1
AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİ İSLAHATLARIN TƏHLİLİ VƏ KOMMUNİKASİYA MƏRKƏZİ
Vaksinasiya iqtisadi artıma təsir edəcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
baş analitiki Günay Quliyevanın şərhi
Dünya Bankı Covid-19 peyvəndinin geniş tətbiq olunacağı şərtlərində 2021-ci ildə
dünyada iqtisadi artımın 4 faiz olacağını proqnozlaşdırır. Qurum yanvar ayında açıqladığı
“Qlobal İqtisadi Perspektivlər” hesabatında bu artımın yalnız ölkələrin pandemiyanı ram
etdiyi v
ə sərmayələri artıran iqtisadi islahatlar aparacağı təqdirdə mümkünlüyünü bildirir.
Ən yaxın tarix üçün siyasi-iqtisadi prioritetlər Covid-19 pandemiyasının yayılmasına
n
əzarət etmək və peyvəndləşmənin sürətli və geniş yayılmasını təmin etməkdən ibarətdir.
İqtisadi bərpanı dəstəkləmək üçün səlahiyyətli hakimiyyət orqanları dövlət borcundan
daha az asılı olan davamlı inkişafa yönələn yenidən investisiyalaşmanı asanlaşdırmalıdır.
Bütün proqnozların risk göstəriciləri olduğu kimi, dünya iqtisadi artımı üçün ən böyük risk
infeksiyanın yayılmasının davam etməsi və peyvəndləşmənin yubanması şərtində 2021-
ci ild
ə qlobal iqtisadi genişlənmə 1,6 faiz həddində qala bilər. Ən müsbət ssenaridə -
pandemiya üz
ərində müvəffəqiyyətli nəzarət və daha sürətli vaksinasiya prosesi ilə
iqtisadi artım 5 faizi üstələyə bilər.
Pandemiya dövründ
ə sürətlə azalmış iqtisadi artımın bərpasının əsas mənbəyi
vaksinasiya il
ə paralel artan qlobal və regional konseptdə iqtisadi inam, istehlak və ticarət
olacaq.
Bel
əliklə, müxtəlif beynəlxalq qurumların və beyin mərkəzlərinin 2021-ci il üçün
makroiqtisadi ssenaril
ərində iqtisadi bərpanı təmin edən əsas faktor vaksinasiya prosesi
2
mü
əyyənləşib. İqtisadi bərpaya ən böyük risk isə pandemiyanın daha çox yayılması və
gecikdiril
ən vaksinasiya prosesindən yaranan iqtisadi zəiflik və zəif bank sistemlərinin
yarada bil
əcəyi maliyyə böhranı təhlükəsidir.
Lakin vaksinl
əşmə prosesi özü müəyyən baryerlərə-məhdudiyyətlərə malikdir. Bu
baryerl
ər təklif və tələb mənşəli ola bilər. Tələb mənşəli baryerlərə ölkələr arasındakı
peyv
əndləri qəbul etməklə bağlı fikir ayrılıqları səbəb ola bilər.
Dig
ər tərəfdən, vaksinə olan tələb əhalinin peyvənd olunma istəyindən asılı olaraq
mü
əyyən edilir. Azərbaycanda da vaksinasiya prosesinin bir çox inkişaf etmiş ölkələrdə
olduğu kimi könüllülük prinsipi əsasında həyata keçirilməsini nəzərə alsaq, bu tələbin
d
əqiq müəyyənləşdirilməsi çox çətindir. Bu gün davranış iqtisadiyyatının da əsas tədqiqat
m
əsələlərindən biri insanların qərar vermə prosesinə təsir edən faktorları araşdırmaqdır.
M
əsələn, vaksinasiya prosesində insanların qərarları dayanıqlı olmamaqla bərabər,
dünyada baş verən proseslərə həssas olmaqla bərabər, əhalinin hakimiyyətə, səhiyyə
sistemin
ə və pandemiya ilə mübarizə metodlarına inamla əlaqəli ola bilər.
“GALLUP İnternational” təşkilatının Azərbaycanda apardığı sorğunun nəticələrinə əsasən
v
ətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu
göst
əriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Bu onu deməyə əsas verir ki
Az
ərbaycan bir çox ölkələr üçün dövlət-vətəndaş birliyinin nəticəsində formalaşan sürətli
v
ə effektiv vaksinasiya modeli rolunu oynaya bilər. Digər tərəfdən vaksinasiya yolunda
t
əklif mənşəli baryerlərə vaksinlərin tədarükü və paylanmasında olan məhdudiyyətlər,
d
ərman şirkətlərinin maksimum istehsal potensialı, preparatların saxlanması və
logistikası ilə bağlı yaranan problemlər aiddir.
Bütün bu qlobal proqnozların verildiyi dövrdə dünya iqtisadiyyatı pandemiya qədər
qorxulu bir v
əziyyətlə üzləşib. Qlobal müzəkirələrə vaksinasiya milliləşdirilməsi və vaksin
müharib
əsi kimi yeni anlayışlar daxil olub.
Hazırda Covid-19 əleyhinə vaksin istehsalı ilə məşğul olan əsas 5 istehsalçı
Pfizer/BioNTech (ABŞ-Almaniya), Moderna (ABŞ), AstraZeneca/Oxford (Böyük
Britaniya), CoronaVac-Sinovac (Çin), Sputnik V (Rusiya) mü
əssisə var. Lakin bu 5
istehsalçının ümumi vaksin tədarük gücü hal-hazırda vaksinə ehtiyacı olan bütün dünya
əhalisini təmin edə bilməz.
3
Bunların arasında ən böyük istehsalçılardan olan Sinovac şirkəti Çində 18 ən böyük
d
ərman istehsalçı şirkətlərinin gücünü birləşdirməklə 2021-ci ilin sonuna istehsalını yalnız
2 milyard dozaya çatdırmağı planlaşdırır. Hər bir insana bu vaksinin 2 doz vurulduğunu
n
əzərə alsaq bu cəmi 1 milyard insanın vaksinləşməsini təmin edə bilər. Həmçinin nəzərə
alaq bu yalnız dərman şirkətinin proqnozudur və reallaşmaya bilər. Beynəlxal Valyuta
Fondunun da Covid-19 peyv
əndlərinin paylanmasından asılı olaraq iqtisadinin bərpa
qeyri-b
ərabər olacağını xəbərdarlıq edib. Bununla bağlı hazırda vaksin alınması uğrunda
böyük mübariz
ə gedir. Maraqlı məsələlərdən biri də bu mübarizənin əsasən zəngin
ölk
ələr arasında getməsidir. Məsələn, İngiltərə ilə Avropa İttifaqı arasındakı mübahisələr,
4 il davam ed
ən və bir neçə həftə əvvəl yekunlaşan Brexitdən sonra vaksinin alınması
m
əsələsində daha da kəskinləşib. Belə ki, əsas vaksin istehsalçıları Pfizer-BioNTech və
AstraZenecanın tədarüklə bağlı gecikmələr olacağını elan etməsi bu münasibətlərə daha
da m
ənfi təsir göstərib. Hər iki şirkətinin əsas alıcıları olan Böyük Britaniya
v
ətəndaşlarının 13 faizi, Avropa İttifaqı vətəndaşları isə cəmi 2 faizinin artıq peyvənd
olunması ölkələr arası vaksin paylanmasında böyük fərqin olduğunun əsas göstəricisidir.
Böyük Britaniya
əhalinin 75 faizini iyul ayına qədər, Avropa İttifaqı isə oktyabr ayına qədər
t
əmin edəcəyini proqnozlaşdırır.
Öt
ən il dünya ölkələrini ən çox Covid-19 pandemiyası ilə necə mübarizə aparaq sualı
maraqlandırırdısa, 2021-ci ilin ən böyük dilemması “vaksinləşmədə ölkə ya planet”
seçimidir. Beyn
əlxalq təşkilatların proqnozlarına görə dünya iqtisadiyyatı Covid-19
pandem
iyasını tamamilə nəzarət altına almadığı müddətcə pandemiyanın təsirləri hər il
1,2 trilyon dollar olacaq.
Ümumdünya S
əhiyyə Təşkilatı vaksinləşmədə ədalətli paylanmanı təmin etmək üçün
Gavi Vaksin İttifaqı, Epidemik Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) birlikdə COVAKS
t
əşəbbüsü formalaşdırıb. Azərbaycan da bu təşəbbüsün üzvüdür. Azərbaycan COVAKS
t
əşəbbüsü çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq.
Qeyd ed
ək ki, Bill və Melinda Gates Fondu tərəfindən az gəlirli ölkələrin peyvəndlə təmin
edilm
əsinin dəyəri 25 milyard dollar olaraq qiymətləndirilib. Bu, məbləğ son aylarda
COVAKS
–a iane edilən 2,4 milyard dollar və ÜST-nin “ACT-Accelerator” sxeminə əlavə
olunmuş 5,8 milyard dollarla ziddiyyət təşkil edir.
4
Z
əngin ölkələrin əsasən vaksinlə təmin olunması yəni, vaksinləşmənin milliləşdirilməsi
dünya
əhalisini böyük risk altına atır, peyvənd məsələlərində yalnız ölkələr arası
əməkdaşlıq bəşəriyyəti bu bəladan xilas edə bilər. Və bugün vaksin uğrunda mübarizə
aparan z
əngin ölkələr üçün əsas prioritet öz ölkələrində bütün insanları vaksinləşdirmək
yox bütün ölk
ələrdə bəzi insanları vaksinləşdirmək olmalıdır.
Yekun olaraq, bu
gün vaksin uğrunda mübarizənin təsirlərini “Chatham House”-un qlobal
sağlamlıq proqramının direktoru Robert Yatesin “Dünyada elm qalib gəlir, həmrəylik isə
iflas edir” fikri ilə ifadə etmək olar. Prezident İlham Əliyevin səsləndirdiyi kimi, dünya
ölk
ələri öz eqoizmlərindən əl çəkmədikcə və vaksinasiya prosesində əməkdaşlıq
etm
ədən qlobal iqtisadiyyatı bərpa etmək mümkün olmayacaq. BVF-nin baş iqtisadçısı
Gita Qopinatın yanaşmasına görə qlobal iqtisadiyyatın bərpasında əsas rolu vaksinə tez
çıxış, fiskal stimulların və akkomadativ monetar siyasətin davam etməsi oynayacaq. İlk
vaksinasiya aparan ölk
ələrdən olan Azərbaycan bu il də fiskal genişlənməni və yumşaq
monetar siyas
əti davam etdirməklə milli iqtisadiyyatın bərpasında ən uyğun “resept”i
t
ətbiq edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
(AZ 1073, Yasamal rayonu, Q.X
əlilov 47)
---------------------------------------------------------------------------
Tel: (+994 12) 521 34 96, Mob: (+994 50) 295 86 88
zanura.talibova@ereforms.org
,
www.iqtisadiislahat.org
Dostları ilə paylaş: |