Azərbaycan respublikasi gənclər və İdman naziRLİYİ


Hormonların fermentlərin sintezində rolu necədir?



Yüklə 41,71 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü41,71 Kb.
#43487
1   2   3   4
MİKAYIL MİKAYILOV-BİOKİMYA KOLLEKVİUM 3

Hormonların fermentlərin sintezində rolu necədir?

″Hormon″ sözü – yunanca ″hərəkətə gətirmək″ deməkdir. Hormon termini 1905-ci ildə E. Starlinq tərəfindən elmə daxil edilmişdir.

Xüsusi üzv və toxumalarda hazırlanaraq, qana və limfaya ifraz edilən, hazırlandığı yerdən kənarda orqanizmin müxtəlif üzvlərinin funksiyasına təsir göstərən spesifik bioloji fəal maddələrə hormon deyilir.

Hormonlar maddələr mübadiləsini tənzim edir, hüceyrə və hüceyrə membranının keçiricilik qabiliyyətini artırır.

Orqanizmin spesifik funksiyasına təsir göstərir. İndiyə qədər insan və heyvan mənşəli 40 hormon aşkar edilmişdir. Kimyəvi quruluşuna görə onları 3 qrupa bölmək olar:

Aminturşuların törəmələri;

Steroid tipli;

Peptid tipli

1-ci qrupa aid olan hormonlar: adrenalin, noradrenalin, izopropiladrenalin, trioksin. 2-ci qrupa aid olan hormonlar. Bu hormonların tərkibində tsiklopentanperhidrofenantren halqası olur.

Karbon atomlarının sayına görə, steroid hormonlar 3 yerə bölünür:

a) böyrəküstü vəzinin qabıq maddəsinin hormonları və proqesteronlar (C21 steroidlər).

b) Kişi cinsi hormonlar. (C19 steroidlər). R=CH3 androgen;

c) C18 steroidinə malik hormonlar. R=H estran.

3-cü qrup olan peptid hormonlarını şərti olaraq 4 əlavə qrupa bölmək olar:

Peptidlər (vazopressin, oksitosin);

Polipeptidlər (adrenokortikotrop, insulin, kalsitonin, qlükaqon);

Sadə zülallar (plasentar laktogeni, prolaktin, somatotropin);

Qlükoproteinlər (lüteinləşdirici, follikul stimuləedici və tireotrop hormonlar).

1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin