Azərbaycan respublikasi gənclər və İdman naziRLİYİ


Mədəaltı vəzin hormonları hansılardır və onlar orqanizmdə hansı funksiyaları yerinə yetirirlər?



Yüklə 41,71 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü41,71 Kb.
#43487
1   2   3   4
MİKAYIL MİKAYILOV-BİOKİMYA KOLLEKVİUM 3

Mədəaltı vəzin hormonları hansılardır və onlar orqanizmdə hansı funksiyaları yerinə yetirirlər?

Bu vəzə xüsusi qrup hüceyrələr aid olub, Langerhans adacığı adlanır. Onlar daxili sekresiya vəzi hormonlarını qana buraxır. Langerhans adacığı üç cür hüceyrədən ibarətdir: α, β, γ. β-Hüceyrələr insulin hormonları hasil edir. α- Hüceyrələri qlükaqon hormonu ifraz edir. γ-Hüceyrələrinin funksiyası hələ indiyə qədər məlum deyildir. Ehtimal edilir ki, γ-hüceyrələri somatostatin hormonu ifraz edir. Bu isə boy əmələ gəlməsinə mane olur, bəzi həzmedici fermentlərdə iştirak edir.

  • Timus vəzin hormonları hansılardır və onlar orqanizmdə hansı funksiyaları yerinə yetirirlər?

Döş boşluğunda, traxeyanın qarşısında, iki ağciyər arasında olan daxili bir vəzidir. İki lobdan ibarətdir. Bu lobların ölçüləri bir-birindən fərqlənir. Bəzən isə bu 2 hissə bir-birinə bitişik ola bilər. İnsanda ölçüsü 3 yaşa qədər artır. Bu yaşdan sonra kiçilməyə başlayır. Üç yaşda çəkisi 10 qrama qədər olur. Beləliklə, 15 yaşınadək uşaqlarda olur. Sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur. Odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərindəndir. Yetkinlik yaşına çatmayan insanlarda bu vəzinin götürülməsi orqanizmin inkişafını gecikdirir. Yetkin insanda isə kiçilməməsi normal deyil. Çəngələbənzər vəzi immun sisteminin formalaşmasında mühüm rol oynayır.
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin