Türkmenistan ile Azerbaycan 20’den fazla anlaşma imzaladı: [Elektron resurs] –
Qasımlı, M. Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003): [2 cilddə] /
18
əməkdaşlığı» adlanan 2-ci yarımfəslində Azərbaycan Respublikasının
Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə regional və beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığı araşdırılır. Burada qeyd edilir ki, müstəqillikdən
sоnrа pоstsоvеt məkanının türkdilli rеspublikаlаrı iqtisаdi, siyasi və
ictimаi sahələrdə охşаr prоblеmlərlə qarşılaşmışlardır. Ona görə də ilk
vахtlаr Аzərbаycаn Rеspublikаsının Mərkəzi Аsiyаnın türkdilli dövlətləri
ilə əlаqələri əsаsən bеynəlхаlq və rеgiоnаl təşkilаtlаr çərçivəsində
kеçirilən tədbirlərdə birgə iştirаk еtməkdən ibarət olmuşdur.
Bu yarımfəsildə türkdilli dövlətlərin üzv olduğu Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Türkdilli Ölkələrin
Parlament Assambleyası (TürkPa) çərçivəsindəki əməkdaşlığın
əhəmiyyəti araşdırılır və qeyd edilir ki, bu qurumlar müstəqil türk
respublikaları arasında münasibətlərin genişləndirilməsi və inkişaf
etdirilməsində böyük rol oynamaqdadırlar. Belə ki, 2009-cu ilin
oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda
keçirilmiş IX Zirvə görüşü türk dövlətlərinin birliyi istiqamətində
mühüm addım olmuşdur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və
Türkiyə dövlət başçıları tərəfindən imzalanmış Naxçıvan Sazişi ilə
hökümətlərarası təşkilat olan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası
(Türk Şurası/ TDƏŞ) qurulmuşdu. Məhz bu tarixdən etibarən də üzv
ölkələrin dövlət başçıları tərəfindən hər il Zirvə Görüşü keçirilməyə
başlanmışdır. Yarımfəsildə xüsusilə 2018 və 2019-cu ildə keçirilən
TDƏŞ görüşləri haqda gəniş təhlillər aparılmışdır. Elə ki, 3-6 sentyabr
2018-ci il tarixində Qırğızıstanda keçirilən Zirvə görüşünə Özbəkistanın
“fəxri qonaq” olaraq qatılması türkdilli dövlətlərin bütövlüyünün
təmin edilməsi məsələsində əhəmiyyətli bir hadisə olmuşdur. TDƏŞ-
in 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Zirvə görüşündə
Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Qeyd edək ki, 10 aprel
2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin təşəbbüsü və sədrliyi ilə COVİD-19 pandemiyası ilə
mübarizəyə həsr olunmuş TDƏŞ-in fövqəladə Zirvə görüşü
videokonfrans formatında keçirilmişdir.
Həmçinin bu yarımfəsildə Türkdilli Ölkələrin Parlament
Assambleyası (TürkPA) çərçivəsində türkdilli dövlətlər arasındaki
əlaqələr araşdırılır və qeyd edilir ki, türkdilli dövlətlər arasında
əməkdaşlığın qanuni çərçivəsini, 2008-ci ilin oktyabrın 21-də Türkiyə,
19
Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında yaradılan TürkPA
formalaşdırır. TürkPA-nın keçirdiyi Plenar iclasların yekununda
qəbul edilən bəyannamələrdə Ermənistan-Azərbaycan,Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı da bəyanatlar verilir. TürkPA-nın 9-cu
Plenar İclası 2019-cu il 18 dekabrda Azərbaycan Respublikası Milli
Məclisinin ev sahibliyi ilə Bakıda keçirilmişdir. Görüşün əsas mövzusu
"Türk Dünyasında Parlament Diplomatiyası: Barış və Təhlükəsizlik
üçün Regional Əməkdaşlıqın Gücləndirilməsi” idi. Görüş zamanı
Qadın Parlament Qrupu və Gənc Parlament Qrupunun yaradılmasına
qərar verilmiş və Baş Assambleyanın sonunda Bakı Bəyannaməsi
qəbul edilmişdir
28
.
Dissertasiyanın III fəsli «İqtisadi və humanitar-mədəni
Dostları ilə paylaş: