dəyərə malikdir
11
.
Həmçinin tədqiqatçılardan N.Məmmədov, Ə.Muxtarova,
H.Məmmədova və digərlərinin əsərlərində mövzu ilə bağlı
problemlər öz ifadəsini tapmışdır
12
.
Türkdilli dövlətlər arasında əməkdaşlıq məsələlərini əhatə edən
elmi işlər təkcə azərbaycanlı tədqiqatçılar tərəfindən deyil, eyni
8
Hacalıyev, E. Azərbaycan Respublikası və Orta Asiyanın türk dövlətləri arasında siyasi
münasibətlər: / siyasi elmlər namizədi alimlik dissertasiyası) / - Bakı, 2005. - 164 s.
9
Babayeva, G. Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin inkişafında siyasi
əlaqələrin rolu: / siyasi elmlər üzrə fəlsəfə doktoru dissertasiyası ) / - Bakı, 2014. -
s. 42-43.
10
Feyziyev, C. Türk dövlətləri birliyi Qlobal inteqrasiyanın Avrasiya modeli, Bakı:
Şərq-Qərb, 2013. – s. 26-27.
11
Qəribov, A. Azərbaycan–Mərkəzi Asiya münasibətləri // Azərbaycan
Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016) /məqalələr
toplusu / - Bakı: Poliart MMC, - 2017. - s. 299-300
12
Məmmədov, N. Xarici siyasət: reallıqlar və gələcəyə baxış / N. Məmmədov. -
Bakı: Qanun nəşr., - 2013. - 264 s.; Muxtarova, Ə. Türk xalqlarının tarixi (Qədim
dövr və orta əsrlər) / Ə. Muxtarova. –Bakı: TTM,- 2002. – 386 s.; Məmmədova, H.
Azərbaycan Respublikasının Xarici Siyasətində Ermənistan Azərbaycan Dağlıq
Qarabağ Münaqişəsi / H. Məmmədova. – Bakı: Elm, - 2009. - 359 s.
7
zamanda
Türkiyədən,
Qazaxıstandan,
Özbəkistandan
və
Qırğızıstandan olan araşdırmacılar tərəfindən də öyrənilmişdir.
Türk müəlliflərindən İ.Doğan “Ulusal ve uluslararası alanda
değişen algılar” adlı elmi məqaləsində türk dövlətlərinin qarşı-
qarşıya olduqları struktur problemlərinə diqqət yetirir
13
.
J.Sobirov, “Türkdilli dövlətlər arasında beynəlxalq əlaqələr”
adlı məqaləsində 160 milyon əhalisi olan, iqtisadiyyatlarının ümumi
daxili məhsulu 1 trilyon 150 milyard dolları keçən türkdilli ölkələrin
“Böyük turan” adı altında vahid mərkəzləşmiş bir dövlət
yaradılmadan da birləşə bilməsinin əhəmiyyətini vurğulayır
14
.
Z.Baizakova, “Mərkəzi Asiyada sərhəd məsələləri: mövcud
münaqişələr, mübahisələr və güzəştlər” adlı elmi məqaləsində Sovet
İttifaqının süqutundan sonra Mərkəzi Asiyanın türkdilli dövlətləri
arasında yaranan sərhəd mübahisələrinə toxunur
15
.
Həmçinin tədqiqatçılardan H.Alkan, Ş.Akıner, M.Laumulin,
F.Aminjonov və başqalarının əsərləri türkdilli dövlətlər arasındaki
əməqdaşlıq məsələlərinə və regionu əhatə edən mövzulara həsr
edilmişdir
16
.
Qeyd edək ki, ümumiyyətlə Xəzər hövzəsi öz geosiyasi
əhəmiyyətinə və zəngin karbohidrogen ehtiyatlarına görə, dünya
siyasətində mühüm rol oynamaqda davam edəcəkdir. Təsadüfi deyil ki,
13
Doğan, İ. Ulusal ve uluslararası alanda değişen algılar // Küreselleşme ve Türk
Dünyası Değerlendirmesi Bölgesel ve Küresel Politikalarda Orta Asya (Edt. Savaş
Kafkasyalı) /- Ankara-Türkistan: Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak
Üniversitesi, - 2012, - s. 242-245.
14
Sobirov, J. International relations between turkic speaking states // The American
journal of political science law and criminology, - 2020, 2(12), - p. 146.
15
Baizakova, Z. Border issues in central asia: current conflicts, controversies and
compromises // Revista UNISCI / UNISCI Journal, -2017, No: 45, - p. 223.
16
Alkan, H. Orta Asya türk Cumhuriyetlerinde siyasal hayat ve kurumlar /
H.Alkan. - Ankara:USAK yayınları, -2011. - 466 s.; Akıner, S. Kazakhstan’s
relations with the South Caucasian states // Caucasus International, - Spring 2012.
2(1), - p.157-175.; Laumulin, M. Limits and opportunities of Eurasian integration /
International science complex “Astana”, http://isca.kz/ru/analytics-ru/3247;
Aminjonov, F. Central Asian Regional Economic Cooperation Program as Driver
of Regional Energy Projects to Promote Energy Security in the Post Soviet Central
Asia // Post-Soviet Issues, - 2019, 6(1), - p. 53-64.
8
Qərb və Rusiya politoloji fikri regionda gedən prosesləri daim gündəmdə
saxlamaqdadırlar. Belə ki, A.Duqin, S.İ.Çernyavski, S.Jiltsov,
M.M.Lebedeva və başqalarının əsərləri türkdilli dövlətlərin siyasi-
iqtisadi inkişafı və Rusiyanın region siyasətinin konturlarının
müəyyənləşdirilməsi kimi məsələlərə həsr edilmişdir
17
.
Qərb tədqiqatcılarıdan R.Pomfret, “Orta Asiya ölkələrinin
iqtisadiyyatları” adlı kitabında keçmiş Sovet İttifaqındaki Mərkəzi
Asiya ölkələrinin iqtisadiyyatının xüsusiyyətlərini araşdırır
18
.
B.Shaffer “Müstəqillikdən sonra Azərbaycanın xarici siyasəti”
adlı məqaləsində Azərbaycan xarici siyasət strategiyasına diqqət
yetirir
19
.
Bununla belə, mövzu ilə bağlı elmi ədəbiyyatın təhlili və
dəyərləndirilməsi göstərir ki, bu sahədə boşluqların doldurulması və
ümumiləşdirmələrin aparılması üçün əsaslı və kompleks tədqiqat
işlərinə ehtiyac vardır.
Dostları ilə paylaş: |