RADİYASİYA TƏHLÜKƏLİ QƏZANIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜÇÜN QÜVVƏ VƏ VASİTƏLƏRİN HAZIRLANMASI Kimyəvi təhlükəli qəza nəticələrinin aradan qaldırılması vəzifəsi xalq təsərrüfatı obyektlərinin hərbiləşməmiş dəstələrinə, ixtisaslaşdırılmış dəstələrinə Mülki Müdafiə və Müdafiə Nazirliyinin qoşun hissələrinə həvalə olunmuşdur.
MM-in hərbiləşməmiş dəstələri ərazi istehsalat prinsipi üzrə əvvəlcədən yaradılır. Onların yaradılması dəstələrin şəxsi heyətlə komplektləşdirilməsindən, nəqliyyatla, xüsusi texnika və avadanlıqla təchiz edilməsindən, şəxsi heyətlərin müvafiq proqramlar üzrə hazırlığından (təlimindən) ibarətdir.
Dəstələrin təşkilatı strukturu və texniki təchizatı onların təyinatından, habelə bazası əsasında yaradıldıqları obyektdə istehsal prosesinin xüsusiyyətlərindən asılı olur. Bu zaman obyektin istehsalat xüsusiyyətləri ilə yanaşı, burada qəza nəticələrinin aradan qaldırılması işləri aparmaq üçün hansı müvafiq texnika və mexanizmlərin olması da nəzərə ahnır.
Mülki müdafiənin hərbiləşməmiş dəstələri elə hesablanıb şəxsi heyətlə komplektləşdirilir və texnika ilə təchiz edilir ki, onların xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb olunması obyektlərin istehsalat fəaliyyətini pozmasın.
Kimyəvi təhlükəli qəzaların nəticələrini aradan qaldırmaq üzrə vəzifələrin icrası üçün nəzərdə tutulan qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi zamanı dəstələrin komandir-rəis heyətinin seçilib yerləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu şəxslər nəinki yaxşı təşkilatçılıq bacarığına və yüksək iradi keyfiyyətlərə, həm də ixtisas biliklərinə və kimyəvi təhlükəli qəzaların aradan qaldırılması işləri üzrə mümkün qədər təcrübəyə malik olmalıdırlar.
İstehsalat prinsipi hərbiləşməmiş dəstələrin şəxsi heyətlə komplektləşdirilməsinin əsasını təşkil edir. Bu prinsip kollektivi tam halda saxlamağa, dəstələri qətiyyətlə və fasiləsiz idarə etməyə imkan yaradır.
Hərbiləşmiş dəstələr yaradarkən kimyəvi qəzalar zamanı bu ərazidə nə baş verə biləcəyi nəzərə alınmalıdır.
İstehsalat prinsipi hərbiləşməmiş dəstələrin şəxsi heyətlə komplektləşdirilməsinin əsasını təşkil edir. Bu prinsip kollektivi tam halda saxlamağa, dəstələri qətiyyətlə və fasiləsiz idarə etməyə imkan yaradır.
Hərbiləşmiş dəstələr yaradarkən kimyəvi qəzalar zamanı bu ərazidə nə baş verə biləcəyi nəzərə alınmalıdır.
Mülki müdafiənin hərbüəşməmiş dəstələri tabeliyindən asılı. olaraq müvafiq obyektin (şəhərin, rayonun) rəhbərinin sərəncamı əsasında hazır vəziyyətə gətirilir. Bunun üçün: dəstələrə xəbər verilməsi qaydası; şəxsi heyətin toplanış yeri və müddəti; nəqliyyatın, texnikanın və digər vasitələrin alınması qaydası, yeri və müddətləri; dəstələrin toplanması rayonu, onların hərəkət marşrutları və bu rayona gəlməsi müddətləri; dəstələrin hazırlığının yoxlanması qaydası və müddəti əvvəlcədən müəyyən edilir.
Obyektin (şəhərin, rayonun) mülki müdafiə rəhbəri xilasetmə və digər təxirəsalınmaz işlərin ehtimal edilən xarakterini və həcmini qiymətləndirməli, bunun əsasında yaradılacaq qüvvə və vasitələrin heyətini, sayını və texniki təchizatını müəyyən etməlidir. Kimyəvi təhlükəli qəzaları aradan qaldırmaq üçün dəstələrdə yanğınsöndürmə vasitələri və külli miq-darda sudaşıyan texnika, buldozerlər, tranşey- qazan maşınlar, uçqun qalıqlarını sökmək, müxtəlif enerji şəbəkələrində qəzaları ləğv etmək üçün vasitələr, xüsusi mülıafızə vasitələri, tabel deqazasiya maddələri ehtiyatları, eləcə də bu və ya digər QTKM deqazasiya etmək (neytrallaşdırmaq) üçün işlədilə bilən kimyəvi məhsullar və sənaye istehsalı tullantıları olmalıdır.
Mülki müdafiə dəstələrinin qarşısında duran vəzifələrin müvəffəqiyyətlə və vaxtında yerinə yetirilməsi xeyli dərəcədə onların komandir-rəis və bütün şəxsi heyətinin hazırlıq dərəcəsindən asılı olur.
Komandir-rəis heyətinin hazırlanmasının əsas metodları əməli məşğələlərdən, nümunəvi və təminatlı metodik məşğələlərdən, qruplar üzrə təlimlərdən və seminarlardan ibarətdir. Şəxsi heyətin əldə etdiyi nəzəri biliklər və əməli vərdişlər obyektlərdə keçirilən komandir qərargah təlimlərində vsı məşqlərində, eləcə də dəstələrlə keçirilən taktiki- ixtisas məşğələlərində və təlimlərində möhkəmləndirilir, təkmilləşdirilir. Komandir-rəis heyəti, əsasən, obyektlərdə keçirilən toplantılarda və plan üzrə məşğələlərdə öyrədilir, həmçinin mülki müdafiə kurslarında hazırlıq keçir və vəzifələrini müstəqil surətdə öyrənirlər.
Hərbiləşməmiş dəstələrin komandirləri dəstənin şəxsi heyətinin hazırlanması üçün məsuliyyət daşıyırlar. Dəstənin şəxsi heyətinin hazırlanması (öyrədilməsi) əhalinin mülki müdafiə üzrə ümumi məcburi minimum bilikləri proqramı həcmində ixtisas və taktiki-ixtisas hazırlığından ibarətdir.
QTKM istehsal edən, işlədən və ya saxlanılan müəssisələrdə, eləcə də belə maddələr daşınan nəqliyyat vasitələrində baş verən kimyəvi təhlükəli qəzalar dedikdə zədələnmiş qablardan, müəssisənin texnoloji avadanlıqlarından, yaxud nəqliyyat vasitəsindən zəhərli maddələrin kənara axması (atılması, səpilməsi) ilə müşayiət olunan qəzalar, habelə partlayış, yanğın, adamların və kənd təsərrüfatı heyvanlarının zəhərlənməsinə səbəb ola bilən digər hadisələr nəzərdə tutulur.
Dəstələrin hazırlıq dərəcəsini onların təlimlərdə əməli vəzifələrin yerinə yetirilməsinin yekunlarına və ya kimyəvi təhlükəl i qəza nəticələrinin aradan qaldırılması zamanı onların fəaliyyətinin yekunlarına görə təyin edirlər.
Dəstələrin hazırlığı üçün obyektlərin rəhbərləri məsuliyyət daşıyırlar. Bu iş üzrə üzrə əsas tələblər bunlardır: onların miiılki müdafiə vəzifələrini yerinə yetirməyə həmişə hazır saxlanması, şəxsi heyətin dəstənin təchizatmdakı texnika və cihazların, kimyəvi təhlükəli qəzaların aradan qaldırılmasının üsul və qaydalarını bilməsi.
Kimyəvi təhlükəli qəzaların nəticələrini aradan qaldırmaq üzrə işlərin təşkili qaydaları bu qəzaların miqyasından və nəticələrinin xarakterindən asıh olur.
Qəzaların miqyası - atmosferə (əraziyə) yayılan qəza təhlükəli kimyəvi maddələrin (QTKM) miqdarı ilə, habelə onun yayılması məkanı və zamanı, eləcə də zəhərlənmə təhlükəsinə məruz qalan əhalinin sağlığı və qoşunların (qüvvələrin) şəxsi heyətinin sayı ilə müəyyən edilir.
Bunların hamısı birlikdə, yəni qəzanın miqyası, kimyəvi zəhərlənmənin qoşunlara (qüvvələrə) və əhaliyə, habelə xalq təsərrüfatı obyektlərinə və ətraf mühitə təsirinin yekunları qəzanın nəticələrini təşkil edir.
QTKM -in yayıldığı sahələrin ölçülərinə və zəhərlənmənin nəticələrinə görə kimyəvi təhlükəli qəzaları üç növə ayırmaq təklif olunur: lokal (məhdud) qəzalar, yerli qəzalar və ümumi təhlükəli qəzalar.